Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   26   27   28   29   30   31   32   33   ...   69

 
134 
Prokariot  hüceyrələrdə  endoplazmatik  şəbəkə 
yoxdur.  Lakin  bir  çox  bakteriyalar  sintez  etdiyi 
fermentləri  xarici  mühitə  çıxarırlar.  Görünür  bu 
fermentlərin 
 
hüceyrədən 
çıxarılması 
xüsusi 
hüceyrədaxili  vakuol  sistemi  ilə  əlaqədar  deyil,  lakin 
ona  oxşardır.  Belə  ki,  bir  çox  tədqiqatlarla  isbat 
edilmişdir  ki,  bakteriyalarda  ribosomların  bir  hissəsi 
plazmatik  membranla  əlaqədardır.  Hüceyrədən  kənar 
edilən 
fermentlər 
həmin 
membran 
üzərindəki 
ribosomlarda  sintez  olunur.  Membranla  əlaqədar  
olmayan  hialoplazmadakı  ribosomlar  isə  bakteriya 
hüceyrəsinin    özünə  lazım  olan  zülalların  sintezində 
iştirak edir. 
Hamar  (aqronulyar)  endoplazmatik  şəbəkə  – 
onun  ribosomlardan  məhrum  olan  hissəsidir.  Lakin 
hamar endoplazmatik şəbəkə ilə dənəvər endoplazmatik 
şəbəkə  arasında  kəskin  sərhəd  qoymaq  mümkün  deyil. 
Belə  ki,  endoplazmatik  şəbəkə  böyüdükcə    onun 
dənəvər  sahələri,  hamar  sahələrə  çevrilə  bilir,  digər 
tərəfdən  bəzən  dənəvər  endoplazmatik  şəbəkənin  
ribosomları  itir  və  o  hamar  endoplazmatik  şəbəkə 
kanallarına çevrilir. 
Hətta    tədqiqatlarla    müəyyən  edilmişdir  ki, 
inkişafın  mərhələlərindən    asılı  olaraq  dənəvər 
endoplazmatik  şəbəkə,  hamar  endoplazmatik  şəbəkəyə 
çevrilə bilir. Bu cəhətdən dənəvər endoplazmatik şəbəkə 
ilkin,  hamar  endoplazmatik  şəbəkə  isə  sonradan 
yaranma  kimi  qəbul  edilməlidir.  Məsələn,  siçanların 
qaraciyərlərində  anadan  olmazdan  əvvəl  dənəvər 
endoplazmatik  şəbəkə  kanalları  olur,  anadan  olandan 


 
135 
sonra  isə  hamar  endoplazmazmatik  şəbəkə  kanalları 
müşahidə  edilir.  Bir  sıra  biokimyəvi,  morfoloji, 
avtoradioqrafiya  tədqiqat  işləri  isbat  edir  ki,  dənəvər 
endoplazmatik  şəbəkə  böyüyür,  həcmi  artır  və  ya 
ribosomlarını  itirir  və  hamar  endoplazmatik  şəbəkəyə 
çevrilir. 
Mənşəcə  eyni,  topoqrafik  cəhətdən  oxşar 
olmalarına    baxmayaraq  funksional  cəhətdən  hamar 
endoplazmatik 
şəbəkə, 
dənəvər 
endoplazmatik 
şəbəkədən fərqlənir. 
Hamar  endoplazmatik  şəbəkəyə  steroid  təbiətli 
maddələrin  sintez  olunduğu  hüceyrələrdə  məsələn, 
böyrəküstü  vəzinin  qabıq  hüceyrələrində,  toxumluğun 
interstisial  hüceyrələrində,  piy  vəziləri  hüceyrələrində 
və s. daha çox rast gəlinir  
Hamar  endoplazmatik  şəbəkə  topoqrafik  cəhətdən 
qlikogen  toplanan  sahə  ilə  də  sıx  əlaqədə  olur  ki,  bu 
cəhət  də  onun  karbohidrat  mübadiləsindəki  rolunu 
göstərir. Qaraciyər hüceyrələrində, əzələ hüceyrələrində  
qlikogen  endoplazmatik  şəbəkənin  hamar  hissəsində 
toplanır. 
Aclıq  çəkmiş  hüceyrələrdə    qlikogen  istifadə 
olunandan  sonra,  eləcə  də  artıq  qlikogen  toplananda 
hüceyrələrin 
hamar 
endoplazmatik 
şəbəkəsinin 
kanallarının  genişlənməsi  bəzi  patoloji  proseslərlə 
əlaqədar  olur.  Belə  ki,  zəhərlənmələr  zamanı,  bəzi 
zəhərli  və  konsorogen  maddələrin  təsiri,  yüksək  dozalı 
hormonol  preparatların  təsiri  zamanı  və  s.  qaraciyər 
hüceyrələri,  onlara  xas  olan  sitoplazmanın  bazofil 
xüsusiyyətini itirirlər .                  
 


 
136 
Bu  onu  göstərir  ki,  bu  maddələrin  təsirindən 
sitoplazmada RNT miqdarı kəskin aşağı düşür. Odur ki, 
sitoplazmada  oksifil zonalar müşahidə edilir. 
Elektron  mikroskopunda  bu  zonalarda  hamar 
endoplazmatik 
şəbəkənin  kanallarının  toplanması 
müşahidə  edilir.  Bu  onunla  əlaqədardır  ki,  həmin 
sahələrdə  zərərli  maddələrin    deqretasiyası  prosesləri, 
metobolik  dezaktivasiya    prosesləri  gedir  ki,  həmin 
proseslər də bir sıra oksidləşdirici fermentlərin  iştirakı 
ilə  həyata  keçir.  Beləliklə,  qaraciyərin  funksiyasına  aid 
olan  orqanizmin    detoksikasiyası    prosesi  hamar 
endoplazmatik şəbəkənin iştirakı ilə gedir. 
Eninəzolaqlı 
əzələdə 
hamar 
endoplazmatik 
şəbəkənin  kanalları  və  vakuolları  (sarkoplazmatik 
retikulum)  hər  bir  miofibrili  əhatə  edir.  Burada  onlar 
xüsusi  funksiya  ifa  edirlər.  ATF-nin  iştirakı  ilə  həmin 
kanallar kalsium  ionlarını toplayır və odur ki, bu da öz 
növbəsində  əzələ hüceyrəsinin açılmasını təmin edir.  
Ali  bitkilərdə  hamar  endoplazmatik  şəbəkə 
terpenlərin,  steroidlərin,  lipidlərin  sintez  olunduğu 
toxuma hüceyrələrində rast gəlinir. Çox vaxt  bitkilərdə 
hamar  endoplazmatik    şəbəkə    kanalları  hüceyrənin 
polisaxarid qılafına  yaxın mövqedə rast gəlinir ki, bu da 
onun karbohidrat  mübadiləsindəki roluna əyani dəlildir. 
Beləliklə,  hamar  endoplazmatik  şəbəkə  triqliseridlərin, 
steroidlərin, qlikogenin, lipidlərin sintezində iştirak edir, 
orqanizmin  detoksikasiyasını,  ion  mübadiləsini  təmin 
edir. 
 
 


 
137 
RİBOSOMLAR 
 
  Ribosom  RNT  molekullarından  və  zülallardan  təşkil 
olunmuş  mürəkkəb  ribonukleo-protein  kompleks  olub 
hüceyrənin zülal sintez edən “zavodudur”.  Ribosom ilk 
dəfə  1955-ci ildə rumun mənşəli Amerikan alimi Corc 
Emil  Palad  tərəfindən  aşkar  olunmuşdur.  Palad  onu 
sitoplazmada olan kiçik hissəciklər kimi təsvir etmiş və 
göstərmişdir  ki,  onlar  endoplazmatik  retikulumun 
membranı  ilə  assosiasiyada  olmağa  daha  çox 
meyillidirlər.  Palad  sonralar  Fransız  alimi  Xristian  de-
Dyuc  və  artıq  1945-ci  ildə  endoplazmatik  retikulumu 
aşkar  olunmasında  iştirak  edən  Belçika  alimi  həkimi 
Albert Klaudla  birlikdə ribosomların zülal sintezindəıki 
rolunun  aşkar  olunmasına  görə  1974-cü  ildə  Nobel 
Mükafatı ilə təltif olundular.  
 
Mürəkkəb  ribonukleoproteidlərdən    ibarət  olan  
ribosomları  1955-  ci  ildə    Xauatson  və  Xem    elektron 
mikroskopu  ilə  xərçəng  hüceyrələrində  müşahidə 
etmişlər.  Ribosomların    diametri  250-300  nm-dir, 
forması  isə  kürə  şəklindədir.  Bağırsaq  çöpcüyü 
bakteriyası  üzərində  aparılan  elektron  mikrokopik 
tədqiqatlar 
nəticəsində 
bu 
mikroorqanizmlərdə 
ribosomların  iki  müxtəlif    ölçülü  submikroskopik 
vahiddən ibarət olduğu sübüt edilmişdir. 
Böyük  submikroskopik  vahid  üçkünclü,  diametri 
150-180 
A
0
,  kiçik  submikroskopik  vahid  isə 
qövsvaridir, diametri 140-160 A
0
-dır. Yastı səthə malik 
olan    böyük    submikroskopik  vahid    kiçik  səthə  malik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə