Azßrbaycan dèLÈ


Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ümumi



Yüklə 3,38 Mb.
Pdf görüntüsü
səhifə3/52
tarix22.10.2018
ölçüsü3,38 Mb.
#75459
1   2   3   4   5   6   7   8   9   ...   52

7
Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ümumi 
təlim nəticələri
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird: 
Ø
 dinlədiyi mətnin məzmununu izah edir, ona münasibət bildirir;
Ø
 şüurlu və ifadəli oxu bacarıqları nümayiş etdirir;
Ø
 müxtəlif formalı  rabitəli mətnlər qurur və təqdim edir;
Ø
 öz fikirlərini sərbəst, ardıcıl və aydın ifadə edir;
Ø
 nitq bacarıqlarını inkişaf etdirmək üçün müxtəlif mənbələrdən istifadə 
edir, tərcümə bacarıqları nümayiş etdirir.
2. Məzmun xətləri üzrə təlim nəticələr

Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
Dinləyib-anlama 
Şagird:
Ø
 dinlədiyi söz, ifadə, cümlə və mətnin mənasını anladığını nümayiş et-
dirir;
Ø
 dinlədiyi fikirlərlə bağlı mühakimələr yürüdür.
Danışma
Şagird: 
Ø
 nitqində düzgün tələffüz qaydalarına əməl edir; 
Ø
 nitqində müxtəlif yardımçı vasitələrdən (uyğun səs tonu, jest, mimika, 
nitq etiketləri) istifadə edir;
Ø
 fikirlərini  nitqin müxtəlif formalarında (monoloji, dialoji) ardıcıl ifadə 
edir.
Oxu 
Şagird: 
Ø
 mətndəki söz və ifadələrin kontekstə uyğun mənalarını izah edir
Ø
 elmi-kütləvi və bədii mətnləri düzgün və ifadəli oxuyur; 
Ø
 elmi-kütləvi və bədii mətnləri məzmun və strukturuna görə təhlil edir.
Yazı
Şagird:
Ø
  mənbələrdən  istifadə  etməklə  müxtəlif  formalı  (inşa,  esse,  hekayə) 
rabitəli mətnlər yazır; 
Ø
 özünün və başqasının yazısını təkmilləşdirir; 
Ø
 yazısında orfoqrafiya, qrammatika və durğu işarəsi qaydalarını tətbiq 
edir;  
Ø
  əməli  yazılar  (elan,  məktub,  teleqram,  izahat,  ərizə,  tərcümeyi-hal, 
arayış, protokol, hesabat, akt) yazır. 
Çap üçün deyil


8
VIII sinfin sonunda şagird: 
Ø
 dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını müəyyənləşdirir;
Ø
 söz birləşməsi və sadə cümlələri qrammatik normalara uyğun tələffüz 
edir, nitqində məntiqi vurğudan düzgün istifadə edir;
Ø
 müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim edir, mətnin his-
sələri arasında əlaqələri gözləməklə danışır;
Ø
 mətndəki söz və ifadələrin mənasını sintaktik vəzifəsinə görə dəqiq-
ləşdirir;
Ø
 oxuduğu mətndəki əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi vurğudan 
istifadə edir;
Ø
 seçdiyi nümunələrlə yazısını zənginləşdirir; 
Ø
  həmcins  üzvlər,  əlavələr,  xitab  və  ara  sözlərlə  bağlı  durğu  işarələri 
qaydalarına əməl edir;
Ø
 müxtəlif əməli yazılar (arayış, protokol) yazır.
 
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Dinləyib-anlama 
Şagird: 
1.1. Dinlədiyi fikri anladığını nümayiş etdirir.  
1.1.1. Dinlədiyi mətndəki fikirlərin məntiqi ardıcıllığını müəyyənləşdirir.
1.1.2. Dinlədiyi mətndə fakt və hadisələri ümumiləşdirir. 
 
2. Danışma 
Şagird: 
2.1. Şifahi nitq bacarıqları nümayiş etdirir.
2.1.1.  Söz  birləşməsi  və  sadə  cümlələri  qrammatik  normalara  uyğun 
tələffüz edir.
2.1.2. Nitqində məntiqi vurğudan düzgün istifadə edir.
2.1.3. Müxtəlif mövqeli fikirləri ümumiləşdirərək təqdim edir.
2.1.4. Mətnin hissələri arasında əlaqələri gözləməklə danışır.
 
3. Oxu 
Şagird: 
3.1. Mətni mənimsədiyini nümayiş etdirir. 
3.1.1.  Mətndəki  söz  və  ifadələrin  mənasını  sintaktik  vəzifəsinə  görə 
dəqiqləşdirir.
3.1.2. Əsas fikri nəzərə çarpdırmaq üçün məntiqi vurğudan istifadə edir.
3.1.3. Mətndəki fikirlərə münasibət bildirir. 
 
Çap üçün deyil


9
4. Yazı 
Şagird: 
4.1. Rabitəli yazı vərdişlərinə yiyələndiyini nümayiş etdirir.
4.1.1. Topladığı fakt və məlumatlara  münasibətini bildirir. 
4.1.2. Seçdiyi nümunələrlə yazısını zənginləşdirir.  
4.1.3. Həmcins üzvlər, əlavələr, xitab və ara sözlərlə bağlı durğu işarələri 
qaydalarına əməl edir.
4.1.4. Müxtəlif əməli yazılar (arayış, protokol) yazır, fikirlərə münasibət 
bildirir.
Təlim digər dillərdə aparılan ümumtəhsil məktəblərinin 
8-ci sinfi üçün “Azərbaycan dili” dərslik dəsti
Təlim digər dillərdə aparılan ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün  
“Azərbaycan  dili”  dərsliyi  dinləyib-anlama,  danışma,  oxu  və  yazı  məzmun 
xətlərini özündə birləşdirən 13 alt-standart əsasında ümumi təlim nəticələrinin 
reallaşdırılması üçün şagirdləri zəruri təlim materialları ilə təmin edir. 
8-ci  siniflər  üçün  hazırlanmış  “Azərbaycan  dili”  dərsliyi  60  dərsin 
reallaşmasını təmin edən  60 paraqrafdan  ibarətdir.  Hər bir dərs üçün şa-
gird lərin yaş səviyyələrinə uyğun bədii və elmi-kütləvi mətnlər, şeirlər, əlavə 
tədris  materialları  verilmiş,  həmin  mətnlər  üzrə  seçilmiş  alt-standartların 
reallaşdırılmasına istiqamətləndirilmiş  rəngarəng çalışmalar tərtib olunmuşdur. 
4 dərs  summativ qiymətləndirmə üçün (məsələn: 61-ci, 62-ci, 63-cü və 64-cü 
dərslər) ayrılmışdır. Summativ qiymətləndirmə  üçün  nəzərdə tutulmuş mate-
riallar isə  məqsədli şəkildə dərsliyə daxil edilməmiş, müəllim üçün vəsaitdə 
verilmişdir. 
2 – 3 dərs saatı üçün nəzərdə tutulmuş paraqraflar üzərində iş müəllimin 
şəxsi mülahizəsi əsasında təşkil edilə bilər. Burada diqqət yetirmək lazımdır 
ki, həmin paraqrafların əksəriyyətində bu və ya digər qrammatik materialla 
şagirdlərin tanış edilməsi də nəzərdə tutulmuşdur. Həcmcə daha böyük olan 
mətnlərin isə iki, bəzən də üç hissəyə bölünərək oxusunun təşkili məqsədəuyğun 
hesab oluna bilər. Yaxud mətnin oxusu və məzmunu üzərində işi bir dərsdə 
həyata keçirməklə, sonrakı dərsdə mətnin qavranılması, onun məzmununun 
nəql edilməsi və digər  çalışmalar üzərində işlərlə  müvafiq şifahi və yazılı nitq 
bacarıqların  formalaşdırılması üzrə işlər aparıla bilər. 
Dərslik şagirdlərin yaş və bilik səviyyələri nəzərə alınmaqla ciddi elmi 
prinsiplər əsasında tərtib olunmuşdur. Belə ki, dərsliyin metodik sistemində 
təsadüfi,  bacarıq  və  vərdişlərin  reallaşdırılmasına  sistemli  şəkildə  xidmət 
etməyən iş forması və ya  didaktik material verilməmişdir. Didaktik materialların 
Çap üçün deyil


Yüklə 3,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə