cəmiyyətlər izafi dəyər əldə etmirlər, burada yüksək keyfiyyətli
kənd təsərrüfatı sistemi yaradıla bilməz.
3.
Aqrar cəmiyyətlər. Bu cəmiyyətlər Qədim Misirdə
eramızdan əvvəl birinci minillikdə yaranmışdır. Burada işçi
qüvvəsi kimi heyvanlardan istifadə edilmişdir. Bu da kənd
təsərrüfatının məhsuldarlığını artırmış və bu kimi cəmiyyətlər
kənd əhalisinin tələb olunandan artıq məhsul əldə etməsinə şərait
yaratmışdır. Kənd təsərrüfatında izafi dəyərin əmələ gəlməsi
şəhərlərin, sənətkarlığın və ticarətin yaranmasına təkan verdi.
Aqrar cəmiyyəti əsasında dövlət, özünün bürokratik aparatı və
ordusu ilə meydana gəldi, ilk pul sistemi yarandı, yazı kəşf edildi,
ticarət genişləndi. Aqrar cəmiyyəti şəraitində, cəmiyyətin siyasi
təşkilində daha mürəkkəb formaların yaranması baş verdi. Qan
qohumluğu əlaqələri cəmiyyətdə yeni sosial struktur ilə tədricən
əvəz edildi, lakin siyasi həyatda onlar bu gün də vacib rol
oynayırlar. Burada mühüm mülki və hərbi vəzifələr irsən atadan
oğula keçirdi. Lakin aqrar cəmiyyətlərdə əsas istehsal vahidini
daim ailə təşkil edirdi.
4.
Sənaye cəmiyyəti. Bu tipli cəmiyyətlər İngiltərədə
XVIII əsrin sonunda sənayeləşmə prosesinin təsiri nəticəsində
yaranmışlar. Bu proses göstərdi ki, cəmiyyətin mövcud olduğu
müddət ərzində məhsuldar qüvvələr yüksək inkişafa çatmışlar və
maşınlı istehsalın meydana gəlməsi üçün şərait hazırlanmışdır. O
zaman İngiltərədə birinci sənaye inqilabı baş vermişdir və burada
başlanan sənaye çevrilişi XIX əsrdə digər Avropa ölkələrinə,
Şimali Amerikaya yayılır. Müasir qabaqcıl sənaye cəmiyyətləri
Şimali Amerikada, Avropada, Şərqi Asiyanın Yaponiya, Tayvan,
Honkonq, Cənubi Koreya kimi ölkələrində XX əsrdə
yaranmışlar. Digər ölkələrdə sənayeləşmə prosesi bu gün də
getməkdədir.
Sənaye cəmiyyətlərinin inkişafında yeni enerji mənbələrinin
tapılmasının xüsusi rolu olmuşdur. Sənaye cəmiyyətində istilik,
elektrik, nüvə, günəş, və s. enerjisindən istifadə edilir.
Sənaye cəmiyyətlərində ailənin rolu zəifləyir, onun bəzi
funksiyaları itirilir. Yeni şəraitdə bu funksiyaları digər sosial
42
institutlar həyata keçirir. Məsələn, sosiallaşma prosesi, təhsil
institutu və s.
Beləliklə, cəmiyyətin tarixi tiplərinin öyrənilməsi bir daha
göstərdi ki, insanlar öz maddi və mənəvi tələbatlarını ancaq təşkil
olunmuş birgə fəaliyyət şəraitində həyata keçirə bilərlər.
Cəmiyyət vasitəsi ilə sosial institutlar insan fəaliyyətini
sabitləşdirir, bu da müxtəlif davranış modellərini formalaşdırır.
3. Cəmiyyətin inkişafı və fəaliyyətinin sosial qanunları
İctimai qanun – obyektiv mövcud olan, daim təkrar olunan,
ictimai həyatda və ya müəyyən tarixi dövrdə hadisələrin
mövcudluq əlaqəsi prosesinə deyilir. İctimai qanunun kəşfi
cəmiyyətin inkişafının təbii-tarixi proses kimi təsvirinə geniş
imkan yaratdı. İctimai proseslərin elmi əsasda idarə edilməsi
üçün şərait yaradır.
Fəaliyyət sahəsindən asılı olaraq qanunlar ən ümumi
(universal) və ümumi-spesifik qanunlara bölünürlər. Bəzən əsas
və qeyri - əsas, fundamental və törəmə qanunlar da meydana
çıxır. Universal qanunlarda bütün anlayışlar ən ümumi xarakter
daşıyırlar, spesifik qanunlar isə həqiqətin məhdud sahələrinə
aiddirlər. Onlar insanların cəmiyyətdə ictiami – tarixi
fəaliyyətini öyrənir və obyektiv xarakterə malikdirlər.
Sosial qanunlar müxtəlif fərdlər və sosial toplular arasında
münasibətləri müəyyən edərək onların fəaliyyətində ifadə olunur.
Bu xalqlar, millətlər, siniflər, şəhər və kənd, cəmiyyət və sosial
təşkilat, cəmiyyət və əmək kollektivi, cəmiyyət və ailə, cəmiyyət
və şəxsiyyət arasında olan münasibətlərdir.
Sosial qanunlar cəmiyyətdə baş verən hadisə və proseslərin
təbii inikşafı nəticəsində yaranırlar. İctimai-iqtisadi forma-
siyalarda fəaliyyət göstərən qanunları aşağıdakı iki tipə ayırmaq
olar :
1.
Struktur-funksional qanunlar və qanunauyğunluqlar.
Onlar cəmiyyətin ictimai həyatının müxtəlif tərəflərinin fəa-
liyyətini əks etdirirlər.
43
2.
Genetik qanunlar və qanunauyğunluqlar, onlar isə cə-
miyyət həyatının müxtəlif tərəflərinin inikşafı ilə sıx əlaqədə-
dirlər.
Deməli, cəmiyyətin elmi dərkedilməsinin vacib metodları
struktur-funksional və genetik metodlardır.
İctimai – iqtisadi formasiyanı təşkil edən hissələrin, onun
element və üsullarının zaman daxilində dəyişdirilməsi, əlaqələ-
rinin qaydaya salınması, onların strukturu və ardıcıl təsiri inkişaf
- qanun xarakterini daşıyır. İnkişaf o zaman baş verir ki, ardıcıl
götürülmüş iki obyektin vəziyyəti keyfiyyətcə və əhəmiyyətli
surətdə dəyişir, yəni bir keyfiyyət strukturundan digər keyfiyyət
strukturuna keçid baş verir.
İnkişaf qanunları sosial hadisələr arasına funksional asılılıq
gətirir və cəmiyyətdə dəyişikliklər üçün şərait yaradır. Məsələn,
insanların siyasi-praktiki fəaliyyəti yüksəldikcə cəmiyyət işlərinin
idarə edilməsində siyasi mədəniyyətin əhəmiyyəti artır, tərbiyə
işinin təşkilinin keyfiyyəti yüksəldikcə cəmiyyətdə əxlaqi-
psixoloji iqlim təkmilləşir.
Cəmiyyətin inkişafı obyektiv inkişaf qanunları əsasında, onun
müxtəlif tərəflərinin qarşılıqlı əlaqəsi prosesində həyata keçirilir. Bu
inkişaf məhsuldar qüvvələrin və istehsal münasibətlərinin, iqtisadi,
sosial, mədəni və mənəvi münasibətlərin, ictimai şüur və ictimai
varlığın qarşılıqlı təsirini nəzərdə tutur. Hal – hazırda cəmiyyətdə
iqtisadi sahədə gedən dəyişikliklər, bazar iqtisadiyyatının
formalaşması prosesində onun sosial strukturu dəyişir, müxtəlif
sosial təbəqə və qrupların qarşılıqlı əlaqələri yeniləşir. Bu
strukturların dəyişilməsi, yeniləşməsi siyasi və hüquqi təşkilatların
vəziyyəti və fəaliyyətinə təsir göstərir.
İctimai şüur anlayışının özü də dəyişir, çünki həyatı şüur
müəyyən etmir, əksinə həyat şüuru müəyyən edir. İstehsal
üsulunun dəyişdirilməsi hər bir cəmiyyətin tədricən sosial, siyasi,
ideoloji dəyişdirilməsini tələb edir. Cəmiyyət təcrid olunmuş
formada mövcud ola bilməz. Ölkələr digər qonşu dövlətlərlə,
cəmiyyətlərlə, regional təşkilatlarla, dünya bazarları ilə yüzlərlə
əlaqə formaları ılə birləşir.
44
Dostları ilə paylaş: |