Baş məllim S. Z. SƏBZƏLİyeva dosent S. Z



Yüklə 0,7 Mb.
səhifə3/4
tarix18.06.2018
ölçüsü0,7 Mb.
#49445
1   2   3   4
Azərbaycanın müstəqil dövlət statusunda əks edildiyi ərazi beynəlxalq təşkilatlar sırasında Müstəqil Dövlətlər Birliyi də vardır. MDB-nin yaradılması vaxtı üzv ölkələr ümid edirdilər ki, onları bölən iqtisadi maneələri aradan götürə biləcəklər və üzv ölkələrin hər birində sərbəst milli iqtisadiyyatın yaradılmasının xeyrinə səylərin birləşməsi üçün imkanlar üzə çıxaracaqlar. Ancaq, MDB-nin iqtisadi fəaliyyətinin bəzi nəticələrini təhlil edərək, qeyd etmək olar ki, onun imkanlarının çox hissəsi həyata keçirilməmiş qaldı. Razılaşma yalnız gömrük rüsumlarının azalması sahəsində reallaşdırılmışdı və bu qismən həyata keçirilmişdi. Vahid gömrük tarifinin tətbiqi, ticarətin və iqtisadi siyasətin unifikasiyasına, kapitalın və iş qüvvəsinin azad hərəkətinin təminatına gəlincə, bu tədbirlər həyata keçirilməmişdi. MDB bütün post-sovet ölkələrinin iqtisadi həyatında ikinci dərəcəli rol oynayırdı və onun üzvlərinin iqtisadi həyatı ilə bağlı əsaslı dəyişikliklər edə bilmirdi. Bürokratik prinsiplərlə qurulmuş və sonradan dağılmış Qarşılıqlı İqtisadi Yardım Şurasının hüquqi irsindən ən yararsızı - qərarların qəbulu qaydaları ilə bağlıdır. Bu razılıq əsasında qərarların qəbul olunması metodudur və bu «maraqsızlıq» prinsipi adlandırılır, yəni Birlik orqanlarında baxılan istənilən məsələdə öz birtərəfli mülahizəsi üzrə istənilən dövlətin iştirak etməmək imkanı var. Belə hüquqi parametrlərdə effektiv qərarların qəbulunu, xüsusən də onların məcburi icrasını gözləmək çətindir. Məhz Avropa İttifaqının orqanları tərəfindən çıxardılan qərarların qəbul və icrasının sərt normaları Avropa İttifaqı ölkələrinin iqtisadi əməkdaşlığının müvəffəqiyyətinə imkan yaradır.

XX əsrin son onilliyində yeni iqtisadi-siyasi xüsusiyyəti nəzərə alan və əvvəlki sovet respublikalarının ənənəvi iqtisadi əlaqələrinin bərpasını nəzərdə tutan Müstəqil Dövlətlər Birliyi (MDB) yaradıldı. MDB öz fəaliyyətini bu təşkilatın tərkibində ola dövlətlərin Bİİ proseslərinə cəlb olunması və bu sahədə əməkdaşlıq hüdudlarının dəqiq müəyyən edilməsinə istiqamətləndirmişdir. Qeyd tmək lazımdır ki, ölkəmiz Müstəqil Dövlətlər Birliyinin əksər dövlətləri ilə sərbəst ticarət rejimini yaradaraq, investisiya yatırımlarına əlverişli və zəruri hüquqi əsas yaratmışdır.

MDB ölkələrinin münasibətləri sistemində xüsusi yer xarici ticarətə məxsusdur, çünki o bura daxil olan dövlətləri ənənəvi olaraq əlaqələndirir və əlaqələndirməyə davam edir. Bundan başqa, xarici ticarət bu ölkələrin təkrar istehsal prosesində olduqca əhəmiyyətli rol oynayır. MDB-nin beynəlxalq hüquqi əsasları yeni müstəqil üzv dövlətləri ticarət mübadiləsi və gömrük, pul sistemi, kənd təsərrüfatı və sənaye sahələrində iqtisadi və maliyyə problemlərinin həllində sıx əməkdaşlıq etməyə əsas yaradırdı.

MDB ümumi bazarını yaratmaq arzusu MDB-nin yaradılmasının həqiqi iqtisadi hədəfi idi. Bu hədəfə MDB himayəsi altında iqtisadi razılaşmanı imzalamış yeni müstəqil ölkələr arasında iqtisadi ittifaqın yaradılması yolunda ilk addım kimi baxıla bilərdi. Məlumdur ki, bu müqavilə açıq xarakter daşıyırdı və başqa dövlətlərin ona qoşulması həvəsləndirilirdi.

Beləliklə də, əməkdaşlıq haqqında bir sıra çoxtərəfli razılaşmaların taleyi MDB ümumi bazarının yaradılması ideyasının da başına gəlmiş oldu, məsələn, ərəb ümumi bazarının reallaşdırılması ideyası, yəni təcrübədə onun iştirakçılarının arasında münasibətlər birlik çərçivəsində qəbul edilmiş çoxtərəfli müqavilələrlə deyil, iştirakçı ölkələrin arasında əməkdaşlıq haqqında ikitərəfli razılaşmalarla tənzimlənməyə başladı.

MDB ölkələrinin dövlətlərarası iqtisadi əməkdaşlığının hüquqi tənzimlənməsi üzrə tədbirlər çoxtərəfli əsasda olduğu kimi, ikitərəfli əsasda da həyata keçirilirdi və həyata keçirilməkdədir. Çoxtərəfli aktlara gəlincə, hər şeydən əvvəl qeyd edilməlidir ki, Minsk razılaşmasından və Alma-Ata deklarasiyasından sonra iqtisadi əməkdaşlıq məsələlərindən bəhs edilən ən əhəmiyyətli çoxtərəfli sənəd 22 yanvar 1993-cü ildə MDB-nin ən yüksək orqanının-dövlət başçılarının Şurasının qərarıyla qəbul edilmiş MDB-nin Nizamnaməsi oldu (Moldova, Türkmənistan və Ukraynadan başqa). Nizamnamədə BMT-nin Nizamnaməsinin 102-ci maddəsinə müvafiq olaraq BMT- nin Katibliyində iştirakçı dövlətlərin ratifikasiyası və registrasiyası ilə şərtlə şdirilmiş beynəlxalq müqavilənin əhəmiyyəti verilmişdi. Nizamnamədə MDB-nin məqsəd və prinsiplərinin sırasında aşağıdakılar elan edilmişdir:

- ümumi iqtisadi məkan çərçivəsində iştirakçı dövlətlərin hərtərəfli və balanslaşdırılmış iqtisadi və sosial inkişafı;

- dövlətlərarası kooperasiya və inteqrasiya;

- qarşılıqlı faydalı iqtisadi və elmi- texniki əməkdaşlığın inkişafı;

- inteqrasiya proseslərinin genişləndirilməsi.

1990-cı illərdə başlıca olaraq siyasi xüsusiyyətə malik Müstəqil Dövlətlər Birliyi artıq öz fəaliyyətini əsasən üzv dövlətlərin aralarında Bİİ prosesinin daha da inkişafına istiqamətləndirib. Hazırda Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə respublikamız arasında ikitərəfli və çoxtərəfli əsasda bağlanmış çox sayda beynəlxalq müqavilələrin icrası üzrə sənədlər imzalanmışdır. Bunlardan ən mühümləri kimi aşağıdakıları göstərmək olar:


  • 2020-ci ilədək müddətə Müstəqil Dövlətlər Birliyinnin iqtisadi tərəqqi strategiyası;

  • 2020-ci ilədək müddətə Müstəqil Dövlətlər Birliyinin iqtisadi tərəqqi strategiyasının 1-ci etapının (2009-2011) reallaşdırılmasının Tədbirlər Planı;

  • 2003-2010-cu illərdə iqtisadi sferada Müstəqil Dövlətlər Birliyiə daxil olan ölkələrini əməkdaşlığının genişlənməsinə istiqamətlənən işlərin İcra Planı;

  • Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrin ticarət-iqtisadi münasibətlərin inkişaf perspektivləri haqqında illik məcmuələr.

Azərbaycanın beynəlxalq ticarət dövriyyəsində Müstəqil Dövlətlər Birliyi ölkələrinin payı böyükdür. MDB dövlətləri ilə 2005-2014-cü illərdə idxal-ixrac dinamikasını Cədvəl 2.1.-dən daha aydın görmək olar:

Bütün bunlarla yanaşı, həmin dövrdə Avropa İttifaqının təzə bir ideyası «Şərq portnyorluğu» təklifi səslənmişdir. Həmin təklifə görə 2013-cü ilədək Aİ təşkilatı Azərbaycana, Belarusa, Moldovaya, Ukraynaya, Gürcüstana və Ermənistana 600 mln. avro həcmində köməklik etmək nəzərdə tutulurdu. Bu məqsədlə Aİ çərçivəsində Hərtərəfli İnstitusional Quruculuq layihələrinin reallaşdırılma vasitələrinin və hər bir dövlətlə kordinatorunun müəyyənləşdirilməsi üzrə fəaliyyət yerinə yrtirilirdi. Ümumiyyətlə götürdükdə indiyədək Azərbaycanla Avropa Birliyi arasında alqı-satqı münasibətlərinin böyük bir hissəsi (90 %) bu təşkilatın aparıcı dövlətləri sayılan İngiltərə, Almaniya Federativ Respublikası, İtaliya, Fransa ilə aprilıb.

AR DGK-nin verdiyi informasiyaya görə ölkəmizlə Avropa Birliyi dövlətlərinin arasında beynəlxalq alqı-satqı əməliyyatlarının ümumi məbləği 15,3 mlrd.dollar təşkil etmişdir, ölkəyə gətirilən malların dəyəri 3,8 mlrd.dollar, ölkədən çıxarılan malların dəyəri isə 11,5 mlrd.dollar olmuşdur. Başqa sözlə, beynəlxalq alqı-satqının balansı +7.8 mlrd.dollar təşkil etmişdir.

Cədvəl 2.1.

Azərbaycan Respublikasının 2005-2014-cü illər üzrə MDB

dövlətləri ilə ticarət dövriyyəsi (min dollar)9



Ölkələr

2005

2008

2011

2012

2013

2014

Cəmi:

8558373.6

54926021.1

36326867.0

33560854.4

34687919.3

31016306.5

MDB - Cəmi

2100983.5

3417803.0

5477900.0

3630005.0

4062880.9

2921244.1

o cümlədən:

Belarus

19294.0

94968.9

731310.8

79719.4

102031.4

99032.7

Qazaxıstan

112511.2

490300.6

275589.3

393427.4

370997.6

250895.6

Qırğızıstan

3367.7

4927.6

22074.7

28917.6

14528.0

27502.9

Moldova

2907.3

6436.2

8119.5

9037.6

4205.7

5501.4

Özbəkistan

102645.2

29893.1

72436.8

19550.8

21447.9

61512.2

Rusiya Federasiyası

1002638.7

1933258.0

2828452.0

2338254.6

2583022.8

1954751.7

Tacikistan

79044.7

46102.4

15985.6

44149.7

13805.9

2824.7

Türkmənistan

516529.4

72561.4

56835.2

91629.8

88152.4

51201.2

Ukrayna

262045.3

739354.8

1467096.1

625318.1

864689.2

468021.7

Digər ölkələr - Cəmi

6457390.1

51508218.1

30848967.0

29930849.4

30625038.4

2895062.4

2012-ci il üçün Azərbaycanın idxal-ixrac əməliyyatlarının ümumi həcmində Aİ dövlətlərinin xüsusi çəkisi 44,0 % olmuşdur. İdxal əməliyyatlarında bu rəqəm 35,1 %, ixrac əməliyyatlarında isə 48,0 % olmuşdur. Təhlilə əsasən söyləmək olar ki, 2013-cü ildə Aİ dövlətiərinin idxal-ixrac əməliyyatlarının ümumi həcmi əvvəlki ilə nisbətən 7,6 % yüksəlmişdir. AR DGK-nin hesabatına görə 2014-cü il ərzində ölkəmizlə Aİ dövlətləri arasında idxal-ixrac əməliyyatlarının ümumi məbləği 14,67 mlrd. dollar, xüsusilə ə gətiriləm malların dəyəri 3,1 mlrd dollar, göndərilən malların dəyəri isə 11,6 mlrd. dollar olmuşdur. İdxal-ixracın balansı +8,5 mlrd. dollar təşkil etmişdir. Geyd etməliyik ki, artıq 2013-cü ildə müvafiq olaraq Azərbaycanın idxal-ixrac əməliyyatlarının ümumi həcmində Aİ dövlətlərinin xüsusi çəkisi 47,3 % olmuşdur. İdxal əməliyyatlarında bu rəqəm 33,8 %, ixrac əməliyyatlarında isə 53,0 % olmuşdur.



c:\users\rahimn~1\appdata\local\temp\finereader12.00\media\image4.jpeg

Şəkil 2.1. Azərbaycan Respublikası və Avropa Birliyi ölkələri arasındakı ticarət dövriyyəsi (2013 və 2014-cü illər, min ABŞ dolları ilə)10
Azərbaycan əlverişli geosiyasi mövqeyə malikdir. Belə ki, beynəlxalq qlobal TRACEKA layihəsi onun da siyasi-iqtisadi mənafelərinə uyğun gəlir. «İpək yolu» adı altında bu beynəlxalq layihə Avropadan başlamaqla Qafqazdan keçərək Asiya ilə sıx iqtisadi-ticarət əlaqələri saxlamaq imkanı verən bir nəqliyyat sistemidir. Mahiyyət etibarı ilə bu nəqliyyat dəhlizi Asiya-Qafqaz-Avropa xətti üzrə yerləşən bütün dövlətlərə beynəlxalq nəqliyyat sahəsində faydalı əməkdaşlıq əsasında öz iqtisadiyyatlarını daha da sürətlə inkişaf etdirmək istiqamətində geniş imkanlar açan bir layihədır. TRASECA Brüssel şəhərində (1993) səkkiz dövlətin əlaqədar orqanlarının imzaladığı beynəlxalq sazişə əsasən yaradılmış bir BİT-dir. Sonradan (1998) Hömin layihə əsasında müvafiq Baş Müqavilə də bağlanmışdır. Ölkəmiz bu proyekt üzrə AB-nin əsas tərəfdaşıdır. Qeyd olunduğu kimi, Azərbaycanın coğrafi mövqeyi onu tarixən Avropa və Asiya ölkələri arasında nəqliyyat dəhlizi olmasına şərait yaratmışdır. Azərbaycanı TRASECA layihəsindən çox böyük mənfəətlər gözləyir.

Azərbaycan Respublikası ilə beynəlxalq səviyyəli İqtisadi Əməkdaşlıq Təşkilat (İƏT) arasında ılk əlaqələr XX əsrin son onilliyində (1991) respublikamız hələ də keçmiş Sovetlər Birliyi adlanan imperiyanın bir respubliksı olarkən formalaşmışdır. Müasir dövrdə Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə bəzi layihələr reallaşdırılır. Burada başlıca məram İqtisadi Əməkdaşlıq Təşkilatın tərkibində iştirak edən dövlətlərin qarşılıqlı ticarət-iqtisadi münasibətlərinin inkişaf etdirilməklə, onlar arasında baş verən Bİİ proseslərinə köməklik göstərilməsi və bu prosesi daha da genişləndirməkdir. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlər öz aralarında iqtisadiyyatda bəzi xüsusi əhəmiyyətli sferalar üzrə, xüsusilə də sənaye, aqrar, inşaat, rabitə, logistika, yanacaq-energetika və sairə istiqamətlərdə portnyorluq əlaqələri saxlayırlar.

Bununla yanaşı, respublikamız həm də İslam Konfransı Təşkilatının (İKT) fəal üzvlərindən biri hesab edilir (1991). İslam Konfransı Təşkilatı üzrə reallaşdırılan tədbirlərdə Azərbaycan aktiv şəkildə fəaliyyət göstərir. İslam Konfransı Təşkilatı tərəfindən ölkəmizə iqtisadi köməkliklə bağlı xüsusi qərarlar verilmişdir.

Nisbətən yeni beynəlxalq regional qurum sayılan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) yaranan ilk tarixdən (1992) Azərbaycan bu iqtisadi təşkilatın həyata keçirdiyi bütün Bİİ tədbirlərində fəal iştirakçı olmuşdur. Beləki, dövlətimiz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Bosfor Qətnaməsi ilə İstanbul Bəyannaməsi kimi vacib beynəlxalq sənədlərin yaradıcılarından biri olmuşdur. Həmçinin, artıq bir samballı beynəlxalq qurum kimi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən qüvvəyə mindirilmiş 11 xüsusi əhəmiyyətli qətnamələrin tərtibində və qnların qüvvəyə mindirilməsində aktiv bir tərəf kimi çıxış etmişdir.

Son yaradılan regional BİT-dən biri də Demokratiya və İqtisadi İnkişaf üzrə Təşkilat (GUAM) hesab edilir (2006). Demokratiya və İqtisadi İnkişaf üzrə Təşkilatın yaradılmasının bəzi siyasi-iqtisadi amilləri mövcuddur. Bu, ilk növbədə, TRACECA-nın yaradılması, eyni zamanda da demokratik dəyərləri yüksək qiymətləndirən bir mühitin yaradılması istiqamətində Demokratiya və İqtisadi İnkişaf üzrə Təşkilatına daxil olan ölkələrin birgə səmərəli fəaliyyətin təşkilində tutduqları prinsipial mövqelər ilə əsaslamdırılır.

Aparılan araşdirmalara əsaslanmaqla göstərə bilərik ki, Azərbaycanda ixraca istiqamətlənmiş dövlət siyasəti həyata keşirilir və bu da yalnız o zaman yüksək səmərə verə bilər ki, respublikamız Bİİ-da aktiv iştirakçı olsun və buna paralel olaraq qlobal və regional BİT-lə səmərəli və ölkə üçün faydalı münasibətləti formalaşdıra bilsin.

2.2. Azərbaycan Respublikasının regional iqtisadi qurumlarla

əməkdaşlığının əsas istiqamətləri və hüquqi təminatı


İqtisadçı alim Ş.Mustafayev belə hesab edir ki, dövlət tərəfindən aparılan düzgün əsaslandırılmış ticarət-iqtisadi siyasət nəticə etibarı ilə Azərbaycanın dünya iqtisadiyyatına uğurlu inteqrasıyasını tımin edəcək ki, bu da ğlkəmizin iqtisadi qüdrətinin artmasına səbəb olmalıdır. Ş.Mustafayev yazır: «...dünya iqtisadiyyatına inteqrasiya, XİƏ və beynəlxalq qurumlarla əməkdaşlığın genişlənməsi...Azərbaycanın daha da qüdrətlənməsinə xidmət edəcək...”11

Hazırda ölkəmiz gənc bir müstəqil ölkə kimi beynəlxalq topluma sürətli inteqrasion proses yaşayır. Öz müstəqil mövqeyinə və davranıçına görə hazırda respublikamız dünyada və onda baş verən ticarət-iqtisadi proseslərdə samballı və etibarlı bir portnyor imicini qazanmışdır. Bu səbəbdən də bütün ölkələr onu layiqli tərəfmüqabil kimi görür və Azərbaycanla həvəslə fundamental iqtisadi əlaqələr formalaşdırırlar. Bunu nəzərə alaraq Azərbaycana olan etibarın daha da gücləndirilməsi mühüm əhəmiyyətə malikdir bu faktor bir sıra vacib şərtlərə riayət etməklə formalaşdırıla bilər.Təbii ki, bu vacib şərtlərdən biri və ən önəmlisi Azərbaycanın ÜTT-yə tam hüquqlu üzv kimi qəbul olunmasıdır.


Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə