PANİKA POZUNTUSU
74
rını əsas kimi götürür. Xüsusilə qidalanma, məşqlər, yuxu və rahatlan-
mağın sizin psixi sağlamlığınıza təsirini öyrənir.
ADDIM 3. Panika tutmalarına nəzarət etmək.
Bu addım panika tutmaları və vahimə əlamətləri müşahidə olun-
duğunda onlara nəzarət etmək üçün bəzi spesifik üsulları ortaya qo-
yur. Bu əlamətlərə nəzarət etmə bacarığının inkişafı sizin özünüzə
arxayınlıq hissini artıracaq, ehtiyat etdiyiniz halların öhdəsindən gəl-
məyinizi təmin edəcək.
ADDIM 4. Mənasız şeylər barədə fikirləşmə tərzini dəyişdirmək.
Bu addım vahimə simptomlarında rolu olan mənfi düşünmə for-
malarını tədqiq edir. Özümüz, fiziki hisslərimiz, bizdən kənarda baş
verən hadisələr barədə fikir və mövqelərimiz bizim hiss etmə və dav-
ranış formamıza təsir edə bilər. Bu mövqelərin bəzilərini dəyişdirərək
özümüzü, həyatımızı və hisslərimizi dərk etmə və qiymətləndirmə üs-
lubumuzu dəyişdirmək mümkündür. Bunlar yaşadığımız vahimə və
stressin səviyyələrinə də təsir göstərəcək.
ADDIM 5. Fiziki əlamətlərə qarşı həssaslığın azalması.
Bu addım bədəndəki dəyişikliklər nəticəsində qorxulu fikirlərin
yaranmasını və daha sonra panika riskinin artırmasını araşdırır. Fiziki
hisslərin düzgün bir şəkildə qiymətləndirilməsi bu təmayülün azal-
masına kömək edər.
ADDIM 6. Bu bacarıqların tətbiq edilməsi.
Proqramın son addımı sağlam həyat tərzini formalaşdırmaq və
aqorafobiyanı dəf etmək üçün əvvəlki addımlarda öyrənilən bacarıq-
ların tətbiqinə əsaslanır. Panika pozuntusunun öhdəsindən gəlməyi
və vahiməyə nəzarət etməyi öyrənmək çətin vəziyyətdəki əlamət-
lərin davam etdirilməsindən daha böyük əhəmiyyət kəsb edir: Bu o
deməkdir ki, siz daim başqa bir panika tutmasının olacağı qorxusun-
dan qurtulub həyatınızdan zövq alacaqsınız.
Bu altı adddımın adları ola bilər ki, yadınızda qalmasın. Sizə bu ad-
dımların yer aldığı bir cədvəl verəcəyəm. Bu addımlarla məşğul olan-
da iki faydalı məqamı nəzərdən keçirməyimiz yaxşı olar:
Birincisi, bu addımlar sizin panika tutmalarınızın qarşısını almaq
məqsədini daşıyır. Unutmayın ki, panika simptomlarına oxşar bəzi
75
əlamətlər tamamilə normal fizioloji bir halla əlaqədar ola bilər.
İkincisi, bəzi insanların panika tutmalarını başqalarına nisbətən
daha asanlıqla dəf edə bildiyi doğrudur. Panikanın ilk simptomlarıni
hiss etdiyinizdə öyrəndiyiniz üsulları yubatmadan tətbiq etmək va-
cibdir. Bu bacarıqlar müntəzəm bir şəkildə icra olunduğunda tədricən
öz-özünə avtomatik bir hal alacaq və simptomlar şiddətlənmədən əv-
vəl onların idarə olunması yavaş-yavaş daha da asanlaşacaqdır.
Həkim bunları qeyd etdikdən sonra bir az fasilə verdi:
– İstəyirsiniz, bir neçə dəqiqə dincəlin, sonra birinci addımdan
başlayarıq.
ADDIM 1. Panikanı tezləşdirən amillərin tərif edilməsi və vahimə-
li olduğunuzda onları tanımaq
– Sizə məlumdur ki, bir çox xəstəliklər, maddə və ya hallar va-
himə əlamətlərini yaradır. Bu əlamətlər bir-birinə çox oxşadığı üçün
vahimənin simptomlarını asanlıqla ayıra bilməzsiniz. Uzun müddət
vahimədən əziyyət çəkən insanlar vahimə simptomları ilə fiziki xəstə-
liklərin əlamətləri arasında fərqi görə bilirlər. Vahimələrdə də fiziki
əlamətlər yarandığı üçün bunların konkret bir xəstəlik və ya fiziki bir
xəstəliklə əlaqələndirmə meylinin olması normaldır. İnsanlar mücər-
rəd bir şeyi konkretləşdirdikləri, qeyri–müəyyənliyi müəyyən bir şeyə
çevirdikləri zaman vəziyyəti daha asan dərk edir, özlərini daha rahat
hiss edirlər.
Ürəyin çırpınması, döş qəfəsində ağrı, nəfəs almaqda çətinlik, baş
gicəllənməsi kimi əlamətləri olan bir insanın ürək infarktı keçirdiyini
fikirləşməsi məntiqidir. Bunu başa düşmək çətin deyil. Barış bəy, ilk
panika tutması baş verəndə sizdə də belə bir fikir yaranmışdı, elə de-
yilmi?
ADDIM 1. Panikanı tezləşdirən amillərin müəyyənləşdirilməsi və vahimələn-
diyiniz zaman onları tanımaq
Stressin mənbələrini və panikanın fiziki və psixi simptomlarını düzgün bir
şəkildə incələməyi öyrənmək
PANİKA TUTMASINI TEZLƏŞDİRƏN AMİLLƏR VƏ PANİKA
POZUNTUSU İLƏ BAĞLI İŞİN BAŞLANMASI
PANİKA POZUNTUSU
76
ADDIM 2. Həyat tərzinin vahimə və panika tutmalarına təsir edən amilləri
Panika tutmalarının ortaya çıxma ehtimalını azaltmaq için həyat tərzini də-
yişmək
ADDIM 3. Panika tutmalarına nəzarət etmək
Panika tutmalarına nəzarət etmək və aradan qaldırmaq üçün üsulları öyrən-
mək
ADDIM 4. Mənasız şeylər barədə fikirləşmə tərzlərini dəyişdirmək
Neqativ fikirləşmə tərzini dəyişdirmək üçün bunları tanımaq, mübarizə apar-
maq və öyrənmək
ADDIM 5. Fiziki əlamətlərə qarşı həssaslığın azaldılması
“Normal” fiziki hisslərdən qorxmamağı öyrənmək
ADDIM 6. Bu bacarıqları tətbiq etmək
Aqorafobiyanı dəf etmək və yeni bir həyat tərzini formalaşdırmaq
ALTI ADDIM Proqramı (Silov və Manikavaşaqar, 1997)
Barış bəy:
– Bəli, həyatımda heç vaxt ürək infarktı keçirmədim, ancaq ağlıma
ilk gələn şey o oldu ki, bunlar ürək infarktı ilə əlaqədar şeylərdir, –
dedi.
– Bu əlamətlərlə qarşılaşan bir çox adam eyni şeyi fikirləşir. Çünki
əlamətlər fiziki əlamətlərdir və ilk baxışda bu fikir məntiqli görünür.
Müşahidə olunan bu əlamətlərin fiziki bir xəstəliklə bağlı olub-olma-
dığını anlamaq üçün müayinədən başqa bəzi testlər edilir, lazım gəldi-
yində bəzi cihazlarla yoxlanılır. Bəzi hallarda fərqləndirmək çətin ol-
duğu üçün hətta xəstəxanada yatanlar belə olur. Sizdə də bəzi analizlər
edilmiş və nəticələrin normal olduğu bildirilmişdi.
Həkimlər bir vəziyyətə diaqnoz qoyanda simptomları, müayinə
və analizin nəticələrini müəyyən bir sistem və qaydalar çərçivəsində
Dostları ilə paylaş: |