Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə17/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   13   14   15   16   17   18   19   20   ...   73

 Abid  Tahirli



 

52



 ~ 

 

məqsədlər  hər  tərəfdə  daha  çox  əks-səda  verməkdədir»  («Türk 



xalqı» əsərindən, Leypsiq, 1885). 

«Rus hakimiyyətinə tabe müsəlmanlarda, yəni tatarlarda son 

zamanlarda  tərəqqi  ruhu  özünü  göstərir.  Baxçasarayda  intişar  edən 

«Tərcüman»  qəzetinin  sahibi  və  redaktoru  İsmayıl  bəy 

Qasprinskinin  bu  xüsusda  çox  böyük  xidməti  olmuşdur.  Onun 

təşəbbüsü sayəsində məktəblərdə islahatlar aparıldı, milli ədəbiyyat 

çoxaldı və qüvvətləndi. İndi 200-dən çox gənc rus universitetlərində 

oxuyur,  vəkil,  mühəndis  olmaq  üçün  hazırlanırlar.  Müsəlman 

qadınları  belə  universitetlərə  gedir,  qadın  doktoru  olurlar.  Bu 

tərəqqi  və  təkamül  ruhu  cənubi  Rusiyadan  başlayaraq  yuxarılara 

doğru – Volqaboyu,  çöllərə  yayılır, az da olsa, Türkistan mühitinə 

də  çatır…»  («Qərb  mədəniyyətinin  Şərqə  təsiri»  əsərindən,  Berlin, 

1906). 

 

 



Tanınmış  qaspiralışünas  Nəcip  Hablemitoğlu:  «Qaspiralı 

İsmayıl  bəyi  dövrünün  digər  reformçularından  ayıran  özəlliyi 

görüşlərini  və  problemin  həlli  ilə  bağlı  təkliflərini  sistemli  bir 

proqram  şəklində  formalaşdırmasındaydı:  o,  milli  məktəblərin 

təsisini  və  təhsildə  islahatların  aparılmasını;  milli  təhsil 

qurumlarının,  kasıb  şagirdlərin,  acların,  fəlakətə  düçar  olanların 

maddi  cəhətdən  dəstəklənməsi  və  bu  istiqamətdə  daha  səmərəli 

nəticələr  əldə  edilməsi  üçün  xeyriyyə  cəmiyyətlərinin  qurulmasını; 

bütün  türklərə  ortaq  dildə  xitab  edəcək  milli  mətbuatın  fəaliyyətə 

keçməsini;  din  təsiri  altındakı  həyat  tərzinin  modernləşdirilməsini; 

türk  qadınının  xüsusi  və  ictimai  həyatda  tam  bir  azadlığa  sahib 

olmasını  və  kişilərlə  bərabər  hüquqlara  yiyələnməsini;  cinsi  fərq 




 Bütün türklərin tərcümanı



 

53



 ~ 

 

qoyulmadan  milli  ruhlu  bir  aydınlar  zümrəsinin  yetişdirilməsini 



tələb edirdi. 

…Qaspiralı 

İsmayıl 

bəy 


cahilindən 

mürtəcesinə, 

sosialistindən  Rus  hökumətinə  uzanan  zəif  bir  işbirliyinə  rəğmən 

Rusiya  türklərinə  türklük  şüuru  verməkdə  nə  qədər  uğur  qazandı? 

Bu suala qəti bir cavab vermək mümkün deyilsə də, bildiyimiz odur 

ki,  o,  son  nəfəsinədək  türklüyün  təbliğindən  bir  an  belə  geri 

çəkilməmişdir».  («Qaspiralı  İsmayıl  bəy.  Dildə  birlik  və  türklüл 

şüuru» məqaləsindən). 

 

 

Azərbaycan  Respublikasının  sabiq  Prezidenti  Əbülfəz 



Elçibəy:  «Dahi  İsmayıl  bəy  Qaspiralının  (1851-1914)  zamanın 

sınağından çıxmış «Dildə, fikirdə və işdə birlik» çağırışının dərin və 

ölməz  mənasını  bu  gün  biz  türklər  daha  yaxından  anlamağa 

başlamışıq… İsmayıl bəy sanki millətinə səslənmişdir: ey türk, ayıl, 

tərpən,  özünə  gəl  və  bil  ki,  dildə  birliyin  olmasa,  fikirdə  birliyin 

olmayacaq, fikirdə birliyin olmasa, işdə birliyin olmayacaq və məhv 

olacaqsan». («Türk dili və rus imperiya siyasəti» məqaləsindən). 

 

 



Krım mücahidi, tanınmış qaspiralışünas Cəfər Seydəhməd 

Kırımər: «Tərcüman»da baş məqalədən kiçik xəbərə, hətta elanlara 

qədər bütün yazılar türkü və islamı əlaqədar edən müəyyən bir yolu 

və qənaəti canlandırırdı». («Qaspiralı İsmayıl bəy» əsərindən). 

 

 

Prof.  Sadri  Maksudi  Arsal:  «Qaspiralının  təlim  minbəri 

olan  «Tərcüman»  mənasız  həyatımıza  məna  vermiş,  məqsədsiz 




 Abid  Tahirli



 

54



 ~ 

 

yaşayışımıza  əməllər  icad  etmiş,  sönmüş  məişətimizə  ümidlər 



doğurmuşdur». («Əməllər ustadı» məqaləsindən). 

 

Krımın  istiqlal  liderlərindən  Çələbi  Cahan:  «Görmək, 

eşitmək hələ anlamaq deyil: göyü, ulduzları, günəşi, qəməri hər gün 

görürük,  təzə,  parlaq  və  gur  işığını  hər  gün  hiss  edirik,  lakin  çox 

azımız  bunların  nə  olduğunu  anlaya  bilirik.  İsmayıl  bəy  də  belə 

böyük,  yüksək  bir  kainat  idi,  onu  da  hamımız  eşidirdik.  Ondan  da 

nur  ilə,  irfan  ilə,  feyz    və  fəzilət  ilə  ziyalandıq.  Hətta  bir  çoxumuz 

onunla  görüşdük,  danışdıq  belə…  Lakin,  bu  ölməz  şəxsiyyətin  nə 

olduğunu anlaya bildikmi?» («Anlaya bilsəydik» məqaləsindən). 

 

 



Həmdullah  Süphi  Tanrıövər:  «Çocuqluğunda  –  Moskvada 

balaca bir məktəbli ikən Girit üsyanını eşitmiş, türklərə yardım üçün 

evindən  qaçmış,  Volqa  üstündə  bir  sala  minərək  İstanbul  yollarına 

çıxmışdı.  Kiçik  gənc  ruhunun  türkə  yardım  üçün  bu  atılışı  bütün 

ömrü  boyu  ən  son  nəfəsinə  qədər  davam  etdi.  Türk  tarixinin 

divarında İsmayıl Qasprinskinin xilas etməyə tələsən bu gənc siması 

əbədi  qalacaqdır.  Sabah  Turanın  şairləri  milli  beytlərində  bu 

yolçuluğu  öyünərək  vəsf  edəcək,  rəssamlarımız,  məktəblilərimiz, 

ata  ocağında  göz  açan  körpələrimiz  üçün  onun  rəsmini  çəkəcək, 

gənc  analar  öz  körpələrinə  bu  yolçuluğun  hekayəsini  ilahi 

müqəddəs  səsləri  ilə  anladacaqlar».  («Mən  onu  gördüm» 

məqaləsindən).  

 

 

Ayaz İshaki İdilli: «Bəli, İsmayıl bəy böyükdür, onun işləri 

də,  xidmətləri  də  böyükdür.  Onun  əkdiyi  toxumlardan  yetişəcək 




Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə