Diaqnostika, onun mahiyyəti və əsas məqsədi.
Avtomobillərin texniki qulluq rejimlərinin təyin olunma üsulları hərəkət tərkiblərinin
fərdi xüsusiyyətlərini nəzərə almayan statistik məlumatlara əsaslanır.Avtomobilin fərdi
xüsusiyyətləri isə istismar vaxtı xidmət müddətindən asılı olaraq dəyişir. Mövcud olan
TQ və təmir sistemi avtomobilin optimal texniki vəziyyətini həmişə təyin edə
bilmədiyindən texniki hazırlıq əmsalı aşağı düşür.Başqa sözlə desək, avtomobilin
işləmə qabiliyyəti, yəni istismar prosesində onun etibarlılığı tələb olunan səviyyədə
saxlanıla bilmir.
Digər tərəfdən, avtomobilin istismar keyfiyyətlərini yüksəltmək üçün böyük xərclər
tələb edilir.Bu isə avtomobilin texniki vəziyyəti üzərində nəzarətin olmaması ilə sıx
əlaqədardır.Aparılan tədqiqatlar göstərir ki, nəzarət işləri vaxtında yerinə yetirlmədiyi
üçün yük avtomobillərinin 30%-də mühərrik normal gücü yarada bilmir, sifarişlə təmirə
gələn avtomobillərin tələb etdiyi xərclər ümumi TQ xərclərinin 50%-ni təşkil edir,
istismar edilən avtomobillərin 30%-i aşkar edilməmiş nasazlıqlarla işləyir və s.
Beləliklə, yuxarıda göstərilən iki cəhət nəqliyyat prosesində avtomobillərdə baş
vermiş imtinaların və nasazlıqların vaxtında müəyyən olunmalıdır. Həmçinin istismar
zamanı avtomobilin texniki vəziyyəti minimum vaxt və əmək,material xərcləri tələb
6
edən optimal üsullarla təyin edilməlidir. Bu baxımından avtomobilin texniki
vəziyyətinin diaqnostikası xüsusi əhəmiyyət kəsb edir.
Avtomobilin texniki vəziyyətinin onu sökmədən müxtəlif üsullar vasitəsilə təyin edən
və qalıq resursunun proqnoz edilməsini öyrənən elmə
Dostları ilə paylaş: |