Beyn əlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavil ə №2011/279-666



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə10/40
tarix01.02.2018
ölçüsü1,19 Mb.
#23139
1   ...   6   7   8   9   10   11   12   13   ...   40

 

21 


1.

 

Yüksək dağlıq ərazi: təbaşir dövrünün süxurları - əhəngdaşı, qumdaşı, gilli şist, 



təbaşir, qumdaşı tərkibli əhəngdaşı və vulkanik süxurlar – tuf süxurları. 

2.

 



Orta  dağlıq  ərazi:  porfirinlər  və  onların  tufları,  tufo-kanqlomeratlar  və  Yura 

dövrünün tuf qumları. 

3.

 

Dağətəyi  ərazi:  vulkanik  süxurlar  bazalt  və  rəngli  litoloji  tərkibli  kontinental 



çökmə  süxurlarla  özünü  biruzə  verir.  Onlar  iri  çay  daşları,  çakıl,  qum,  çınqıl, 

supeslər, gillər və s. şəklində görsənir. 

    

Kür  çökəkliyinin  böyük  oroqrafik  vahidlərindən  biri  Gəncə-Qazax  düzüdür.  Bu  düzənlik 



həmçinin  Kiçik  Qafqaz  aşağı  maili  düzü  adlanır.  Cənub  və  Cənub-Şərqdə  Qarabağ  maili 

düzənliyi  və  Şimal-Qərbdə  isə  Xram  çayı  ilə  həmsərhəddir.  Düzənliyin  eni  Şıxlı  və  Yuxarı 

Salahlı kəndləri ətrafında 3-5 km, Goranboy rayonunda 35 km-ə qədərdir. 

    


Gəncə-Qazax  düzü  Şimalda  orta  Kür  dərəsi  ilə,  Şərqdə  Bozdağın  Cənub  yamacı  ilə 

həmsərhəddir. Düzənliyin hündürlüyü 200-400 m aralıqda dəyişir. Kiçik Qafqazdan axan  çaylar 

onun səthindən keçir. 

    


Gəncə-Qazax düzünün bütün ərazisi alluvial-prolüvial elementlərdən ibarətdir. 

Kiçik  Qafqaz  dağlarının  Şimal-Şərq  yamacının  alçaq  dağlıq  ərazilərində  yerləşən  Qazax-Ağstafa 

rayonları Qazax sinklinorium tektonik strukturunun bir hissəsini təşkil edir. Geoloji quruluşu təbaşir

Paleogen dövrünün vulkanik–

çökmə  və  çökmə  süxurlarının  toplusundan,  həmçinin  Dördüncü 

dövrün alluvial-prolüv

ial və delüvial-prolüvial gilləri, qumdaşı, çınqıl və s.  ibarətdir. Kür çayı və 

Ağstafaçay  yatağının sağ sahilində olan üst təbaşir çöküntülərnin ümumi qalınlığı 1800-2000 m-ə 

çatır  ki,  dağ  əmələgəlmə  prosesləri  zamanı  qırışıqlığa  məruz  qalmış  və  tektonik  dövrlərdə 

şırımlaşmış və mürəkkəbləşmişdir. Bu regionun cənub sərhədlərini təşkil edən düzənliklərdə iqtisadi 

fəaliyyətləri məhdudlaşdırır və bəzi problemlərə səbəb olur.

 

 



    

Regionun  geoloji  və  geomorfoloji  şəraiti  ilə  bağlı  problemlərindən  biri  ərazinin seysmikliyidir. 

Regionun Rixter şkalası ilə 7 ball gücündə zəlzələ zonası kimi qiymətləndirilməsinə baxmayaraq, 

ərazidə çox zəif təkanlar müşahidə olunur. 

    

Murovdağ, Şahdağ və Qaradağ antiklinorium dağ silsilələri regionun əsas morfostrukturlarıdır.  



    

Hövzələrin  çoxunun  geoloji  və  tektonik  xüsusiyyətləri,  xüsusən  də  orogen  mərhələdə 

diferensial  neotektonik  fəaliyyətlərin  təsiri  altında  formalaşmış  morfostrukturlar,  öyrənilən 

ərazinin rəngarəng təbii şəraitinin, fiziki-coğrafi komponentlərinin və həmçinin təbii landşaftın 

ərazi fərqlərinin formalaşmasının əsas səbəbləridir. 

Gəncə-Qazax regionunun yüksəklik əraziləri Şəkil 1.4 də göstərilmişdir. 




 

22 


 

 

Şəkil 1.4. Gəncə-Qazax regionunun yüksəklik xəritəsi 

 

     


Şəmkir  antiklinoriumu  Şimal-Şərq  yamacın  ən  böyük morfoloji strukturudur. Bu 

antiklinorium  Yura  dövrünün  orta  və  hündür  vulkanogen  mineral  kompleksləri  nəticəsində 

əmələ  gəlmişdir.  Tektonik  yamacın  erroziyası  nəticəsində  Gəncə-Qazax  maili  düzənliyindən 

ayrılmışdır. 

 

    


Kiçik  Qafqazın  bütün  Şimal-Şərq  yamacı  və  Kür  maili  ərazisinin  sərhəddində  təbaşir  gili, 

əhəngdaşı  və  qismən  vulkanik  minerallardan  ibarət  alçaq  monoklonal  dərələr  var.  Çaylar  həmin 

monoklinal dərələrdən axır. 

 

Torpaq tipləri 

Regionda qədim zamanlardan kənd təsərrüfatı inkişaf etdirilir və öz landşaft xüsusiyyətlərindən asılı 

olaraq  intensiv  suvarılır.  Aşağıda  göstərilən  torpaq  tipləri  regionda  geniş  yayılmışdır:  açıq  boz-

qonur, tünd boz-

qonur,  nəm  çəmən,  nəm  çəmən-meşə,  bataqlıq-çəmən  və  boz.  Yuxarıda  qeyd 

olunan  torpaq  tipləri  regionda  şaquli  zonallıq  üzrə  yerləşir.  Buna  görə  də,  xüsusən  Kür  çayı 

sahillərindən, müxtəlif iqlim şəraitində formalaşan alçaq və orta dağlıqlara qədər olan düzənliklərdə 

genişlənən müxtəlif torpaq tipləri, genetik, fiziki, kimyəvi və mexaniki xüsusiyyətlərinə və həmçinin 

istismar intensivliyinə görə fərqlidirlər. Boz-qonur və boz torpaqlarda humusun miqdarı 1.8-3.0% 

təşkil  edir  və  şorandır.  Şoranlıq  Ceyrançölün  yeraltı  sular  səthə  çox  yaxın  olan  ovalıqlarda  və 

silsilələr arasındakı düzənliklərdə geniş yayılmışdır. 

     

Regionun  torpaq  tipləri  kənd  təsərrüfatı  bitkilərinin  becərilməsinə  imkan  verir.  Əsas  kənd 



təsərrüfatı  sahələri  üzümçülük,  taxılçılıq  və  heyvandarlıqdır.  Kartof  becərilməsi,  bağçılıq  və 

tərəvəzçilik  də  yaxşı  inkişaf  etmişdir.  Regionun  əsas  təbii  kənd  təsərrüfatı  resursu  Ceyrançöl 




 

23 


düzənliyinin  qışlaqlarıdır.  Bu  ərazilər  əsasən  otlaq  heyvandarlığı  (qoyunçuluq)  və  yem  istehsalı 

üçün istifadə olunur. 

 

1.2.5

 

Geodinamik proseslər: sel, torpaq sürüşmələri, daşqınlar və s. 

 

    



Gəncə-Qazax region bir çox təbii fəlakətlərlə üzləşir. Qəfil daşqınlar, sellər və torpaq sürüşməsi 

geniş əraziləri bürüyür ki, bu da bir çox yerlərdə əmlak və məhsulların məhv olmasına səbəb olur. 

Bu təbii fəlakətlərin iqtisadiyyata çox boyük təsiri və təzyiqləri var. 

Bu  daşqınlar  əsasən  zəif  mühafizə  olunan  ərazilərdə  yerləşmələri  və  xidmətlərə  zəif  yetişmələri 

səbəbindən yoxsul əhaliyə təsir göstərir. Tez-tez baş verən sel daşqınları onun təsirinə məruz qalan 

ərazilərin sosial-iqtisadi inkişafına əsas maneədir. 

 

    


Regionun  geoloji  və  geomorfoloji  şəraiti  ilə  bağlı  problemlərdən  biri  ərazinin  seysmikliyidir. 

Regionun Rixter şkalası ilə 7 ball gücündə zəlzələ zonası kimi qiymətləndirilir. 

 

    2012-



ci  il  daşqınların  və  torpaq  sürüşmələrinin  sayında  əhəmiyyətli  dərəcədə  artım  müşhidə 

olunmuşdur. Bu əkin sahələrinin normadan artıq istismarı və istirahət zonalarının artması və s. daxil 

olmaqla insan fəaliyyətinin və iqlim dəyişməsinin, təsirinin artması ilə əlaqədardır. 

 

    



Yüksək dağlıq ərazilərdə (Murovdağ silsiləsinin Qamış, Ömər və Koroğlu zirvələrinin ətrafları) 

bu  proseslərə  insan  fəaliyyətinin  təsiri  aşağı  axın  sahələrindəkindən  azdır.  Murovdağ  və  Şahdağ 

silsilələrinin  çay  axan  alp  çəmən  ərazilərində  (Şəmkirçay,  Kürəkçay  və  Gəncəçay  çaylarının 

mənbələri)  bitki  və  torpaq  örtüyünə  insan  fəaliyyətinin  bəzi  təsirləri  olduğuna  baxmayaraq, 

ekosistem hələ də əvvəlki vəziyyətini bərpa (özünübərpa) etməyə qadirdir. 

 

    



Gəncəçay, Şəmkirçay və Zəyəmçayın dərələri boyunca olan subalp çəmənlərdə, meşə zonalarında 

daşqın,  torpaq  sürüşməsi  və  torpaq  erroziyası  riski,  meşə  deqradasiyası  və  torpaq  istifadəsinin 

dəyişdirilməsi  (suvarma,  yaşayış  sahələri  və  yol  tikintisi  məqsədi  ilə)  nəticəsində  artır.  Nəticədə, 

yüksək  dağ  çəmən  landşaftının  sərhədləri  (2200-2800  m)  dəyişir  və  həmçinin  meşələrin  sahəsi 

azal

ır.  Bitkilərin  və  məhsuldar  torpaq  qatının  deqradasiyası  nəticəsində  erroziya  intensivləşir, 



daşqınların və sellərin sayı artır. 

 

    



Regionun çay dərələrinin aşağı axın ərazilərində vəziyyət daha fəlakətlidir. Bitkilərin çoxu səhra 

və  yarımsəhra  ərazilərinin  bitkiləri  ilə  əvəzlənir,  səhralaşma  prosesi  və  suvarmanın  təsirindən 

torpağın şoranlığı artır. 

 

    



Daşqın  yazda  (hövzədə  qar  əriməsi  və  həmçinin  güclü  yağışlar  nəticəsində)  və  tez-tez  payızda 

(güclü yağış zamanı) baş verir. 

 

Sel regionda 2 qrupa bölünür: 



 

Turbulent sel 



 

Strukturlaşdırılmış sel 



 

    


Turbulent  seldə  gətirmələr  strukturlaşdırılmış  selə  nisbətən  az  olur.  Strukturlaşdırılmış  seldə 

gətirmələr  çay  və  çay  konusu  ətrafında  yığılır.  Yağıntıdan  başqa  hövzədə  çayın  yamacı  və  quru 

material növləri selin formalaşmasında mühüm rol oynayır. Ağstafaçayda suyun kritik axım 1960-cı 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə