Bariş BƏYİN Əhvalati panika pozuntusu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/43
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#458
1   ...   35   36   37   38   39   40   41   42   43

141
dın oldu.
Həkim gülümsəyərək:
–Çox böyük məmnunluq duydum, – dedi, – sizin ilk aylarda hər həftə 
gəlməyiniz demək ki, hədər deyildi.
– Hər şey qaydasına düşdüyünə görə, dərmanla bağlı təklifiniz nədir? 
– deyə Barış bəy həkimdən soruşdu.
– Barış bəy, təxminən 9–10 aydır müəyyən bir yaxşılaşma halı var və 
vəziyyətiniz getdikcə düzəlir. Keçən ay dərman dozasını azaltmışdıq. Bu 
dozadan daha bir ay istifadə edin, hər şey yaxşı olarsa, onun qəbulunu da-
yandıra bilərsiniz.
– Təşəkkür edirəm – dedi Barış bəy.
– Bundan sonra belə tez-tez gəlməyinizə ehtiyac yoxdur. Üç ay sonra 
gələrsiniz, dərmansız vəziyyətinizi də görərik. Hər hansı bir neqativ hal 
baş verdiyində telefonla zəng edə biləcəyinizi bilirsiniz. Həmçinin bu 
müddət ərzində qayıtmanın qarşısını almaq üçün diqqətli olmağınızı, 
məşq proqramınızı davam ettirməyinizi və həyat tərzinizə fikir verməyi-
nizi istəyirəm.
– Təşəkkür edirik, həkim
***
Həkimdən çıxıb yol üstündəki çay bağçasına getdilər. Çay bağçasında 
ağacların arasında kiçik bir hovuz və bir neçə ördək vardı.
Zeynəb xanım çayından bir qurtum içdi, hovuzun kənarında oynayan 
yoldaşına və qızına məhəbbətlə baxdı. 
ON BİR AY SONRA


PANİKA POZUNTUSU
142
Əlavə
TƏŞVİŞ VƏ PANİKA
Panika, gözlənilməz bir anda və birdən ortaya çıxan, güclü bir təş-
viş tutmasıdır. Panika tutması zamanı müşahidə olunan simptomlar 
təşvişin psixi və fiziki əlamətləridir. Bu səbəblə də panika tutmasını 
və panika pozuntusunu başa düşmək üçün təşviş anlayışını və onun 
əlamətlərini nəzərdən keçirmək lazımdır.
Təşviş
Təşvişlərin duyğu, düşüncə, fiziki və davranış xarakterli əlamət 
meyarları vardır.
Duyğular: Təşviş hər şeydən əvvəl bir hissdir (duyğudur). Hisslə-
rimiz hadisələri qavrama və şərh etməyimiz əsasında formalaşır. Duy-
ğularımızı hissiyyat orqanları vasitəsilə həyatımızda hiss edirik. Təlaş 
duyğusu insanın şəxsi həyatı ilə əlaqədar olduğu üçün onu tam olaraq 
xarakterizə etmək çətindir. Duyğuların yaranmasında genetik faktor-
lar və həyatdakı hadisələr rol oynayır. Duyğuların müsbət və mənfi 
tipləri var. Mənfi duyğular, şübhəsiz ki, xoşa gəlməzdir və yayınmağa 
səbəb olur. Müsbət duyğular isə dəstəklənir və yaxınlaşmanı təmin 
edir. Qorxu mənfi, həzz müsbət xarakterlidir.
Qorxu hər hansı təhdid və ya təhlükəyə qarşı göstərilən reaksiya-
dır. Qorxu, müdafiə davranışını meydana çıxarır. Bu davranış əsasən 
“döyüş və ya qaç” reaksiyasıdır. Vegetativ sinir sistemi (simpatik sinir 
sistemi hissəsi) ilə birlikdə immun və endokrin sistemləri də aktivlə-
şir. Beləliklə, bizim canlı qalmağımız və mövcudluğumuz təmin olu-
nur. Müdafiə davranışlarının genetik bir əsası var və avtomatik ola-
raq faaliyyətə keçir. Həyatımız boyunca qorxu ilə onu yaradan hallar 
arasında bir rabitə qurmağı öyrənirik. Qorxu ümumiyyətlə konkret 
hadisələrlə, insanlarla, məkanlarla əlaqədardır. Təşviş bu qorxunun 
ikinci dərəcəsi kimi ortaya çıxar.
Təşvişi tərif etmək üçün gündəlik olaraq adi dildə daxili narahatlıq, 
çətinlik, kədər, yorğunluq, pərişanlıq, qayğı, nigaranlıq, bədgümanlıq 
kimi sözlərdən istifadə olunur. Bunlar təşvişi tam mənasında ifadə et-
mir. Qayğı və narahatlıq konkret bir təhlükə qarşısında ortaya çıxan 


143
hissi ifadə etdiyi üçün onun işlədilməsi düzgün deyil. Bu səbəbdən 
kitabda təşviş sözündən istifadə edilmişdir.
Təfəkkür, şüur (idrak): Təfəkkür beynimizin ali funksiyasıdır. İd-
rak beynimizin daha yüksək funksiyasıdır. Dərketmələr müəyyən bir 
ardıcıllıqla yaranır, könüllü bir seçimi və nəzarəti təmin edir. Təlaş 
hissi də təfəkkürlə birlikdə çalışır, onunla iç–içədir. Təlaşın koqnitiv 
meyarını narahatlıq, narahatlığın mahiyyətini fəlakət təşkil edir. Təh-
lükənin hər yerdə olduğu dərk edilir. Təfəkkürə nəzarət etmək çətin-
dir, sürətlə işləyir. Belə hal digər mövzular üzərində diqqətin cəmləş-
məsini azaldır və ya yox edir. Düşüncələr sürətlə dəyişir və daha çox 
təhlükənin persepsiyasından asılıdır.
Fiziki əlamətlər: Təşvişlə birlikdə fizki əlamətlər də müşahidə olu-
nur. Bu əlamətlər vegetativ sinir sisteminin həddindən artıq fəaliyyəti 
nəticəsində ortaya çıxır. Bədənimiz hisslərin lövbər saldığı bir limana 
bənzəyir. Beynimizdə bədənimizin xəritəsi tərtib olunur, təəssüratları 
yadda saxlanılır. Eyni zamanda həyat təcrübələri də qeydə alınır. Bu 
xəritələr hisslərimizlə bağlı şəxsi həyatımızın nizama salınması üçün 
bir çərçivə yaradır. Hisslər meydana gələndə bədənimizin reaksiyası 
nəticəsində təşvişin fiziki əlamətləri ortaya çıxır. Daxili orqanlardan 
gələn siqnallar şişirdilmiş şəkildə qəbul edilir. Bunlar arasında tənəf-
füs çətinliyi, sürətli nəfəs alıb-vermə, qanın sürətlə dövriyyəsi, baş gi-
cəllənməsi, mədə və qarın orqanlarında narahatlıqlar kimi əlamətlər 
var. Bu əlamətlər adamda çox ciddi bir xəstəliyin olduğu və öləcəyi 
fikrinin yaranmasına səbə olur.
Davranış:  Beyində cərəyan edən proseslərin son mərhələsi dav-
ranışlardır. Hərəkətlər ya istəyərək edilir, ya da öz-özünə avtomatik 
olaraq meydana gəlir. Könüllü hərəkətlər məqsədli bir seçimin nəti-
cəsidir və məntiqidır. Şiddətli təşvişə qarşı reaksiya kimi təzahür edən 
davranışlar iradədən kənar ola bilər. Bunların sürətlə və öz-özünə ya-
ranması mümkündür. Təşviş ilə birlikdə əzələlərdə gərginlik, narahat-
lıq, titrəmə müşahidə oluna bilər.
Burada təşviş anlayışını izah etmək üçün irəli sürülən fikirlər qrup-
laşdırılacaqdır. Məqsəd təşvişin hansı mənaları daşıdığını hərtərəfli 
olaraq ortaya qoymaqdır.
TƏŞVİŞ VƏ PANİKA


PANİKA POZUNTUSU
144
Psixodinamika nəzəriyyəsi
Təşviş anlayışının aydınlaşdırılması və mənimsənilməsi baxımın-
dan Ziqmund Freydin fəaliyyəti böyük əhəmiyyət daşıyır. Freyd 
əvvəlcə təşviş anlayışını açıqlayanda irəli sürmüşdür ki, təşviş cinsi 
ehtirasın (libido enerjisinin) təşvişin fiziki əlamətlərinə fizioloji ola-
raq birbaşa transformasiya olmasından qaynaqlanır. O, burada psixi 
mexanizmlərin və proseslərin vasitəçi olmadığını nəzərdə tutmuşdur. 
Bu təşvişin mənbəyi güclü instinktiv impulslardır və bu gün təhtəl-
şüur və ya impuls təşvişi adlandırılır.
Freyd şəxsiyyətin struktur nəzəriyyəsində psixikanın üç kompo-
nentdən ibarət olduğunu bildirmişdir: id**(təhtəlşüur), mən (eqo* 
şüur) və fövqəlmən (supereqo). Bu üç komponent daim bir-biriylə 
qarşılıqlı əlaqədədir. Bu nəzəriyyəyə əsasən psixikanın strukturları 
dəyişəndə təşviş anlayışında da böyük dəyişikliklərin olduğunu irəli 
sürmüşdür. Freydin struktur nəzəriyyəsinə görə, təşviş mənə (Eqoya) 
aid bir hissdir. Təşviş daxili təhlükələrə qarşı şüuru (Eqonu) xəbərdar 
edən bir siqnal funksiyasını oynayır. Təşvişin şüura etdiyi daxili təh-
lükə xəbərdarlığı nədir? Burada nəzərdə tutulan daxili təhlükə mən-
bəyi təhtəlşüurda olan instinktiv impulslar, fövqəlşüurun qadağaları 
və xarici dünyanın həqiqətləri arasında daxili–psixiki qarşıdurmanın 
yol açdığı vəziyyətdir. İnstinktiv impulslar şüuraltı olub şəhvət və aq-
ressiya ilə əlaqədardır. Bu impulslar cəmiyyətin ədəb qaydalarına zidd 
olduğu üçün fövqəlşüur hərəkətə keçərək qadağanedici və cəzalandı-
rıcı funksiyalarıyla bunlara mane olur.
Siqnal təşvişi vasitəsilə daxili tarazlığa qarşı olan təhlükəni təsirsiz 
hala gətirmək üçün onları boğmaq və digər müdafiə mexanizmlərinin 
fəaliyyəti təmin edilir. Təhlükəli vəziyyətdən yayınmaq və instinktiv 
impulsların qismən də olsa qəbulu üçün maneələr və nevroz əlamət-
ləri ortaya çıxır. Bunların vasitəsilə işarə vahiməsinə əngəl törədilir. 
Şüurun müdafiə mexanizmləri hərəkətə keçmədiyi və siqnal təşvişinə 
mane olunmadığı təqdirdə, təşviş daimi xarakter alır.
Bu fikirlərə əsasən, təşviş yalnız xoşa gəlməyən, çətinlik yaradan 
bir hiss, bir nevroz pozuntusu deyil, eyni zamanda daxili tarazlığı və 


145
adaptasiyanı təmin edən bir siqnaldır.
Psixodinamika nəzəriyyəsinə əsasən, nevroz pozuntularında mü-
şahidə olunan əlamətlər yuxarıdakı proseslərdən sonra formasını 
dəyişdirmişdir. Bunun arxasındakı həqiqət instinktiv impulsların əsl 
izahı deyil, onların transformasiya olmuş formalarıdır.
Freyddən sonra da vahimə anlayışı ilə bağlı yeni psixodinamika 
nəzəriyyələri iləri sürülüb. Oxucunun bunun ətraflı olaraq bilməsinə 
ehtiyacı yoxdur. Psixodinamika nəzəriyyəsinin daha geniş tətbiqi 
sayəsində vahimənin müxtəlif növləri ortaya qoyulub: İd (təhtəlşüu-
rı) vahiməsi, supereqo (fövqəlmən) vahiməsi, axtalanma vahiməsi, 
ayrılıq vahiməsi, sevdiyi bir adamın itkisi ilə bağlı vahimə, yox olma 
(heçlik) vahiməsi.
Son əlli ildə aparılan araşdırmalar vahimə pozuntularının ya-
ranmasında bağlılıq nəzəriyyəsi və bağlılıqla əlaqədar pozuntuların 
vacibliyini ortaya qoydu. Məlumatlara görə, bir körpənin anasına 
bağlanması adi bir öyrənmə prosesi deyildir. Bağlanma genetik ola-
raq programlaşdırılıb bioloji olaraq müəyyən olunmuşdur. Panika 
pozuntusu və aqorafobiyası olan yeniyetmələrin bir hissəsi uşaqlıq 
çağlarında məktəb qorxusu formasında patoloji vahimə əlamətləri ilə 
qarşılaşdıqlarını xatırlayırlar. Panika pozuntusu olan insanların bəzilə-
rində ilk panika tutması mühüm bir rabitənin həqiqətən yox olması və 
ya rabitənin yox olma təhlükəsindən sonra baş verir. Bir araşdırmada 
aşkar edilmişdir ki, panika pozuntusunun yenicə başladığı insanların 
həyatında itki ilə bağlı hadisələrin ciddiliyi və miqdarı rol oynayır.
Öyrənmə nəzəriyyələrinə görə vahimə
Öyrənmə nəzəriyyəsi tərəfdarları heyvanlar üzərində aparılan təc-
rübələrə əsaslanaraq bildirirlər ki, vahimə tutmaları qorxu yaradan 
hallara şərti reaksiyalardır. Məsələn, bir körpə anası olmayanda aç 
qalacağını öyrənir. Körpə bu hadisələrdən sonra anasının olmadığı 
bütün vaxtlarda avtomatik olaraq vahiməli vəziyyətə düşəcəyini öy-
rənir. Hətta uşaq öz-özünə yeyib–içmə yaşına gəldikdən sonra da bu 
vahimə davam edir.
Panika pozuntusu baş verən insanlar bəzi sarsıdıcı hadisələri və 
TƏŞVİŞ VƏ PANİKA


PANİKA POZUNTUSU
146
ya həyatı üçün təhlükə yaradan hadisələri panika pozuntusunun baş-
lanğıcı ilə əlaqələndirir. Məsələn, boğulma təhlükəsi, yol qəzası, bəzi 
maddələrdən zəhərlənmə halları və s. hadisələr zamanı qarşılaşılan 
çətinlik, qorxu, ürək döyünməsi panika tutmasının başlanğıcı kimi 
qiymətləndirilir. Bununla belə panika pozuntusu olan hər insan bu 
cür hadisələr yaşamır.
Hər hansı vahimə pozuntusundan əziyyət çəkən insanda bir ha-
disənin və ya vəziyyətin xüsusiyyətləri təhrif edilir. Bu təhrif vahimə 
ilə nəticələnən köhnə hadisələr və səhv davranış fərziyyələri sayəsində 
meydana gəlir.
Sarsıdıcı (travmatik) hadisələr
Panik pozuntusu olan insanların sağlam insanlarla müqayisə edil-
diyi araşdırmalarda uşaqlıq illərində baş verən travmatik hadisələrin 
də panika pozuntusunun inkişafında mühüm rolu olduğu aşkar edil-
mişdir. Uşaqlıq çağında ana və atanın üst–üstə düşməyən mövqeləri 
kimi insanlararası sarsıdıcı münasibətlər həmin hadisələrin arasında 
əhəmiyyət daşıyır. Bundan başqa, uşaqlıq çağında baş verən fiziki və 
ya cinsi istismarın da gələcəkdə panika pozuntusunun inkişafı baxı-
mından mühüm bir risk faktoru olduğu müəyyən edilmişdir.
Təşvişin əlamətləri
Panika tutmasında və panika pozuntusunda əsas simptom təşviş-
dir. Təşviş yarananda şüur buna mane olmağa çalışır. Maneçilik mexa-
nizmi kifayət etməyəndə digər müdafiə mexanizmləri cəlb edilir. Bu 
müdafiə mexanizmlərinin xüsusiyyətlərinə görə fərddə müxtəlif fiziki 
və psixi əlamətlər ortaya çıxır. Bu əlamətlər çarəsizlik hissi yaratdığı 
üçün fərd olduğu mühitdən uzaqlaşmaq və ya qaçmaq istəyir. Təşviş 
əlamətləri vegetativ sinir sisteminin bir hissəsi olan simpatik sinir sis-
teminin həddindən artıq fəaliyyəti, mərkəzi sinir sistemiylə əlaqədar 
yaranırr. Həmin əlamətlər bu kitabda ətraflı gözdən keçirilmişdir.


147
Mənbələr
American Psychiatric Association.The Pocket Guide to DSM-
5 Diagnostic Exam. Washington, D.C.: American Psychiatric Press, 
2013, p.82-85.
Amerikan Psikiyatri Birliği. Psikiyatride Hastalıkların Tanımlan-
ması ve Sınıflandırılması El Kitabı, dördüncü baskı, DSM-IV-TR
2000. E Köroğlu (Çev. Ed.), Ankara: Hekimler Yayın Birliği, 2001. 
Burns D. İyi Hissetmek. HA Karaosmanoğlu (Çev. Ed.), on dör-
düncü baskı, İstanbul: Psikonet Yayınları, 2013.
Cahill SP, Foa EB. Anksiyete bozuklukları: Bilişsel-davranışçıtera-
pi. BJ Sadock, VA Sadock (Eds.), Comprehensive Textbook of Psyc-
hiatry, H Aydın, ABozkurt (Çev. Ed.), sekizincibaskı, cilt.2, Ankara: 
GüneşKitabevi, 2007, s.1788-1799.
Carbonell D. Panic Attacks Workbook. Berkeley, CA: Ulysses, 2004.
Dogan O. The epidemiology of anxiety disorders. Anatolian Jour-
nal of Psychiatry 2012;13:158-164.
Dogan O. The etiology of anxiety disorders. Anatolian Journal of 
Psychiatry2012;13:224-231.
Doğan O. Psikiyatrik Epidemiyoloji. Sivas: Esform Ofset, 2011.
Doğan O. Davranış Bilimleri. Genişletilmiş ikinci baskı, Sivas: Ön-
der Matbaası, 1999.
Elliott CH, Smith LL. Overcoming Anxiety for Dummies. Second 
ed., Hoboken, NJ: Wiley Publishing, 2010.
Emmelkamp PMG, Bouman TK, Scholing A. Anksiyete Bozuk-
lukları. E Köroğlu (Çev. Ed.), Ankara: HekimlerYayınBirliği, 1994.
Grillon C. Anksiyete bozuklukları: Psikofizyolojik yönleri. BJ Sa-
dock, VA Sadock (Eds.), Comprehensive Textbook of Psychiatry, H 
Aydın, ABozkurt (Çev. Ed.), sekizincibaskı, cilt.2, Ankara: GüneşKi-
tabevi, 2007, s.1728-17339.
Hart AD. The Anxiety Cure.Tenesse: Nashville, 1999.
Ingham C. Panic Attacks. London: Harper Collins Publishers, 
2000.


PANİKA POZUNTUSU
148
McMahon FJ, Kassem L. Anksiyete bozuklukları: Genetik. BJ Sa-
dock, VA Sadock (Eds.), Comprehensive Textbook of Psychiatry, H 
Aydın, ABozkurt (Çev. Ed.), sekizincibaskı, cilt.2, Ankara: GüneşKi-
tabevi, 2007, s.1759-1762.
Merikangas KR. Anksiyete bozukluklarınınkliniközellikleri.BJ Sa-
dock, VA Sadock (Eds.), Comprehensive Textbook of Psychiatry, H 
Aydın, ABozkurt(Çev. Ed.), sekizincibaskı, cilt.2, Ankara: GüneşKi-
tabevi, 2007, s.1720-1728. 136
Panik Bozukluğu Nemiah JC. Anksiyete bozuklukları: Psikodina-
mikyönleri. BJ Sadock, VA Sadock (Eds.), Comprehensive Textbook 
of Psychiatry, H Aydın, ABozkurt (Çev. Ed.), sekizinci baskı, cilt.2, 
Ankara: Güneş Kitabevi, 2007, s.1762-1765.
Neumeister A, Bonne O, Charney DS. Anksiyete bozuklukları: 
Nörokimyasalyönleri. BJ Sadock, VA Sadock (Eds.), Comprehensive 
Textbook of Psychiatry, H Aydın, ABozkurt (Çev. Ed.), sekizincibas-
kı, cilt.2, Ankara: GüneşKitabevi, 2007, s.1739-1748.
Peurifoy RZ. Anxiety, Phobias and Panic. London: Piatkus, 2010.
Pine DS, McClure EB. Anksiyete bozuklukları: Kliniközellikleri. 
BJ Sadock, VA Sadock (Eds.), Comprehensive Textbook of Psychi-
atry, H Aydın, ABozkurt (Çev. Ed.), sekizincibaskı, cilt.2, Ankara: 
GüneşKitabevi, 2007, s.1768-1771.
Silove D, Manicavasagar V. Overcoming Panic and Agoraphobia. 
London: Robinson Publishing, 1997.
Stein MB. Anksiyete bozuklukları: Somatiktedaviler. BJ Sadock, 
VA Sadock (Eds.), Comprehensive Textbook of Psychiatry, H Aydın, 
ABozkurt (Çev. Ed.), sekizincibaskı, cilt.2, Ankara: GüneşKitabevi, 
2007, s.1780-1788.


149
Kitabın içindəkilər
Ön söz ....................................................................................................
1. Barış bəy və ilk panika tutması .....................................................
2. Panika tutması, panika pozuntusu ...............................................
3. Barış bəy çaşqınlıq içində ..............................................................
4. Panika pozuntusunun müalicəsi və xəstənin qohumu olmaq
5. Panika tutması aldadır ....................................................................
6. Panika tutmasını tezləşdirən amillər və panika pozuntusu ilə 
bağlı işin başlanması ............................................................................
7. Həyat tərziniz həlledici amildir, rahatlanma (relaksasiya) 
üsulları ...................................................................................................
8. Panika tutmasına nəzarət edə bilərsiniz ......................................
9. Neqativ fikirləşmə tərzinizi dəyişdirin ........................................
10. Panikaya qalib gəlməyə başlayın ................................................
11. Əlavə müalicələr ............................................................................
12. Panika tutmasının qarşısını ala bilərsiniz: Siz bacararsınız!..
13. Barış bəy gəzintidə ........................................................................
14. On bir ay sonra ..............................................................................
Əlavə .......................................................................................................
Mənbələr ...............................................................................................
7
8
39
55
26
43
69
81
92
129
106
138
135
116
142
124
147




Tərcüməçi 
Mətanət BABAYEVA
Tərcümə üzrə məsləhətçi
Nadir İSMAYILOV
əməkdar həkim, tibb elmləri doktoru, 
Azərbaycan Tibb Universitetinin professoru, 
Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti
Redaktor
Fuad BABAYEV
Məsul redaktor
Gündüz NƏSIBOV
Texniki redaktorlar
Təmkin MƏMMƏDLİ
Dadaş MUSAYEV
Cildin dizaynı və səhifələmə
Elviz İSMAYILOV
www.1905.az 
portalının nəşri

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə