Азярбайъан Республикасынын



Yüklə 1,63 Mb.
səhifə12/73
tarix25.06.2018
ölçüsü1,63 Mb.
#51428
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

 Abid  Tahirli



 

36



 ~ 

 

kimi  müraciət  də  daim  gündəlikdə  olmalıdır.  Dövrümüzdə  diri, 



canlı,  aktual  olan  İ.Qaspiralı  ideyaları,  xüsusi  ilə  «Dildə,  fikirdə, 

işdə  birlik»  düsturu  həyata  keçdikdən  sonra  da  ölməyəcək,  əksinə 

bir  daha  parçalanmamaq,  pərən-pərən,  dağınıq  düşməmək  üçün 

əbədi yaşamaq gücü, qüvvəsi kəsb edəcəkdir! 

Müəllif haqqında bəhs etdiyimiz kitabını «İlk söz» və «Son 

söz»  də  daxil  olmaqla  12  hissəyə  bölmüşdür:  Tərcümeyi  halı, 

Xüsusi  həyatı,  Əsas  fikirləri,  Dil  birliyi,  Məfkuəçiliyi,  Səciyyə 

(xarakter – T.A.) gücü, Taktik qabiliyyəti, Qədirbilənliyi, İşləri, Dil 

birliyi  və  nəticələri,  Türkiyədə  dildə  sadəlik  cərəyanı,  Bolşeviklər 

dövründə  dil  məsələsi,  ilk  məktəb  və  mədrəsələri,  İslah  məsələsi, 

Hindistan  səyahəti  və  islamçılığı,  Misirdə  islam  konqresi, 

Türkçülüyün  İsmayıl  bəyi,  Xəstəlikləri,  vəsiyyətləri  və  ölümü, 

İsmayıl  bəyin  yazılarından  bəzi  parçalar,  İsmayıl  bəy  haqqında 

yazılanlardan  bəziləri,  Vəfatından  sonra  haqqında  yazılanlar, 

«Tərcüman»ın  50  illiyi.  Göründüyü  kimi,  C.Seydəhməd 

mühacirətdə – məhdud mənbələrlə olsa da, böyük ideoloqun həyat, 

fəaliyyətinin  bütün  aspektlərdən  işıqlandırılmasına,  təhlilinə  və 

dəyərləndirilməsinə səy göstərmişdir. 

Sevə-sevə,  dönə-dönə  «türklüyün  böyük  və  bəxtiyar  atası» 

adlandırdığı  İ.Qaspiralının fəaliyyətinin hələ ilk dövrlərindən dərin 

zəkası,  fədakarlığı  ilə  Avropa  və  Rusiyada  diqqət  çəkdiyini 

vurğulayan  C.Seydəhməd  Şərqşünas  Vamberinin  1885-ci  ildə 

Leypsiqdə 

«Türk  xalqı»,  1906-cı  ildə  Berlində  «Qərb 

mədəniyyətinin Şərqə təsiri» adı ilə nəşr etdiyi əsərlərdən, eləcə də 

«Revue  du  monde  musulman»  qəzetində  dərc  olunmuş  məqalə-

lərdən  sitatlar  gətirərək  fikrini  əsaslandırır.  Maraqlı  və  diqqət-

çəkəndir  ki,  Cəfər  Seydəhməd  böyük  xalq  xadimi  İ.Qaspiralının 

xidmətlərindən  bəhs  edərkən  daha  çox  onun  haqqında  yazılan 



 Bütün türklərin tərcümanı



 

37



 ~ 

 

fikirlərə  istinad  edir,  bəzən  isə  sitatlarla  kifayətlənmir,  materialı 



olduğu kimi təqdim etməyə üstünlük verir. Mahmud Fuad Tokların 

«El»  qəzetində  dərc  olunmuş  və  «Tərcüman»da  verilmiş  məqaləsi 

bu  qəbildəndir.  Müəllif  İ.Qaspiralının  xidmətlərinin  böyüklüyünü 

diqqətə  çatdırmaq  üçün  maraqlı  forma  seçmişdir.  O,  cəmiyyətin 

müxtəlif təbəqələrinə mənsub şəxslərə müraciət edir və onları sanki 

İ.Qaspiralı ideyaları, irsi və ruhu qarşısında hesabat verməyə dəvət 

edir: Ey tatar mühərriri, ədibi, şairi, qələmini saxla! Bir gün olsa da, 

yazma,  düşün,  həm  də  fikirlərinin  dərininə  dal!  Sənin  ustadın, 

yolbaşçın  kimdir?  O  ustadın  fikir  və  məsləyini  davam  etdirmək 

sənin  borcun  deyilmi?!  Nə  etməlisən,  yanılmamısan,  yolunu 

azmamısan?  Ey  xalq  xadimi!  Sən  fikirləş,  düşün!  İndi  Qaspiralı  – 

hamının  qəbul  etdiyi  ustad  aranızda  yoxdur.  Lakin  qoca  babanın 

sözlərini, işlərini, onun məsləhətlərini sıx-sıx xatırlayın, onun ruhu, 

onun  xatirəsi  sizləri  birləşdirsin,  doğru  yola  götürsün!  Ey  tatar 

müəllimi!  Unutma,  Qaspiralı  öldüsə  də,  məktəbi  qaldı. 

Oxuduğunun,  oxutduğunun,  bildiyinin,  bildirdiyinin  hamısı  o 

möhtərəm  pirin  səmərəsidir.  Unutma,  şagirdlərin  də  onu 

unutmasınlar! Ey tatar balası, əllərini qaldır və dua et! Bax, babanın 

ruhu  səninlədir,  təhsil  aldığın  üçün  sevinclə,  iftixarla  sənə  baxır. 

Səndən  sonra  oxuyan  digər  tatar  balalarını  da  onun  ruhu  şadlıqla 

salamlayır.  Siz  belə  davam  edin,  oxuyun.  Siz  görməsəniz  də, 

babanız sizi görür, dinləyir. Siz kitabın hər səhifəsini vərəqlədikcə, 

o fərəhlənir, gülür… 

Ey mərhum baba, məsum ruh! Uç, seyr et, bütün Tatarıstanı 

dolaş!  Xeyriyyə  cəmiyyətlərinə,  kitabxanalara,  qəzet  redaksi-

yalarına, məktəb, məscid, mədrəsələrə, xatun-qız arasına, idarələrə, 

fabriklərə,  ticarətxanalara…  hər  yer  sənin  üçün  açıqdır.  Tatar  var 

olduqca, səni hər yerdə anacaqlar, sənə dua edəcəklər…». 




 Abid  Tahirli



 

38



 ~ 

 

Müəllifin orijinal tərzdə təqdim etdiyi məqalə İ.Qaspiralı irsi 



və ideyalarının  əbədiyaşarlığına parlaq nümunədir. C.Seydəhmədin 

mühacirətdə qələmə aldığı «Qaspiralı İsmayıl bəy» əsəri İ.Qaspiralı 

ideyalarının yeni üfüqlərini, o vaxta kimi hələ heç kimin görmədiyi, 

üzə  çıxarmadığı  yeni  qatlarını  aşkarladı.  İ.Qaspiralı  Rusiya 

müsəlmanlarının  təhsilini,  tərəqqisini,  birliyini  mövcud  rejim  və 

sərhədlər  daxilində  həyata  keçirməyə  məcbur  idi  və  o  bu  ideyaları 

tədriclə, addım-addım reallaşdırırdı. Lakin bu ideyalar nəticə etibarı 

ilə  milli  şüurun  oyanmasına,  milli  özünüdərkin  təsdiqinə,  nəhayət, 

istiqlal  ideallarına  aparırdı.  Başqa  yol  yox  idi!  Krımın  azadlığı 

uğrunda  mücadilə  aparan  C.Seydəhməd  üçün  də  İ.Qaspiralı 

ideyaları məhz buna görə daha doğma və müqəddəs idi! 

 

Ġ.Qaspiralı məsləkdaĢ və tədqiqatçılarının gözü ilə 

 

Bu mövzu geniş, maraqlı, həm də aktualdır. Fəaliyyətinin ilk 

dövrlərindən təkcə missionerlərin, məmurların, mollaların yox, həm 

də  türkoloqların,  şərqşünasların,  müxtəlif  təmayüllü  qəzet, 

jurnalların  diqqət  mərkəzinə  düşən  İ.Qaspiralının  irsi  və  ideyaları 

yeniliyi, təsir gücü, qeyri-adiliyi, əhatə dairəsi ilə cazibədar idi. 

İ.Qaspiralı  irsinin  tədqiqi,  probleminə  sistemli  və  bir  neçə 

aspektdən  yanaşılması  vacibdir.  Bədii  əsərlərinin,  publisistikasının 

öyrənilməsi,  «Tərcüman»ın,  digər  dövri  nəşrlərin  araşdırılması, 

yaxud  ortaq  dil,  məktəb  islahatı  xeyriyyə  cəmiyyətləri  ilə  bağlı 

məsələlərin  tədqiqi  sahəsində  xüsusi  ilə  İ.Qaspiralının  150  illik 

yubileyi ərəfəsində mühüm işlər görülmüşdür. İ.Qaspiralı haqqında 

yazılan tədqiqat xarakterli məqalələrdən yuxarıda yeri gəldikcə qısa 

da  olsa,  bəhs  etmişdik.  İ.Qaspiralı  irsinə,  şəxsiyyətinə  ehtiramla 

yanaşan hər kəsə böyük sevgimizi izhar etməklə müxtəlif dövrlərdə 



Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə