ŞƏrq təRƏfdaşLIĞI



Yüklə 126 Kb.
tarix01.09.2018
ölçüsü126 Kb.
#66292

ŞƏRQ TƏRƏFDAŞLIĞIazerbaijan-eu_flags_3.jpg

Şərq Tərəfdaşlığının (ŞT) əsası 2009-cu ilin may ayında Praqada qoyulmuşdur. ŞT-yə Avropa İttifaqı və altı tərəfdaş ölkə (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) daxildir. Şərq Tərəfdaşlığının məqsədi Aİ və onun şərq tərəfdaşları arasında siyasi birlik və iqtisadi inteqrasiyaya nail olmaqdır. O, ümumi maraq və öhdəliklər, o cümlədən iştirakçılıq və qarşılıqlı məsuliyyət, eləcə də fərqləndirmə prinsipləri, şərtləri və tam şəffaflıq meyarları əsasında yaradılıb.

Hədəfləri

Şərq Tərəfdaşlığının məqsədinə çatmaq üçün aşağıdakı hədəflər müəyyən olunmuşdur:

  • Tərəfdaş ölkələrin Avropa İttifaqına iqtisadi və siyasi cəhətdən yaxınlaşmasına təkan vermək;

  • Təhlükəsizlik, stabillik və yaxşı idarəçiliyi təmin etmək;

  • Vətəndaş cəmiyyəti təşkilatları və tərəfdaş dövlətlər arasında tərəfdaşlığın əsasının qoyulmasını asanlaşdırmaq;

  • Uzunmüddətli perspektivdə fərdi qayda və müəyyən edilmiş müvafiq şərtlər daxilində viza rejiminin sadələşdirilməsi yolu ilə insanlar arasında əlaqələri genişləndirmək;

  • Enerji təhlükəsizliyini təmin etmək;

  • Müxtəlif sahələrdə aparılan islahatları dəstəkləmək və ətraf mühiti qorumaq.

Fundamental dəyərlərazerbaijan-eu_flags_3.jpg

Şərq Tərəfdaşlığı beynəlxalq hüquq prinsipləri üzrə öhdəlik və fundamental dəyərlərə malikdir: Demokratiya və hüquqi dövlət; İnsan hüquqları və fundamental azadlıqlara hörmət; Bazar iqtisadiyyatı və davamlı inkişaf.

Məqsədlərin yerinə yetirilməsi

Şərq Tərəfdaşlığı aşağıdakı institusional strukturlar vasitəsilə həyata keçirilir:

Avropa Şurası – Aİ tərəfindən maliyyələşdirilən “Şərq Tərəfdaşlığı üçün vasitə”ni həyata keçirir; EURONEST Parlament Assambleyası – tərəfdaşlığın parlament səviyyəsində konsultasiya, nəzarət və monitorinqi icra etmə vəzifəsini daşıyır; Avropa İqtisadi və Sosial Komitəsi – əsasən işəgötürən təşkilatlar və ticarət birlikləri arasında dialoqların dərinləşməsinə xidmət edir; Regional və yerli hakimiyyət orqanlarının Şərq Tərfədaşlığı programı çərçivəsində təşkil etdiyi konfranslar – dərin və hərtərəfli azad ticarət zonalarının yaranmasına şərait yaradır; Vətəndaş Cəmiyyəti Forumu – üzv ölkələrdə vətəndaş cəmiyyəti institutları arasında görüşlər təşkil edir və sonuncu ilə dövlət orqanları arasındakı dialoqu asanlaşdırır.

ŞT ikitərəfli və çoxtərəfli əməkdaşlıq xəttindən ibarətdir.


Bu məlumatlandırma sənədi Avropa Birliyi tərəfindən maliyyələşdirilir. Layihə İqtisadi və Sosial İnkişaf Mərkəzi (www.cesd.az) və Moldovanın Regional Ətraf Mühit Mərkəzi (www.rec.md) tərəfindən icra edilir. Bu buraxılışda olan məlumatlar layihə icraçıların məsuliyyətindədir və Avropa Birliyinin mövqeyini heç bir halda əks etdirmir.

Fon şəkilinin müəlliflik hüququ EuroDialogue.org saytına məxsusdur.



F
ŞT-də, o cümlədən, inteqrə edilmiş sərhəd idarəçiliyi, kiçik və orta sahibkarlığın inkişafı, enerji, təbii və texnogen fəlakətlərinə reaksiya, ətraf mühitin idarə edilməsi kimi məsələlərin əks etdirilməsi üçün “Aparıcı Təşəbbüslər” hazırlanmışdır.
Yüklə 126 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə