Азярбайжан Республикасы Тящсил Назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/69
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21545
1   ...   34   35   36   37   38   39   40   41   ...   69

 
170 
Xloroplastlar özləri isə etioplastlardan (solğun sarı 
rəngli) əmələ gəlirlər, yəni cücərti işəğa çıxdıqdan sonra 
onda  yaşıllaşma  baş  verir,  xlorofil  sintez  olunur  və 
xloroplastlar  əmələ  gəlir,  bu  prosesə  fotomorfogenez 
deyilir.  Fotomorfogenez  özü  bitkilərdə  zülal-piqment 
kompleksindən 
ibarət 
olan 
fotoreseptorlarla 
– 
fitoxromlar  və  kriptoxromlar  vasitəsi  ilə  induksiya 
olunur və tənzimlənir.  
 
Plastidlərin  digər    tipi  olan  xromoplastidlər  xloro 
və ya leykoplastlardan əmələ gəlirlər.  
Xromoplastlar-  qırmızı  sarı  və  narıncı  rəngli  , iki 
membranlı quruluşa malik  mikroskopik  orqanellərdir. 
Bu tip orqanellərin rəngi onlarda  narıncı rəngli  kariotin 
və  sarı  rəngli  ksantofil  piqmentlərinin  olmasından 
asılıdır.  Xromoplastlar  formalaşarkən,  xloroplast 
tilokoidləri  dağılır  və  matriksdə  karotinoidlə  zəngin  
qlobulların toplanması müşahidə edilir. Xromoplastların 
quruluşları  əsasən    sapşəkilli  və  mənşəyindən  asılı 
olaraq  isə  müxtəlif  kristallik  quruluşda  ola  bilər.  Bu 
orqanellər    bitkinin  çiçəyində  ,  yetişmiş  meyvələrində, 
yeraltı  hissələrində  və  s.  əmələ  gələ  bilər.  Çiçəklərin 
ləçəklərində  bu  piqmentin  olması  onların  tozlayıcı 
həşaratların cəlb edilməsində  əhəmiyyətini artırır. Qeyd 
etdiyimiz  kimi  plastidlər  proplastidlərdən  əmələ  gələ 
bilər.  Xaricdən  ikiqat  membranla  əhatə  olunan 
proplastidlər 
plastidlərə 
çevriləndə 
 
onların 
ultrastrukturlarında, forma və ölçülərində dəyişkənliklər 
baş  verir.  Bölünmə  yolu  ilə  əmələ  gələn  plastidlərdə 
DNT  molekulunun  olması  prosesin  tənzimlənməsində 
əsas rol oynayır. 


 
171 
Leykoplastlar-mikroskopik,  kürə  şəkilli,  rəngsiz 
plastidlərdir.  Onlar  bitkinin  rəngsiz  hissələrində 
toplanır.  Belə  ki,  kökdə,  kök  yumrularında,  gövdənin 
şəkildəyişmiş  formalarında  kökümsov  gövdə  yumrusu 
və  soğanaqlarda,  ağacların  gövdəsində  leykoplastlara 
rast  gəlmək  olar.  Kartof  yumrularındakı  amiloplastlar 
leykoplastlara  tipik  misaldır.  Amiloplastlarda  mono  və 
disaxaridlərdən nişastanın ikinci sintezi gedir.   
Bitkilərin rüşeym hüceyrələrindəki  proplastidlərin 
forması,  ölçüsü,  rənginin  dəyişməsindən    digər 
plastidlər  formalaşır.  Əksər  bitkilərdə  plastidlər  ana 
xətti ilə nəslə ötürülür. 
 
HÜCEYRƏ  MƏRKƏZİ 
 
Hüceyrə  mərkəzi  1875-ci    ildə  R.  Hertviq 
tərəfindən  dəniz  kirpisinin  rüşeyiminin  bölünməsi 
öyrənilərkən  kəşf  edilmişdir.  Hüceyrə  mərkəzi 
çoxhüceyrəli  heyvanların  bütün  hüceyrələrində,  ibtidai 
orqanizmlərdə  və  bəzi  bitki  hüceyrələrində  müşahidə 
olunur.  O,  işıq  mikroskopunda  yaxşı  görünür.  Hüceyrə 
mərkəzinin  tərkibinə  bir-birinə  sentrodesmos  adlanan 
protoplazmatik  saplar  vasitəsilə  birləşmiş  iki  sentriol 
daxildir.  Sentriollar  ya  bilavasitə  sitoplazmada  ya  da 
sentrosom  adlanan  kürəşəkilli  törəmənin  mərkəzində 
yerləşir. Hüceyrə mərkəzinin bu şəkilli quruluşu əsasən 
bölünməyən  hüceyrələr  üçün  xarakterikdir.  Hüceyrə 
bölünməsi  zamanı  sentrosomun  ətrafında  əmələ  gələn 
xüsusi  şüalardan  ibarət  sahə-astrosfer  onun  quruluşunu 


 
172 
bir  qədər  mürəkkəbləşdirə  bilər.Bu  şüalar  fibrilyar 
saplardan ibarət olub qidalı sahəni əmələ gətirir. 
Sentriolların  incə  quruluşunu  işıq  mikroskopu 
vasitəsilə 
öyrənmək 
mümkün 
deyil. 
Elektron 
mikroskopu  ilə  aparılan  tədqiqatlarla  müəyyən 
edilmişdir ki, interfaza zamanı hüceyrə mərkəzi iki boş 
silindir  formalı  cisimcikdən  ibarətdir  (diametrin  0,2 
mkm-ə  qədər,  uzunluğu  isə  0,5  mkm-ə  qədər).    Bu 
cisimciklər  sentriollar  adlanır.  Onlar  diplosom  əmələ 
gətirirlər (şəkil 45). 
 
 


 
173 
                           
j                                                q 
 
Şəkil  45.  Hüceyrə  mərkəzinin  quruluşu.  a  –  mikroşəkil: 
askaridin  bölünən  yumurta  hüceyrəsində  hüceyrə  mərkəzi; 
b–sxem, c–elektron mikroskopundan çəkilmiş mikrofoto: 1 – 
aktiv 
ana 
sentriol, 
ondan 
şüa 
şəkilli 
polyar 
mikroborucuqlar  uzanır  (2);  3  –  aktiv  olmayan  qız 
sentriollar  (Y.S.Çençova  görə);  q  –  ana  sentriolların 
tripletləri (K. de Dyuva görə). 
 
      а                                                                  б 


 
174 
Diplosomlarda  qız  sentriollar  bir-birinə  nisbətən 
perpendikulyar yerləşirlər. Hər sentriol dairəvi yerləşən 
9 triplet mikroborucuklardan ibarətdir 
Sentriolların  tərkibinə  mikroborucuqdan  əlavə 
tərkibi  dienin  zülallardan  ibarət  «qulp»  adlanan  və 
qonşu  tripletləri  körpü  şəkilli  bir-birinə  birləşdirən 
srukturlar  var.  Mərkəzi  mikroborucuqlar  yoxdur. 
Sentriolların 
quruluşunu 
bu 
düsturla-(9+3)+0 
göstərmək  olar.  Eyni  zamanda  hər  mikroborucuqlar 
tripletisferik  formalı  strukturla-satellitlərlə  bağlıdır. 
Satellitlərdən  hər  tərəfə  mikroborucuqlar  ayrılır, 
nəticədə  sentrosfer  əmələ  gəlir.  Hüceyrə  mərkəzi 
yerləşən  bütün  hüceyrələr  üçün  borucuqlar  qrupunun 
sayı  sabitdir.  Hüceyrə  mərkəzinin  kimyəvi  tərkibi 
haqqında  məlumat  azdır.  Əsasən  məlumdur  ki, 
sentriollarda  karbohidratlar,  zülallar,  az  miqdarda 
lipidlər və çox az miqdarda RNT və DNT var.  
Hüceyrə  mərkəzi  hüceyrənin bölünməsində  böyük 
rol  oynayır.  İnterfaza    mərhələsində  ikiləşmiş 
sentriollar,  profaza  mərhələsində  hüceyrənin  qütblərinə 
çəkilirlər.  Qütblərə  çəkiləndə  sentriolları  birləşdirən 
sentrodesmozalardan  iy  telləri  və  ya  bölünmə  vətərləri 
formalaşır. Sonra isə iy telləri xromosomların sentromer 
nahiyyələri  ilə  birləşərək  onların  qütblərə  çəkilməsi 
prosesində  iştirak  edirlər.  Bunlarla  bərabər  bir  çox 
tədqiqatlarda  göstərilmişdir  ki,  ibtidai  orqanizmlərdə 
kirpik  və  qamçıların  formalaşması  da  sentriollarla 
bağlıdır. Qeyd edilən stukturlar bazal cisimcikdən və ya 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə