Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə5/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   2   3   4   5   6   7   8   9   ...   72

12
 
fahan",  "Hüseyni",  "Hicaz"  kimi  muğamlar  müxtəlif  Azərbaycan  muğam 
dəstgahlarında şöbə əhəmiyyətini görürlər. Məsələn, "İsfahan" -"Bayatı-İsfa-
han" adı ilə "Bayatı-Şiraz" muğam dəstgahında şöbə əhəmiyyəti daşıyır. La-
kin  "Pəncgah",  "Əşiran",  "Novruzu-Ərəb",  "Novruzi-bayatı",  "Hisar",  "Üz-
zal", "İsfahanək", "Mübərriqə", "Bəstə-Nigar" Orta əsr 12 klassik muğamla-
rında şöbə olduğu kimi, Azərbaycan muğam dəstgahlarında da indiyə qədər 
şöbə əhəmiyyətinə malikdir. Maraqlıdır ki, Avropa alimlərindən biri olan Gi-
zevetterin təqdim etdiyi 12 muğam səs sırasında qədim muğam adı ilə verilən 
"İsfahan"  ladının  səs  sırası  Azərbaycan  musiqisində  geniş  istifadə  olunan 
"Bayatı-Şiraz"la  uyğunluq  təşkil  edir.  "Bayatı-İsfahan"  muğam  şöbəsi  eyni 
zamanda "Bayatı-Şiraz" dəstgahında "Mayə"dən sonra gələn II əsas şöbədir. 
İranda indi də bu muğam "Bayatı-Şiraz" deyil, "Bayatı-İsfahan" adlandırılır. 
Hər  bir  muğam  dəstgahının,  kiçik  həcmli  muğamın,  onun  şöbələrinin, 
zərb-muğamlarının  adları  müxtəlif  mənalar  kəsb  edir.  Müşahidələrdən  irəli 
gələrək deyə bilərik ki, bəzi terminlərin yaranması: 
a) Lad-məqam səciyyəsi ilə ("Şur", "Hümayun" və s.). 
b)  Musiqinin  obraz-emosional  quruluşu  ilə  ("Səmai-Şəms",  "Rast",  "Dil-
keş"). 
c)  Yer  adları  ilə  ("Zabul",  "Bayatı-Şiraz",  "Bayatı-İsfahan",  "Arazbarı", 
"Qarabağ şikəstəsi"). 
d)  Şəxs  adları  ilə  ("Mani",  "Mirzə  Hüseyn  segahı",  "Mənsuriyyə",  "Hü-
seyni" və s.). 
e)  Rəqəmlərin  ardıcıllığı  ilə  ("Yegah",  "Dügah",  "Segah",  "Çahargah", 
"Pəncgah" və s.) əlaqədardır. 
Muğamlar estetik mahiyyət etibari ilə müxtəlifdir. Burada insan psixolo-
giyasının  incəlikləri,  onun  ən  dərin  və  ən  nəcib  hissləri  öz  əksini  tapa  bilir. 
Vokal-instrumental muğamlar mövzu cəhətdən lirikaya (sevgi lirikası, şən li-
rika) вя fəlsəfi ictimai məzmuna malik olur. Şifahi-professional vokal-instru-
mental janrlarда ən çox Nizami (XII əsr), Füzuli (XVI əsr) M.P.Vaqif (XVIII 
əsr), Q.Zakir, Seyid Əzim, Nəbati, Natəvan (XIX əsr), Əliağa Vahid, Səməd 
Vurğun, S.Rüstəm (XX əsr) və başqalarının əruz vəznində yazılmış qəzəlləri 
oxunur. Klassik təsniflərin çoxu da qəzəllə deyilir. Qəzəllə yanaşı qoşma, ba-
yatı, müxəmməs və başqa lirik şeir formalarından da istifadə olunur. 
Musiqi  mədəniyyətimizin  özünəməxsus,  çoxəsrli  ən'ənələri  Azərbaycan 
muğam  dəstgahlarının  təşəkkülünə,  formalaşmasına  və  inkişafına  olduqca 
ciddi təsir göstərmişdir. Hazırda muğam dəstgahları şifahi-professional musi-
qi janrı kimi yüksək inkişafa malikdir. Onlar məzmun, musiqi və mündəricə 
baxımından son dərəcə zəngin, rəngarəng və müxtəlifdir. 
"Bayatı-Şiraz"  şifahi-professional  musiqimizin  əsas  muğamlarındandır, 
emosional  təsir  qüvvəsi  rəngarəng  və  genişdir.  "Bayatı-Şiraz"  dinləyicidə 
gərginlik hissi yaratmaqla bərabər, onu düşündürür, xəyala daldırır. Təsadüfi 
deyil ki, musiqinin axıcılığı, emosional təsir qüvvəsinə görə, "Bayatı-Şiraz"a 


13
 
Şərq aləmində "яrusi musiqi", yəni "musiqinin gəlini" deyirlər. Tədqiqatçıla-
rın fikrincə "Bayatı-Şiraz", "Bayatı-İsfahan", "Bayatı-Qacar", "Bayatı-Кürd", 
"Bayatı-Əcəm" muğamları, bayatı şeir forması V-VI əsrlərdə yaşamış bayat-
ların, yəni türkdilli oğuz tayfalarından birinin adı ilə bağlıdır. 
Bayatlar  oğuz  tayfaları  ilə  birlikdə  Azərbaycanda,  eyni  zamanda  İranda, 
Anadoluda, İraqda da yaşamışlar. "Bayatı-Şiraz" ümumilikdə lirik məzmuna 
malik dəstgahdır. XX əsrin ortalarına qədər "Bayatı-Şiraz" dəstgahı "Bayatı-
İsfahan" adlandırılırdı. Mənbələrə əsaslanaraq deməliyik ki, hələ XIX əsrdə 
Bakı musiqi məclislərində ifa olunan həmin dəstgah "Bayatı-İsfahan" adı da-
şıyırdı. Onu da demək lazımdır ki, İranda indi də həmin dəstgah "Bayatı-İsfa-
han" adlanır. Lakin müasir İran musiqisində "Bayatı-İsfahan" dəstgah deyil, 
"avaz" kimi işlənir. Bu muğamın vokal variantına 11 hissə, instrumental vari-
antına 27 hissə daxildir. 
Tarzən Mirzə Fərəcin tərtib etdiyi muğam dəstgahları içərisində "Bayatı-
Şiraz" dəstgahı 17 şöbə və güşədən ibarətdir:  
1.Dəraməd  
 
9. Hacı Йuni  
2.Bayatı-İsfahan   
10.Giləyi 
3.Bayatı-Şiraz 
 
11.Dəşti 
4.Əbülçəp   
 
12.Mеhdi-Zərrabi 
5.Cəfərriyə  
 
13. Qatar 
6.Budəşti   
 
14. Bayatı 
7. Azərbaycan 
 
15.Aşiqi-Güş 
8. Bayatı-Kürd 
 
16.Niиriz-Davudi 
 
 
 
 
17.Üzzal 
Sadalanan  şöbə  və  güşələrdən  görünür  ki,  "Bayatı-Şiraz"ın  tərkibində 
"Şur", "Rast", "Nəva"  və  başqa muğam-ladlarına  müvəqqəti  keçidlər  özünü 
göstərir.  "Bayatı-Şiraza  ayaq"  йяни,  "keçid-yekun"  verilməyərək  dəstgahın 
ən zil şöbəsi olan "Üzzal" ilə tamamlanır. 
Musiqi texnikumunun “Şərq” şöbəsi üçün tərtib edilmiş ilk proqramda "Ba-
yatı-İsfahan" adı ilə verilmiş dəstgah 10 şöbə və güşəni özündə cəmləşdirir: 
1.Mayəyi Bayatı-Şiraz  
6. Hacı Yuni 
2.Bayatı-İsfahan    
7. Dəşti 
3.Əbülçəp    
 
8. Qatar 
4. Azərbaycan  
 
9. Üzzal 
5. Bayatı-Kürd  
 
10. Bayatı-Şiraz 
Mirzə  Fərəcin  tərtib etdiyi  dəstgahla musiqi texnikumu  üçün  nəzərdə  tu-
tulmuş proqramı müqayisə etsək, görərik ki, bəzi şöbə və güşələrin adları uy-
ğun  gəlir.  Başqa  muğam  dəstgahlarına  müvəqqəti  keçidlər  də  mövcuddur. 
Müqayisədən  irəli  gələrək  deyə  bilərik  ki, "Bayatı-Şiraz"  qədim muğamlar-
dan  biri  deyil,  bəlkə  də  son  əsrlərdə  yaranmışdır.  Buna  görə  də  başqa  dəst-
gahların şöbə və güşələrini mənimsəmiş, onların hesabına dəstgah şəklini al-
mışdır. Sonralar həmin dəstgahda bəzi şöbə və güşələr "Bayatı-Şiraz" məqa-


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə