Beyn əlxalq Çay Hövzələrinin Ətraf Mühitinin Qorunması (BÇHƏMQ) Müqavil ə №2011/279-666



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə8/40
tarix01.02.2018
ölçüsü1,19 Mb.
#23139
1   ...   4   5   6   7   8   9   10   11   ...   40

 

16 


    

Ərazinin  iqlim  şəraitinin  dəyişikliyini  qiymətləndirmək  üçün  1961-1990  və  1991-2005-ci  illəri 

əhatə edən  dövrlərdə  illik və mövsümi hava temperaturu və yağıntıların miqdarından  istifadə oluna 

bilər.  


 

Misal kimi   havanın  temperaturu və yağıntıların dəyişməsi aşağıdakı cədvəldə verilmişdir (Cədvəl 

1.2 və 1.3) 

 

 



 

Cədvəl 1. 2. Gədəbəy stansiyasında hava temperaturunun tərəddüdü (

C) 


 

Dövrlər 


Qış 

Yaz 


Yay 

Payız 


İllik 

 

XII-II 



III-V 

VI-VIII 


IX-XI 

XII-XI 


1961-1990 

- 1.07 


6.7 

16.5 


9.03 

7.80 


1991-2005 

- 0,90


 

7,07 


17,8 

9,74 


8,42 

Fərq(


0

C) 


0.17 

0.37 


1.3 

0.71 


0.62 

 

 



1991-2005-

ci illərdə regionda hava temperaturunun illik artımı ortalama 05-07

0

C təşkil edir 



 

Cədvəl 1.3. Ağstafa stansiyasında yağıntıların dəyişikliyi (%) 

 

Dövrlər 


 

Qış 


Yaz 

Yay 


Payız 

İllik 


XII-II 

III-V 


VI-VIII 

IX-XI 


XII-XI 

1961-1990 

54,6 

119 


113 

76.7 


362,9 

1991-2005 

24,09 

55,5 


93,5 

60,7 


233,8 

Fərq(%) 


-56 

-53 


-17.2 

-21 


-36 

 

Regionun digər stansiyalarının bir çoxunda da yağıntıların  azalması  müşahidə olunur. 



 

Cədvəl  1.2-dən    göründüyü  kimi  regionda  hava  temperaturunun  illik  artımı  təqribən  0.6 

0

Ctəşkil 


edir. 

Yağıntılar  son  15  il  ərzində  azalır.  Bu  dəyişikliklər  və  buxarlanma  qabiliyyətinin 

hesablanmasında və həmçinin kənd təsərrüfatı məhsullarının su rejimində nəzərə alınmalıdır. 

 

Bitki aləmi 

Aşağıda Gəncəçay hövzəsində daha çox yayılmış bitki növləri haqda məlumat verilmişdir: 

Düzənlik və dağətəyi zonada yarımsəhra bitkiləri əsasən Gəncə Bozdağın cənub hissəsində olan 

delüvial-

prolüvial  düzənliklərdə  yayılmışdır.  Bu  bitkilərin  yayıldığı  ərazinin  yuxarı  sərhədi  dəniz 

səviyyəsindən 200-300 m-dir. 



Quru çöl və çöl bitkiləri. Bu bitkilər kiçik Qafqazın yüksək ərazilərindəki maili düzənlikləri tutur 

(mütləq  hündürlüyü  250-300 m-dən  500  m-ə  qədər  Gəncəçay  və  Goranboy  arasında  olan 

monoklinal maili düzənliklər). 

Dağ  meşələri.  Əsas  meşə  əmələ  gətirən  bitki  növü  Murovdağ  silsiləsinin  şimal  yamacının  orta 

dağlıq meşələrində bitən Hiss ağacıdır. Gürcü palıdı, şərq palıdı, Qafqaz vələsi geniş yayılmışdır. 




 

17 


Bundan  başqa  göyüş  və  kol  bitkilərindən  zoğal,  göyəm,  itburnu,  alça,  fındıq  və  başqalarına  rast 

gəlinir. 



Yarımsəhra  və  quru  çöl  bitkiləri  Gəncəçay  hövzəsində  400-500 m-ə  qədər  hündürlükdə 

yayılmışdır.  Ondan  yuxarıda(  600-700 m-ə  qədər)  çöllərin  formalaşmasında  qarışıq  strukturlu 

siblyak, bəzən də palıd-vələs kollarının rolu var. Alçaq dağ meşələri 600-700 m-dən başlayır. Əksər 

hallarda 800-1000 m-

ə qədər hündürlüklərə kimi meşələr tamamilə qırılmışdır (Göygöl rayonu) və 

onların yerində yenidən ağac əkilir. 

    

Əsas  meşələr  hiss,  hiss-vələs,  hiss  və  palıd  meşələridir.  Zəngin  dağ  çəmən  bitkiləri  dağlıq 



rayonun  yüksək  dağ  zonasının  xüsusiyyətidir.  Yüksək  dağlıq  qurşağın  çəmən  bitkiləri  iki  zonaya 

bölünür: subalp və alp çəmən. 

    

Yüksək  dağ  çəmən  qurşağının  aşağı  sərhəddi  Gəncəçay  hövzəsində  1800-2000  metrdən  keçir. 



Subalp  çəmənliyi  dağ  çəmən  zonasının  hündür  otlardan  ibarət  olan  aşağı  hissəsini  tutur.  Ot 

bitkilərindən qıyaq, topal və digər otlar yüksək subalp çəmənliklərində qalın bir sahəni əhatə edir. 

Otların hündürlüyü 1.5-2 m-ə çatır 

 

    



Alp  çəmən  subalp  çəmənlərin  (2400-2600  m)  üst  sərhəddindən  300-320 m-ə  qədər  olan  dağ 

yamaclarını tutur.  

    Qazax-

Ağstafa  regionunun  bitki  örtüyü  Kür  çayının  sol  sahilində  olan  Tuqay  meşələri  və 

Ceyrançol  ovalığının  bitkiləri  ilə  təmsil  olunur.  Kür  çayı  boyunca  alluvial  düzənliklər  söyüd,  ağ 

qovaq,  qızılağac  və  müxtəlif  kollarla  zəngin  tuqay  meşələrindən  başqa  yulğun  meşələri  ilə  də 

xarakterizə olunur. Bölgədə dağ kserofiti, dağlıq yovşan çölləri, dağətəyi ərazidə  yovşanla zəngin 

quru çöllər və yovşan yarımsəhraları üstünlük təşkil edir. Yovşan və Batis qrupu bitkiləri (şoran və 

s.)  dağətəyi  maili  düzənliklərdə  və  arid  iqlimin  üstünlük  təşkil  etdiyi  Ceyrançöldə  daha  çox 

yayılmışdır. 

 

    


Regionun  yarımsəhra və quru çöl zonalarında bitki örtüyü suvarma, kənd təsərrüfatı, çökmə və 

sanaye  texnoloji  təsirlərin  inkişafı  nəticəsində  mühüm  dəyişikliklərə  məruz  qalmışdır.  Təbii 

fitosenez  bu  ərazilərdə  kənd  təsərrüfatı  bitkilərinin  çoxalması  nəticəsində  məhv  edilmiş  üzüm  və 

meyvə bağları onları əvəz etmişdir. Bundan başqa ərazidə karxanalar, qum çuxurları, müxtəlif tikinti 

zavodları, həmçinin yollar və hidrotexniki infrastruktur tikintiləri də bitki örtüyünü dağıtmışdır. 

 

    



Ağstafa  rayonuna  məxsus  olan  Ceyrançöl  yüksəkliyinin  170  min  hektar  otlaq  sahəsi  vardır  ki, 

bunun  da  165  min  hektarı  istifadəyə  yararlıdır.  Səhra,  yarımsəhra,  bozqır  və  qismən  çəmən  bitki 

növləri fitosenez ərazinin təbii bitki örtüyünün əsas hissəsini təşkil edir. Ağstafa rayonunun meşələri 

7500  hektar  sahəni  tutur  və  əsasən  ağ  qovaq,  söyüd,  palıd  və  qarağacdan  ibarətdir.  Meşə 

təsərrüfatında  1826  hektar  ağ  qovaq  meşələrinin,  200  hektar  söyüd  meşələrinin,  920  hektar  palıd 

meşələrinin və 50 hektar qara ağac meşələrinin payına düşür. 

 

    


Meşə təsərrüfatının zəif mühafizə olunması, məhsuldar torpaqların qorunması sıxlığı nəticəsində 

su  tənzimləyici  meşələr  azalmışdır,  hətta  bəzi  yerlərdə  ağacların  qeyri  qanuni  qırılması  və  il 

boyunca meşələrdə heyvan otarılması nəticəsində tamamilə itmişdir. Qovaq meşələrinin özünü təbii 

bərpa  etmək  üçün  əlverişli  xüsusiyyəti  olduğundan  orada  çoxlu  cücərti  və  tumurcuqlar  bitir. 

Meşələrdə  mal-qara  otarılması  nəticəsində  tumurcuqların  məhv  olması  bu  meşələrin  özünün  təbii 

bərpasına mane olur. 

 

1.2.3

 

Mühafizə olunan ərazilərin və bataqlıqların ekosistemləri 

Milli parklar, qoruqlar və ziyarətgahlar, güzəştli, ekoloji, tarixi, estetik və bu tip əhəmiyyətli təbii 




Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə