Baki dövlet universiteti



Yüklə 488,55 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix05.10.2023
ölçüsü488,55 Kb.
#125700
  1   2   3   4   5
2018 29 VALEHQIZIE



БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 
İLAHİYYAT 
FAKÜLTӘSİNİN 
ELMİ MӘCMUӘSİ
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
№ 29

İYUN (HAZİRAN) 2018
 


Böhran vəziyyətinin psixoloji xarakteristikası 
217 
BÖHRAN VӘZİYYӘTİNİN PSİXOLOJİ 
XARAKTERİSTİKASI 
Əliyeva Mətanət Valeh qızı 
Bakı Dövlət Universitetinin doktorantı
 
 
Açar sözlər:
Böhran, psixoloji böhran, yaş böhranları, itki və ayrılıq 
böhranları, travmatik böhranlar 
Ключевые слова:
Кризис, возрастный кризис, возрастные кризисы, 
кризисы утраты и разлуки, травматические кризисы
Key words:
Crisis, psychological crisis, age crises, crises of loss and 
division, traumatic crises 
Psixologiya elmi üçün maraqlı məsələlərdən biri psixoloji böhran 
problemidir. XIX əsrin sonundan etibarən psixoloji böhran problemi psixoloqların 
və əlaqəli sahələrin mütəxəssislərinin diqqətini özünə cəlb etmiş və psixoloji 
böhran problemi ilə bağlı bir sıra nəzəriyyələr irəli sürülmüşdür. Bununla yanaşı 
psixoloji böhran anlayışının ədəbiyyatda və praktikada geniş istifadə olunmasına 
baxmayaraq, bu anlayışın şəxsiyyətin inkişafı ilə bağlı məsələləri nəzəri baxımdan 
kifayət qədər işlənməmişdir. Bu baxımdan müasir dövrdə psixoloji böhran 
hallarının şəxsiyyətin inkişafının yaş, cins və s. xüsusiyyətləri ilə bağlı araşdırıl-
malar davam etməkdədir. Bildiyimiz kimi, şəxsiyyətin inkişafı fərdin ömrünün 
sonunadək mərhələli şəkildə davam edir və hər yaş mərhələsinin özünəməxsus 
yeni çətinlikləri meydana gəlir ki, bu da şəxsiyyət böhranı kimi təzhür edir. 
Böhran vəziyyəti hər bir insanın şəxsi inkişafının ayrılmaz hissəsidir, bu dövr 
şəxsiyyətin inkişafına maksimal təsir göstərir, şəxsin inkişafının gələcək yönəliş-
liyini təmin edir. Әn əsas hallardan biri budur ki, psixikanın zənginləşən və 
mürəkkəbləşən inkişafı stabil və davamlı proses deyil. Bu ara verən bir prosesdir 
və burada böhranlarda qaçılmaz haldır. “İnkişaf böhranı” anlayışı L.S.Vıqotski 
tərəfindən XX-əsrin 30-cu illərində işlənib və uşaq psixikasının inkişafında keçid 
dövrlərinin öyrənilməsində istifadə edilib. Vıqotskiyə görə inkişaf böhranları 2 
yaş mərhələsinin toqquşması dövründə yaranır və əvvəlkinin bitməsini və növbəti 
mərhələnin başlamasını bildirir. Ontogenezin hər yaş mərhələsində toplanan 
psixoloji dəyişikliklər yeni psixoloji inkişaf səviyyəsinə keçidi hazırlayır. Hər 
əvvəlki mərhələnin yeni törəmələri növbəti dövrün inkişafı zamanı psixikanın 
formalaşması üçün əsasa çevrilir. Uşaq psixologiyasında ən çox adı çəkilən 
böhranlar 3, 7 və 12-16 yaşda baş verir(6, s.40). 


Əliyeva Mətanət Valeh qızı
 
218 
“İnkişaf böhranları” ilə sıx bağlı olan digər təsəvvür L.S.Vıqotski tərəfindən 
irəli sürülmüş “inkişafın sosial vəziyyəti” haqda tezisdir. 1932-1936-cı illərdə 
L.Vıqotski psixoloji termin kimi bu anlayışı uşağın psixikasının inkişafının 
təhlilinin çıxış nöqtəsi kimi daxil edir. L.Vıqotski anlayışında inkişafın sadəcə 
mühit deyil, hər yaş dövrünə xas xarici şərait və daxili inkişaf proseslərinin xüsusi 
birləşməsidir. O bu mərhələdə yaranan psixoloji törəmələri və psixi inkişafı 
şərtləndirir. Artıq qurulmuş, yaranmış inkişaf situasiyasının dağılması və 
yenisinin yaranması böhranlı inkişaf mərhələlərinin əsas məzmunudur. 
L.Vıqotski və onun şagirdləri (A.N.Leontyev, L.İ.Bojoviç, və b.) tərəfindən 
müxtəlif yaş mərhələlərində psixi analizin inkişaf sxemi işlənib. Bu təhlil bir sıra 
vacib məqamı aşkar edir : 
a) artıq yaranmış sosial situasiyanın xüsusiyyətləri, onun daxili təzadları
b) onun yeni sosial situasiya daxilində qurulma prosesi 
c) bu dövrdə yaranan əsas psixoloji törəmələr(6, s.88) 
Psixologiyanın formalaşması dövründə qanuni keçid mərhələsi kimi inkişaf 
böhranını təhlil edən L.Vıqotski bu dövrdə uşağın həyatında yaranmış 
dəyişikliklərə xüsusi diqqət yetirir. O qeyd edir ki, uşağın dünya haqda fikirləri 
genişlənir, onun fəaliyyətinin əməli və məna aspektləri zənginləşir. Uşağın yeni, 
artmış imkanları ona qarşı artıq qurulmuş tələblərlə ziddiyyətə girir. Bu əsas 
ziddiyyət uşağın ümumi davranış konturunda ifadə olunur. L.İ.Bojoviç qeyd edir 
ki, böhran dövründə uşağın davranışı dəyişir: onlar sözə baxmır, nadincləşir, 
konfliktli olur, bəzən də aqressiv olur. Bu emosional reaksiyalar böhrandan 
əvvəlki etapın sonunda formalaşan uşağın daxili məmnuniyyətsizliyi, vacib tələ-
batların frustrasiyalarının sübutu kimi özünü göstərir. Hər yeni inkişaf mərhələsi 
ilə uşağın ictimai münasibətlər sistemində tutduğu yer dəyişir və bununla əlaqədar 
uşağın ətrafa, özünə “daxili pozisiyası” dəyişir. Artıq ontogenezin hər yaş 
mərhələsində öz məzmun spesifikasına malik olan sınma baş verir. Uşaq psixika-
sında yaranan sonrakı problemlər də məhz bununla sıx bağlı olur. Xasiyyətna-
məsində dayanacağımız növbəti məqam Vıqotski - Leontyev - Luriya tərəfindən 
işlənilmiş şəxsiyyət haqqında təsəvvürdür. A.N.Leontyevin təsəvvürlərinə əsasən 
şəxsiyyət - uşağın ontogenik inkişafının sonrakı məhsuludur. Çünki şəxsiyyət 
olmaq üçün dünya ilə daha geniş əlaqə yaratmalı, bütövlükdə ona və elementlə-
rinə xüsusi yanaşma olmalıdır. Şəxsiyyətin əsasında iyerarxiyalı fəaliyyət sistemi 
və bunun arxasında dayanmış motivlər durur. Bu motivlərin bir-birinə uyğunlaş-
ması yalnız müəyyən bir inkişaf mərhələsində yaranır, ona görə də insan çox gec 
şəxsiyyətə çevrilir . 
A.N.Leontyev şəxsiyyətin 3 parametrini ayırır: 
1. İnsanın dünya ilə əlaqəsinin genişliyi 
2. Motivlərin mərhələlənmə dərəcəsi
3. Şəxsiyyətin ümumi strukturu (9, s.288) 



Yüklə 488,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə