Aztu-nun nəzdində Bakı Texniki Kolleci nv-nin diaqnostikası fənnindən mühazirələr


Avtomobilin texniki vəziyətinin   təyin olunma üsulları



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə5/38
tarix07.02.2022
ölçüsü0,81 Mb.
#83534
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   38
3 neqliyyat vasitelerinin dioqnostikasi

Avtomobilin texniki vəziyətinin   təyin olunma üsulları 

   İstismar  dövründə  avtomobil  yük  və  sərnişin  daşımalarını  yerinə  yetirərkən  onun 

konstruksiyasına müxtəlif xarakterli amillər təsir etdiyi üçün hərəkət tərkibinin texniki 

vəziyyəti bir sıra səbəblərdən mənfi tərəfə dəyişir.Nəticədə avtomobilin yerinə yetirdiyi 

nəqliyyat  işi  (t.km.-lə)  və  məhsuldarlığı  (tonla)  azalır,  daşımaların  maya  dəyəri 

yüksəlir.Bu  isə  iqtisadi  cəhətdən  sərfəli  hesab  edilə  bilməz.Ona  görə  avtomobilin 

konstruksiyasında nəzərdə tutulmuş texniki imkanlardan maksimum istifadə etmək üçün 




 

onun texniki vəziyyəti vaxtaşırı təyin edilməli, qeyri-müəyyən hallar varsa, onlar aradan 



qaldırılmalıdır. 

    Ümumiyyətlə, avtomobillərin texniki vəziyyəti üç üsulla təyin edilir 

-vizual müşahidələr yolu ilə

-bilavasitə ölçmə əməliyyatlarını yerinə yetirməklə; 

-dolayı yolla, yəni xarici təzahürlərə görə. 

     Avtomobilin texniki vəziyyətinin təyin edilməsi çox mürkkəb prosesdir.Çünki onun 

konstruksiyasında baş verən imtina və nasazlıqların çoxu gizli xarakter daşıyır.Bunları 

birinci üsulla aşkara çıxarmaq həmişə mümkün deyil.İkinci üsullatəyin etmək üçün isə 

tətbiq obyekti sökülməlidir.Bu isə vaxt itgisi və böyük iş həcminin yerinə yetirilməsi ilə 

əlaqədar  olduğundan,  avtomobilin  boş  dayanma  müddəti  artır,  məhsuldarlığı  aşağı 

düşür,  son  nəticədə  isə  daşımaların  maya  dəyəri  yüksəlir.  Bu  baxımdan  avtomobilin 

texniki  vəziyyətinin  təyin  edilməsi  üçün  üçüncü  üsuldan  geniş  istifadə  edilir.Burada 

avtomobilin  texniki  vəziyyəti  müxtəlif  avadanlıqlardan  istifadə  etməklə,  özü  də 

sökülmədən təyin edilir.Bunun nəticəsində avtomobilin təmirdə boş dayanma müddəti 

azaldığı üçün ondan istifadə dərəcəsi artır. 

Avtomobilin  texniki  vəziyyətinin  üçüncü  üsulla,  yəni  xarici  əlamətlərə  görə  təyin 

edilməsi “diaqnostika” adı ilə geniş yayılmışdır. 


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə