Азярбайжан республикасы тящсил назирлийи



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/76
tarix01.11.2017
ölçüsü2,8 Kb.
#7915
növüDərslik
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

və üsulları haqqında məsləhət verir. Hakimiyyət institutları bu cür 
məsləhətlərə ehtiyac duyduqda o, daha səmərəli olur. Siyasi 
liderlər, qruplap bu məsləhətlərə qulaq asmaqla idarəetmə 
metodlarını  təkmilləşdirməyə, qəbul edilən qərarlarda düzəlişlər 
aparmağa məcbur olurlar. 
Direktiv funksiya. İctimai rəyin bu funksiyası ictimaiyyat 
tərəfindən bu və ya digər sosial problem barədə qərar çıxarılması 
zamanı  təzahür edir. Buna misal olaraq referendum və seçkilər 
zamanı xalqın öz iradəsini nümayiş etdirməsini göstərmək olar. 
Siyasətdə imperativ fikir bildirmə çox mühüm yer tutur. 
İctimaiyyət tərəfindən formalaşdırılan mühakimələrin 
məzmunundan asılı olaraq rəy qiymətverici, təhliledici xarakter 
daşıya bilər. 
Qiymətverici rəy bu və ya digər problem və ya fakta 
münasibət bildirilməsidir. Burada hisslər üstünlük təşkil edir. 
Təhliledici ictimai rəy bu və ya digər mühüm qərarın 
qəbul edilməsindən  əvvəl nəzəri təfəkkür elementlərinin köməyi 
ilə hərtərəfli təhlil aparılmasını nəzərdə tutur. 
Tənzimedici ictimai rəy ictimai münasibətlərin müəyyən 
normalarını formalaşdırıb irəli sürərək onların köməyi ilə 
insanların davranışını  tənzim edir. Adətən o, bunu insanların, 
qrupların, kollektivlərin  əxlaqi  şüurunda təşəkkül tapmış olan 
qaydalar kodeksi vasitəsi ilə həyata keçirir. İctimai rəy müsbət və 
mənfi mühakimələr formasında çıxış edə bilər.  İctimai rəyin 
sosioloji yolla tədqiq olunması onda baş verən  ən kiçik 
dəyişiklikləri belə görməyə, siyasi qüvvələr nisbətini bilməyə 
imkan verir. Əhalinin müxtəlif təbəqələri tərəfindən müxtəlif 
dövlət orqanlarına və ictimai təşkilatlara göndərilmiş olan məktub 
və teleqramların öyrənilməsi zamanı sosioloji təhlil 
metodlarından istifadə etmək lazımdır.  
Bəzən belə olur ki, böyük sosial qrup tərəfindən for-
malaşdırılıb irəli sürülən ictimai rəy xırda qrup, yaxud hətta ayrı 
fərdlər tərəfindən  irəli sürülə bilər. Buna görə  də  cəmiyyətin 
istənilən üzvünü, insanlar birliyini ictimai rəyin təmsilçisi hesab 
etmək olar. 
 
67


İctimai rəyin təzahürü prosesi gercəkliyin aktual pro-
blemlərinin ictimaiyyətin mühakimələrində  təzahürü prosesidir. 
Sosioloji  əbədiyyatda ictimai rəyin təzahürünün aşağıdakı 3 tipi 
fərqləndirilir: 
a. ictimai rəyin kortəbii şəkildə təzahürü; 
b.dövlət orqanları  və ictimai təşkilatlarının təşəbbüsü ilə 
ictimai rəyin aşkarlanması. Bu, özünü qanun layihələrinin 
ümumxalq müzakirəsində, aktual problemlərin mətbuatda 
müzakirəyə çıxarılmasında  büruzə verə bilər; 
c. xüsusi sosioloji tədqiqatlar (sorğular) nəticəsində bu və 
ya digər məsələ barəsində ictimai rəyin aşkar olunması. 
İctimai rəyin təzahürü, fəaliyyət göstərməsi iki səviyyədə 
baş verir: birincisi, “söz” səviyyəsində (verbal davranış), yəni bu 
və ya digər hadisəyə, obyektə verilən qiymət böyük kütlələr 
tərəfindən qəbul edilsə də konkret fəaliyyətlə müşaiyət olunmur; 
İkincisi isə “iş” səviyyəsində (real davranış), yəni sosial 
qruplar öz şüurlarındakı qiymətə müvafiq surətdə  fəaliyyət 
göstərirlər. 
Aydındır ki, ictimai rəyin inikas səviyyəsindən praktiki 
səviyyəyə keçidi onun sosial tənzimləmə  və  nəzarət funksiya-
larının əhəmiyyətinin artması ilə bağlıdır. O, özünün qeyri-formal 
xarakteri ilə  və eyni zamanda konkret təzahür formaları ilə 
səciyyəvidir. Cəmiyyətdə mütəhərrik və geniş miqyaslı 
dəyişikliklər baş verdikdə ictimai rəyin bir-problemdən digərinə 
yönəlməsi tempi də yüksəlir. Lakin bəzən elə olur ki, bu və ya 
digər problem haqqında formalaşmış olan ictimai rəy cəmiyyətin 
sosial-iqtisadi tərəqqisi yolunda əngələ çevrilir və onun inkişafını 
ləngidir. Yaxşı  məlumdur ki, ictimai həyatda bəzən yeniliklər 
mühafizəkar ictimai şüura çox gec qalib gəlir. Buna görə  də 
ictimia rəyin dəyişdirilməsinə  məqsədyönlü təsir iki yolla baş 
verə bilər: birinci yol kütlələrin  şüuruna manipulyasiya yolu ilə 
hakim sinfə  sərfəli olan fikirlərin yeridilməsidir; ikinci yol isə 
məsələnin mahiyyətinin elmi yolla izahı vasitəsi ilə geniş xalq 
kütlələrinə çatdırılmasıdır. 
 
68


Son vaxtlar ictimai həyatın digər sferalarında olduğu kimi 
ictimai rəy nəzəriyyəsində  də qloballaşma prosesi öz təsirini 
büruzə verir. Belə ki, Yer kürəsinin bütün əhalisini düşündürən 
problemlər ətrafında ümumdünya ictimai rəyi formalaşmaqdadır. 
Məsələn, ekoloji fəlakət, nüvə, bioloji, kimyəvi müharibələr 
təhlükəsinin qarşısının alınması kimi qlobal ümumbəşəri 
problemlər ətrafında ictimai rəy tam formalaşmışdır. 
Bu gün geniş dünya ictimaiyyətinin şüurunda formalaşan 
demokratik xarakterli hərəkatın amalı Yer kürəsinin təhlükəsiz  
gələcəyinin təmin edilməsidir. Dinindən, dərisinin rəngindən, 
mənsub olduğu sosial  təbəqədən asılı olmayaraq bütün dünya 
vətəndaşları qlobal problemlərin həllində maraqlıdırlar. ABŞ-ın 
Gellap institunun sorğusuna əsasən rəyi soruşulan insanların hər 
on nəfərindən səkkizi bu ideyanın qızğın tərəfdarıdır. 
Ümumdünya ictimai rəyinin formalaşması sosial dəyi-
şikliklərin, inkişaf etmiş ölkələrlə inkişaf etməkdə olan ölkələr 
arasındakı münasibətlərin xarakterinin dəyişilməsinin zəruri 
şərtidir. Bu rəy sosial-siyasi xarakter daşıyır, çünki ümumdünya 
ictimai fikrinin predmeti olan problemlərin özü bu cür xarkter 
daşıyır. 
Beləliklə, ictimai rəy fenomeni ictimai şüurun xüsusi halı 
olub açıq və ya gizli şəkildə müxtəlif sosial birliklərin gerçəkliyin 
problemlərinə, hadisələrinə və faktlarına münasibətini əks etdirir. 
 
3.  İctimai rəyin formalaşmasında kütləvi informasiya     
vasitələrinin rolu və əhəmiyyəti 
 
İctimai rəyin təşəkkülündə  və formalaşmasında cəmiyyət 
həyatının ayrılmaz elementlərindən birinə çevrilmiş olan  kütləvi 
informasiya vasitələri, yəni mətbuat, radio, televiziya, kino və s. 
çox böyük rola malikdir. Onların sosial rolu hər  şeydən  əvvəl 
bununla müəyyən olunur ki, şəxsiyyətin inkişafı  və 
formalaşmasının bütün mərhələlərində iştirak edirlər. 
Hələ XIX əsrdə  KİV-in yalnız mətbuat forması geniş 
yayıldığı bir vaxtda bu ictimai fenomenin əhəmiyyəti marksizm 
 
69


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə