Bakı Biznes Universiteti


Maliyyə Hesabatının Beynəlxalq Standartlar Komitəsi və onun beynəlxalq mühasibat uçotunun inkişafında rolu



Yüklə 30,75 Kb.
səhifə5/6
tarix02.04.2022
ölçüsü30,75 Kb.
#84990
1   2   3   4   5   6
Bakı Biznes Universiteti

3.Maliyyə Hesabatının Beynəlxalq Standartlar Komitəsi və onun beynəlxalq mühasibat uçotunun inkişafında rolu
Maliyyə Hesabatının Beynəlxalq Standartlarının hazırlanması üzrə işçi orqanı-Maliyyə Hesabatının Beynəlxalq Standartları üzrə Komitə (MHBSK) özünün mənzil-qərargahı ilə birlikdə 1973-cü il iyul ayının 29-da Londonda yaradılmışdır. Komitənin təsis edilməsində Avstraliyanın, Kanadanın, Almaniyanın, Fransanın, Yaponiyanın, Meksikanın, ABŞ-ın, Böyük Britaniyanın, Hollandiyanın və İrlandiyanın peşəkar təşkilatları fəallıq göstərmişdir.

MHBSK-nın yaranması bütün dünyanın mühasibat təşkilatlarının daxil olduğu Beynəlxalq Mühasiblər Federasiyasının yaranması ilə eyni vaxta düşmüşdür. Bu təşkilat hökümət və dövlət nəzarətindən ayrılıqda fəaliyyət göstərir. Onun fəaliyyətinin əsas məqsədi uçot standartlarının müxtəlif ölkələrdə ümumdünya koordinasiyası və harmoniyası əsasında mühasiblərin peşəkarlığının inkişafına yönəldilmişdir.

2000-ci ildə MHBSK Maliyyə Hesabatının Beynəlxalq Standartları üzrə Şuraya çevrildi. Bu müstəqil xüsusi təşkilatdır və onun başlıca vəzifəsi uçot və hesabatın yüksək keyfiyyətli standartlarının hazırlanılmasından ibarətdir.

MHBSŞ formal hakimiyyətə malik deyildir və bu təşkilat hökümət orqanlarından və digər hakimiyyət strukturlarından asılı deyildir.

1995-cil ildə MHBSK Qiymətli Kağızlar üzrə Komissiyanın Beynəlxalq Təşkilatı ilə saziş imzaladı və onunla sıx əməkdaşlığa başladı. Qeyd olunan sazişin başlıca məqsədinə görə MHBS əsasında hazırlanılan maliyyə hesabatlarının dəsti qiymətli kağızların dünyanın bütün fond birjalarında hər hansı bir düzəliş edilmədən yerləşdirilməsi üçün avtomatik surətdə yararlı olmasındadır.

MHBSŞ-nın təşkilat strukturuna daxildir:



  • İdarə heyəti;

  • Himayəedici şura;

  • Məşvərət qrupu;

  • İnterpretasiya komissiyası;

  • Şuranın heyəti

İdarə heyətinə daxildir: Avstraliya, İngiltərə, ABŞ, Fransa, Almaniya, Hindistan, Kanada, Yaponiya, Meksika, Malaziya, Hollandiya, Cənubi Amerika ölkələrinin mühasibat təşkilatlarının mühasibləri; Maliyyə Analitiklərinin Beynəlxalq Əlaqələndirmə Komitəsinin nümayəndəsi, İsveçrənin Sənaye Holdinqləri Federasiyası, Maliyyə İcraedici Orqanların Beynəlxalq Assosiasiyası, bilavasitə maliyyə hesabatlarının tərtibi ilə məşğul olan digər təşkilatların dörd nümayəndəsi.

Avropa Komissiyasının və ABŞ-ın maliyyə-mühasibat hesabatlarının standartlaşması üzrə komitənin nümayəndələri idarə heyətinin iclaslarında müşahidəçi qismində iştirak edirlər. İdarə heyətinin hər bir üzvü idarə heyətinin iclaslarında iştirak etmək üçün iki nümayəndə və müşavir irəli sürür.

MHBSŞ-nın tələbinə görə idarə heyətinin hər bir üzvü özünün nümayəndə heyətinə minimum bir sənaye təşkilatının və bir bilavasitə mühasibat uçotu standartlarını müəyyənləşdirən nümayəndəsini daxil etməlidir. Burada başlıca məqsəd nəzəriyyə ilə praktikanı əlaqələndirməkdən ibarətdir.

1995-ci ildə MHBSK mühasibat peşəsi və biznesdə aparıcı mövqe tutan mütəxəssislərdən ibarət Beynəlxalq Müvəkkillər Şurası yaratmışdır. Bu şuranın əsas rolu mühasibat uçotu və hesabatın beynəlxalq standartlarının qəbuluna kömək göstərmək hesab olunur.

Şuranın qarşısında aşağıdakı vəzifələr durur:


  • İdarə heyətinin fəaliyyətinin effektivliyi üzrə illik hesabat hazırlamaq;

  • İdarə heyətinin strategiyası və planlarının nəzərdən keçirilməsi və şərhi;

  • Mühasibat peşəsi, işgüzar dairələrin nümayəndələrinin, maliyyə hesabatlarından istifadə edənlərin və maraqlı tərəflərin komitənin işində iştirakına kömək göstərmək;

  • Komitənin fəaliyyətinin müstəqilliyinə təsir göstərməyən maliyyələşmə mənbələrinin axtarılması;

  • MHBSK-nın büdcəsinin və maliyyə hesabatlarının nəzərdən keçirilməsi

1981-ci ildə MHBSK beynəlxalq təşkilatların nümayəndələrindən ibarət məşvərət qrupunun əsasını qoydu.

Hazırda məşvərət qrupunun üzvləri aşağıdakılardır:



  • Beynəlxalq qiymətli kağızlar və maliyyələşmələr federasiyası;

  • Mühasibat uçotu sahəsində tədqiqatlar və məhsul üzrə beynəlxalq assosiasiya;

  • Beynəlxalq Banklar assosiasiyası;

  • Beynəlxalq Vəkillər assosiasiyası;

  • Beynəlxalq Ticarət Palatası;

  • Beynəlxalq azad həmkarlar ittifaqı konfederasiyası;

  • Ümumdünya əmək konfederasiyası;

  • Qiymətli kağızlar üzrə Beynəlxalq Təşkilat;

  • Ümumdünya Bankı;

  • Avropa Komissiyası;

  • Maliyyə uçotu standartları üzrə şura;

  • Transmilli korporasiyalar və investisiyalar üzrə Birləşmiş Millətlər Təşkilatının bölməsi.

Sonuncu iki təşkilat məşvərətçi hesab olunur. MHBSK-nın idarə heyəti ildə iki dəfə komitənin layihələrini və onun işçi qrupunun uzunmüddətli perspektivə işini müzakirə etmək üçün məşvərət qrupu ilə görüşür.

MHBSK 1996-cı ildə ekspertlərdən ibarət iterpretasiya komissiyası yaratmışdır. Bu komissiya beynəlxalq uçot standartlarının müzakirəsində və qəbulunda iştirak edir.



Yüklə 30,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə