Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə2/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

 

 

 


 



 



 

Bölmə 1.Diaqnostika , predmeti və sistemi. 

Diaqnostikanın əsas anlayışları. 

Diaqnostikaya  aid  verilən  materialların  şərhindən  aydın  görünür  ki,  diaqnostika 

sözü mürəkkəb bir termin olmaqla bərabər bir sıra texniki anlayışlarla (texniki vəziyyət, 

işləmə  qabiliyyəti,  resurs,  imtina  və  s.)  sıx  əlaqədardır.Diaqnostika  məsələlərinin 

şərhinə keçməzdən əvvəl həmin anlayışlarla tanış olaq.  

Məlumdur  ki,  hər  hansı  bir  mexanizmi  bir  biri  ilə  qarşılıqlı  hərəkətdə  olan 

elementlərdən  ibarətdir.  Elementlərin  arasında  əlaqə  müəyyən  həndəsi  kəmiyyətlər  ilə 

qiymətləndirilir. Həndəsi kəmiyyətləri (araboşluqlar, yerdəyişmələr və s.) ümumi halda 

texniki qurğunun xüsusi halda isə hər hansı bir elementin normal işləmək qabiliyyətini 

xarakterizə  edir.  Bu  həndəsi  kəmiyyətlərə  də  texniki  vəziyyətin  parametrləri  və  yaxud 

sadəcə  qurğunun  struktur    parametrləri  deyilir.Struktur  parametrləri,  müvafiq  fiziki 

kəmiyyətlər ilə ölçürlər.  

Mürəkkəb  konstruksiya  kimi  avtomobildə  bir-  birinə  nəzərən  müəyyən  texniki  şərtlər 

əsasında yerləşdirilmiş və qarşılıqlı əlaqədə olan elementlərdən ibarətdir ki, bu əlaqələr 

struktur  parametrləri  ilə  qiymətləndirilir.  Istismar  zamanı  avtomobilin  aqreqat  və 

mexanizmlərinin  struktur  parametrləri  özlərinin  nominal  qiymətlərindən  buraxıla  bilən 

sərhəd qiymətlərinə qədər dəyişirlər.Struktur parametrlərinin cari və nominal qiymətləri 

arasında  fərq  nəzərdən  keçirilən  elementin  işlənmə  keyfiyyətinin  nominala  görə 

dəyişməsini göstərir, yəni onun nasazlıq dərəcəsini əks etdirir. Strukturu parametrin cari 

qiyməti ilə buraxılan sərhəd qiyməti arasındakı fərqi nəzərdən keçirilən elementin qalıq 

resursunu(ehtiyat xidmət müddətini) müəyyənləşdirir.  Avtomobilin və yaxud onun hər 

hansı bir elementin istismara başladığı andan son həddinə qədər işləmə müddətinə onun 



resursu

 deyilir. 

Göstərilən  hər  2  halda  elementin  texniki  vəziyyəti  təyin  edilir.  Sadə  mexanizmlərin 

texniki  vəziyyəti  bir,  mürəkkəb  konstruksiyaların  texniki  vəziyyəti  isə  kompleks 

parametrlərlə qiymətləndirilir.  

-Avtomobilin  texniki  imkanlarını  qiymətləndirən  parametrlərin  texniki  istismarın 

normalarına  müvafiq  gəlmə  dərəcəsi,  onun  texniki  vəziyyətini  təyin  edir.  Avtomobil 

texniki cəhətdən sazdırsa bu o deməkdir ki, onun bütün parametrləri texniki sənədlərdə 

verilmiş normativ qiymətlərinə uyğundur.  

Digər  maşın  mexanizmləri  kimi  avtomobilində  texniki  vəziyyəti,  istismar  prosesində 

sabit qalmır, yürüş artdıqca müxtəlif amillərin təsirindən pisləşir.Bunun qarşısını almaq 

üçün texniki istismarda müxtəlif vasitələrdən istifadə edilir.  




 

Parametrləri  texniki  sənədlərdə  göstərilmiş  qiymətlər  hüdudunda  olmaq  sərti  ilə 



avtomobilin öz  funksiyasını yerinə  yetirə bilmə qabiliyyətinə onun 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə