Бакы дювлят университети илащиййат факцлтясинин



Yüklə 10,39 Mb.
Pdf görüntüsü
səhifə7/152
tarix30.10.2018
ölçüsü10,39 Mb.
#75889
1   2   3   4   5   6   7   8   9   10   ...   152

Məsnəvidə Maidə surəsinin təfsirinə dair 

23 


 

MƏSNƏVİDƏ MAİDƏ SURƏSİNİN TƏFSİRİNƏ DAİR 

 

V.M.Məmmədəliyev

 

Q.T.Məmmədəliyeva



∗∗

 

 



Qurani Kərimin V surəsi Maidə hicrətdən sonra Mədinədə nazil olmuş-

dur. Peyğəmbərimizin (s.a.s) “Maidə surəsi nüzul baxımından Qur’anın son 

surələrindəndir. Elə isə onun halalını halal, haramını haram tutun!” hədisi 

buna sübutdur (1, 23; 2,VI, 188).  

Maidə surəsi Hüdeybiyyə sazişi ilindən (628 m.) etibarən nazil olmağa 

başlamış, bir qismi də Vida həcci əsnasında (fevral 632 m.) enmişdir. 

Bəzi islam alimləri bu surənin hamısının birdən Vida həcmində  Ərəfə 

günü, digərləri isə həmin səfər əsnasında nazil olduğunu söyləmişlər (3,139). 

İmam  Əhməd Hənbəl,  İbn Mürdəveyh və  Təbrəsinin nəql etdikləri bir 

hədisə görə Maidə surəsi Allahın Rəsulu yolda dəvə (yaxud qatır) üzərində 

ikən enmiş, dəvə  vəhyin ağırlığına davam gətirməyib qarnı üstə yerə çök-

müş, Həzrəti  Əli də bunu görmüşdür. Allahın elçisi özündən getmiş,  əlini 

Vəhbə əl-Cüməhinin başına qoymuş, sonra ayılmış və səhabəyə Maidə surə-

sini oxumuşdur. Şeyx Təbrəsinin İmam Cəfər Sadiqdən nəql etdiyi bir rəva-

yətə görə isə “Maidə surəsi bütünlüklə bir dəfəyə  vəhy edilmiş  və onunla 

birlikdə 70 min mələk də enmişdir.” (4, 447-448) 

Süleyman Atəş eniş səbəbləri baxımından surənin birdəfəyə və ən son ola-

raq nazil edildiyini bildirən rəvayətlərə  şübhə ilə yanaşaraq qeyd edir ki, 

əslində burada müxtəlif zamanlarda enən ayələr bir-biri ilə münasibətləri 

baxımından bir surə içərisində sıralanmışdır. Onun fikrincə, Maidədə ki, bəzi 

ayələr Peyğəmbərin (s.a.s.) ömrünün sonlarında nazil olduğu üçün surənin 

tərtibi də onun həyatının sonlarında həyata keçirilmiş və bu səbəbdən surənin 

bütövlükdə bir dəfəyə enməsi haqda rəvayətlər meydana çıxmışdır (4,498). 

Maidə süfrə, yemək süfrəsi deməkdir. Bəzi Quran müfəssirləri belə he-

sab edirlər ki, surəyə bu adın verilməsi zahirən Allah –Təalanın Həzrəti İsa-

nın xahişi üzrə göydən yemək süfrəsi endirməsi ilə əlaqədar görünürsə də əs-

                                                 

 BDU-nun İlahiyyat fakültəsinin dekanı 



∗∗

 BDU-nun baş müəllimi 




 V.M.MƏMMƏDƏLIYEV,

 

Q.T.MƏMMƏDƏLİYEVA 

24 


lində bu surə islam neməti süfrəsi deməkdir. Onlar bu fikri belə  əsaslan-

dırırlar ki, surənin “Bu gün sizin üçün dininizi kamil etdim, sizə olan nemə-

timi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim” (Maidə 3) 

ayəsindən artıq islam nemətinin tamama yetdiyi və onun əhdlərinə sadiq qa-

lan, verdikləri sözü, bağladıqları müqavilələri yerinə yetirən iman əhlinə bir 

ərməğan olaraq təqdim olunduğu açıq-aşkar görünür (3,140). 

Ə.Mövdudi bir çox əvvəlki müfəssirlər kimi,surəyə Maidə adının veril-

məsini 112-ci ayədə keçən Maidə (süfrə) sözü ilə əlaqələndirir. Onun fikrin-

cə,120 ayəlik surədə Maidə sözünün bir dəfə keçməsinə baxmayaraq, ona 

rəmzi olaraq, həm də başqa surələrdən fərqləndirmək məqsədilə bu ad veril-

mişdir (5,443). Qeyd edək ki, biz də bu qənaətdəyik. 

Maidə surəsi 120 ayədən, 1804 sözdən, 11930 hərfdən ibarətdir. Surənin 

fasilələri, 

ل ،  ،


م  ن 

،

 



،

 د

،



ب

 ر

  hərflərindən ibarətdir. Rəmzi olaraq 



ﺮﱢﺑَﺪُﻧ  ْﻢَﻟ

 

kimi göstərilir. Onun Maidə ilə yanaşı Uqud, Munqizə və Mubə’sirə adları 



da vardır. 

Maidə surəsində müxtəlif mövzulara, o cümlədən  əhdə  vəfa, hissiyata 

qapılma nəticəsində baş verə biləcək hərəkətlərdən qaçınma, yaxşı əməllər-

də, təqvada bir-biri ilə yardımlaşma, əti haram olan heyvanlar, ovun hökmü, 

kitab  əhlinin kəsib bişirdiklərinin müsəlmanlara halal, onların qadınları ilə 

evlənmənin caiz (mümkün) olması, dəstəmaz və təyəmmülün qaydaları, əda-

lətlə şahidlik etməyin lüzumu pozğunluqdan, şərab içməkdən, qumar oyna-

maqdan, bütlər adına kəsilmiş heyvanları yeməkdən qaçırmağın zəruriliyi, 

heyvanlarla  əlaqədar bəzi cahiliyyət adətlərinin gərəksizliyi, həcc və  Kəbə 

ziyarəti, irs qoyarkən şahid tutulması, şahidlərin doğruçu olmalarının müəy-

yənləşdirilməsi kimi məsələlərə toxunulmuşdur. 

Yəhudi və xaçpərəstlərlə  əlaqədar ayələrdə  Həzrəti Muhəmmədin (s.a.s.) 

onlara da qorxudub xəbərdralıq edən olaraq gəldiyi bildirilmiş, Quranın özün-

dən əvvəlki kitabları təsdiqləyici olaraq göndərildiyi də bildirilmişdir (4,447). 

Həvarilər Həzrəti  İsadan Rəbbinə dua edib onlar üçün göydən bir süfrə 

endirilməsini xahiş etmiş,  İsa  əvvəlcə onlara Allahdan qorxub bu işdən vaz 

keçməyi məsləhət görmüş, sonra onların israr etdiklərini görüb Allaha dua 

etmiş, Allah da İsanın duasını qəbul edərək onlara göydən süfrə endirmişdir. 

Maidə surəsinin 112-115-ci ayələrində bu əhvalat aşağıdakı kimi bəyan edilir:   



Məsnəvidə Maidə surəsinin təfsirinə dair 

25 


112. (Ya Rəsulum!) xatırla ki, o zaman Həvarilər dedilər: “Ya Məryəm 

oğlu İsa! Rəbbin bizə göydən bir süfrə endirə bilərmi? O da: ”Əgər mömin-

sinizsə, Allahdan qorxun!”- dedi. 

113. (Həvarilər) dedilər: “Biz istəyirik ki, ondan yeyək, ürəklərimiz sakit 

olsun, sənin bizə doğru dediyini bilək və ona (süfrənin enməsinə)  şahidlik 

edənlərdən olaq”. 

114. Məryəm oğlu İsa dedi: “Ya Allah, ey bizim Rəbbimiz! Bizə göydən 

bir süfrə nazil et ki, bizim üçün, bizdən öncə və sonra gələnlərimiz üçün bir 

bayram və  Səndən (Sənin qüdrətindən) bir möcüzə olsun. Bizə ruzi ver ki, 

Sən ruzi verənlərin ən xeyirlisisən!” 

115. Allah buyurdu: ”Mən onu sizə,əlbəttə nazil edərəm. Lakin ondan 

sonra sizlərdən kim küfrə düşərsə (nemətimi inkar edərsə), ona aləmlərdən 

(bəşər övladından) heç kəsə verməyəcəyim bir əzab verərəm!”  

Əksər rəvayətlərə görə, iki bulut arasından bir süfrə endi. Süfrə  gəlib 

onların önünə düşdü. Həvarilər ona tamaşa edirdilər. Bundan sonra İsa 

ağladı  və “Pərvərdigara! Məni  şükür edənlərdən elə, Pərvərdigara bunu bir 

rəhmət elə, işkəncə  və  cəza eləmə”- deyə dua etdi. Sonra durdu, dəstəmaz 

alıb namaz qıldı  və yenə  ağladı. Sonra süfrəni açdı. Nə görsələr yaxşıdır-

qızarmış pulsuz və tıxsız bir balıq, onun baş tərəfində duz, quyruq tərəfində 

sirkə,  ətrafında növbənöv səbzə; beş dilim çörək- birinin üstündə zeytun, 

birində bal, birində kərə yağı, birində pendir və birində də duzlanmış qaxac 

ət.Həvarilər Həzrəti  İsadan daha bir möcüzə göstərməyi xahiş etmiş, o da 

qızarmış balığa üz tutaraq: “Ey balıq, Allahın izni ilə diril!” – demiş, balıq 

dirilib tərpənmiş, daha sonra ona :”Əvvəlki halına dön” – demiş, balıq yenə 

də əvvəlki halına düşərək qızarmışdı. Həvarilər İsaya (ə.s) süfrədən yeməyi 

təklif etmiş, İsa bu təklifi qəbul etməyib:”Kim onun enməsini istəyibsə, o da 

yesin”- deyə cavab vermişdi. Həvarilər də bu işdən qorxuya düşüb yeməmiş, 

ancaq sonra peşman olmuşdular. 

Rəvayətə görə, maidə 40 gün onların arasında qalıb sonra qeyb olmuş, 

yəni göyə çəkilmiş, bundan sonra isə günaşırı nazil olmağa başlamışdı (6,226). 

Varlı-kasıb, xəstə-zəif, böyük-kiçik-hamı toplaşıb ondan yeyirdilər. 

Günəş batmağa yaxın süfrə göyə uçar, camaat onun kölgəsinə baxardı. O 

süfrədən hansı bir yoxsul yemişdisə, qalan ömrü boyu zəngin olmuş, hansı 

bir xəstə dadmışdısa, şəfa tapıb bir daha xəstələnməmişdi. Daha sonra Allah-

Təala İsaya: “Süfrəmi zənginlərə və sağlamlara deyil, yoxsullara və xəstələrə 



Yüklə 10,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   152




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə