-
20
-
cavanlığını, qocalığını başa çatdırması) ölçülür və hadisələr illər ərzində davam
edir. Eposlarda bu vaxt bölgüsü bəzən, 25-30 il davam edir.
Epik ənənədə zaman «ötürülməsi» bir neçə səbəbdən baş verir: 1. Qəhrəman
möcüzəli şəkildə doğulur. Onun yetkinlik yaşa çatanadək olan dövrü ötürülür. O,
ayla, illə deyil, günlə, saatla böyüyür. 2. Ata, oğul, yaxud qardaş əsir düşür. Onu
xilas edən şəxs böyüyüb hadisəni bilənədək olan zaman ötürülür. 3. Ailənin bir
qanadının nümayəndəsi (qız, gəlin) qaçırılır. Onun yerləşdiyi məkan tapılanadək
olan vaxt buraxılır. 4. Qəhrəman tilsimə salınır. Başqası tərəfindən tilsim
qırılanadək olan çağ ötürülür və s.
Ötürülmələrin mətndəki «yeri» çox hallarda bir, iki cümlə ilə yekunlaşdırılır,
bəzən də etnoqrafik və məişət zəminində elə hadisələrlə «doldurulur» ki, böyük
zaman keçidində «itirilənlər» hiss olunmasın. Bir epos daxilində bəzən bir neçə
«ötürülmüş hadisə» verilir.
Davamlı, yaxud təkrarlanan zaman «Basat Dəpəgözi öldürdigi boy»da daha
maraqlı və çoxmərhələlidir.
Deyilənləri yekunlaşdırıb belə bir nəticə çıxarmaq olar ki, epik ənənədə
zaman toposları əsasən aşağıdakı formalarda təsvir edilir:
Bir günlük epik zaman toposu. Hadisə gün çıxanda başlayır, batanda
tamamlanır. Bəzən də şər qarışandan dan yeri sökülənədək baş verən hadisə epik
zaman toposunun içərisində əridilir.
Üç gün-üç gecəlik epik zaman toposu. Arxaik eposlarda və nağıllarda
qəhrəman şərin təmsilçiləri ilə, məsələn, devlərlə üç gün, üç gecə vuruşur.
Qırx gün-qırx gecəlik epik zaman toposu. Epik ənənədə ən çox hadisələrin son
akordu əksər hallarda qırx gün, qırx gecə toy etməklə tamamlanır.
Bir illik epik zaman toposu. Çox vaxt «doqquz ay,
doqquz gün, doqquz saat»
şəklində ifadə olunur, insanın dünyaya gəlməsi – doğulması zamanı sayılır.
Yeddi illik epik zaman toposu. Qəhrəmanın uzaq səfərlərə çıxması və sehirli
varlıqları təkbaşına axtarması zamanı sayılır.
On altı illik epik zaman toposu. Əsiralınma və sehrə düşmə zamanı kimi
xarakterizə olunur.
Qırx illik epik zaman toposu. Bu bölgü daha böyük miqyasda göstərilə bilər.
Mifik mədəni qəhrəmanın kənar dünyalara yollanması zamanıdır. Mifoloq
S.Pzasoy yazır: “40” universumu “oğuz” kosmosunun məkan və zaman baxımın-
dan özünü yenidən təşkiletməsinin tamlıq universumu olaraq çıxış edir: şaquli
strukturuna görə 40 vahiddən ibarət olan “oğuz” kosmik vahidi 40 gün ərzində
yenidən təşkil olunub başa çatır.”
1
Uzaq məsafənin bir göz qırpımında (bir illik yolun bir saata) qət olunması və
s.
Eposlarda yolun qısaldılmasını şərtləndirən vasitələrdən də istifadə olunur.
Birinci halda fövqəltəbii qüvvələrin yardımı ilə uzaq məsafə gözün açılıb
yumulması anında yerinə yetirilir. İkinci halda mənzil başına sürətli miniyin –
1
Rzasoy S. Oğuz mifi və oğuznamə eposu. – B., «Nurlan» nəşriyyatı, 2007, s. 67.
-
21
-
xüsusi atın, arabanın, Zümrüd quşunun, uçan xalçanın köməyi ilə vaxtından tez
çatdırılır.
«Mifoloji dünya modelinin kəmiyyət strukturu» adlanan bölmədə göstərilir
ki, kəmiyyət (say) insanın dünyaanlamında faydalandığı vacib abstrakt
anlayışlardan biridir. Rəqəmlərin sakrallaşdırılması yaranışların mifoloji
dərkolunmasında xüsusi əhəmiyyət kəsb etmiş, əmək alətlərinin, istehsal
vasitələrinin, məişət əşyalarının, ailə və icma münasibətlərinin, sənət və peşələrin,
xalq bədii təfəkkürünün, poeziyanın, epik ənənənin meydana gəlməsində böyük rol
oynamışdır. Say – mifoloji sistemlərdə ən geniş yayılmış işarələr toplusudur və
keyfiyyət-kəmiyyət, zaman-məkan-miqdar daşıyıcısı kimi çıxış edir.
Sakral rəqəmlərin geniş yayılmış yozumlarını Azərbaycan xalqının mifoloji
görüşləri əsasında ümumiləşdirəndə maraqlı mənzərə ilə rastlaşırıq.
Bir. Təkallahlı din sistemlərinə aid mifik dünya modellərində bir qayda olaraq
vahid təkcə əsas, birinci element deyil, ümumiyyətlə, tamlıq, kamillik anlamında
götürülür. Kainatın özünü də bütöv halda qəbul edib birlə işarələyirdilər.
İki ilə xeyirlə şər, işıqla qaranlıq, yaxşı ilə pis qoşalaşır və dünyanın əkslikləri
doğulur.
Üç - ilk say sistemini formalaşdırmaqla yanaşı, təkcə mütləq bütövlük
(dünyanın maddi tərəfi üçlə hazır olur), üstünlük (Yaradıcı üçlüyü), ağıl-yetkinlik
(insanda ağıl, güc və görünüş) deyildi, həm də mifopoetik strukturların ilkin tam
variantının başa çatması (hadisə, epizod, fikir və ifadələrin üçlüyü) və sosial
konstruksiya (hakimiyyət üç qardaşdan birinə çatır) idi.
Dörd. Mifologiyada durğun bütövlüyü rəmzləşdirən üçdən fərqli olaraq, dörd
hərəkətli tamlığın obrazıdır. Bu, dünyanın yaranmasında iştirak edən dörd ünsürlə
əlaqədardır. Başlanğıcda gələn üç ünsürlə – su, od, torpaqla hər şey yaransa da,
cansız, hərəkətsiz idi. Yalnız dördüncü ünsürün – havanın (ruhun) qatılması ilə
dünyada həyatın əsası qoyulur, canlılıq yaranır, zaman irəli gedir, «fələyin çərxi»
hərəkətə gəlir.
Beş. Mifik anlamda «beş» var-dövlət, sərvət, bolluq mənasında işlənir. Yəni
dünyada artıq mövcud olanların üstünə (dörd ünsürlə yarananların) bir pay da
artırılması kimi başa düşülür.
Altı - Oğuz türklərinin təsəvvüründə iki üçlüyün vəhdətini bildirir. Birinci
üçlüklə kosmos (Gün, Ay və Ulduz), ikinci üçlüklə isə Yer və onun orbiti (Dağ,
Dəniz və Göy) yaranmışdır.
Yeddi. Maraqlıdır ki, iki əsas rəqəmin – üç və dördün toplanmasından yeddi
alınır və onunla bütün kainatın yeddiqatlı modeli qurulur: ona görə də mifoloji
strukturlarda bu rəqəm səyyarələrin, planetlərin payına düşür. «Yeddi» rəqəminin
sakrallaşmasına qədim türk-runik abidələrində, klassik Azərbaycan şairlərinin
yaradıcılığında, nağıl və eposlarda təsadüf edilir. Göy türk imperiyası dövründə
türklər arasında «yeddi» rəqəmi göylə yerin vəhdətini bildirirdi.
Doqquz. Əski inanclara görə, Günəş həmişə doqquz dağın arxasından çıxır,
doqquz göyün üstündə gəzirdi. Bəzi nağıllarda «doqquz dağ aşdı», «doqquz zirvəli