Azərbaycanın ictimai həyatında gənclərin iştirakı


Partiyasının  Gənclər  Birliyi  Rusiyanın



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   14   15   16   17   18   19   20   21   22

“Yeni  Azərbaycan”  Partiyasının  Gənclər  Birliyi  Rusiyanın 

hakim  "Yedinaya  Rossiya"  Partiyası,  Türkiyənin  “Ədalət  və 

İnkişaf” Partiyasının gənclər birliyi ilə, eləcə də Şimali Kipr Türk 

Respublikasının bütün siyasi partiyalarının gənclər təşkilatları, 

Qazaxıstanın  “Nur  Otan”  Partiyasının  gənclər  təşkilatı  ilə  sıx 

əməkdaşlıq edir. 

Ümumilikdə,  partiyanın  gənclər  birliyi  15-ə  yaxın  ölkənin  - 

Almaniyanın,  Kanadanın,  İtaliyanın,  Makedoniyanın, 

Ukraynanın,  Bolqarıstanın,  Hollandiyanın,  Macarıstanın  və  s. 

ölkələrin  hakim  partiyalarının  gənclər  birlikləri  ilə  sıx 

münasibətləri mövcuddur.

Bu  partiyada  gənclərlə  iş  gənclər  şöbəsi  çərçivəsində  deyil, 

partiya  sədrinin    gənclərlə  iş  üzrə  müavini  və  onun  aparatı 

vasitəsi ilə həyata keçirilir. Partiyada gənclərlə iş illik proqramlar 

əsasında  təşkil  olunur.  Bu  proqramlara  gənclərin  partiya 

üzvlüyünə qəbul olunması, gənclərin partiya işinə və partiyanın 

tədbirlərində iştiraka cəlb olunması və s. daxildir. 

Seçkilər  dövründə  seçki  marafonunun  əsas  iştirakçıları  – 

gənclər üçün seçkilərlə bağlı müxtəlif siyasi mövzularda təlimlər 

keçirilir.



Azərbaycan Demokrat Partiyası

71

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Vətəndaş Həmrəyliyi Partiyası

“Ümid” Partiyası

Partiyada  gənclərlə  iş  partiya  nəzdində  yaradılmış  gənclər 

təşkilatının  köməyi  ilə  həyata  keçirilir.  Təşkilata  müxtəlif 

istiqamətlərdə, o cümlədən təşkilati işlər, ictimaiyyətlə əlaqələr 

və s. üzrə məsul müavinləri olan sədr rəhbərlik edir. 

Gənclərlə  işin  təşkili  aylıq  və  həftəlik  fəaliyyət  planları 

əsasında  həyata  keçirilir.  Partiya  gənclərlə  bağlı  müxtəlif 

maarifləndirici  proqramlar  həyata  keçirir.  Buna,  vətəndaş 

hüququnun  müxtəlif  məsələlərinə  həsr  olunan  və  gənc  nəslin 

istənilən nümayəndəsinin iştirak edə biləcəyi “Mənim vətəndaş 

hüququm” adlı silsilə ictimai dinləmələri misal göstərmək olar.

  Gənclərlə  işə  gənclərlə  iş  üzrə  partiya  sədrinin  müavini 

rəhbərlik  edir.  Bu  iş  əsasən  partiya  nəzdində  yaradılan  və 

fəaliyyət göstərən gənclər təşkilatı və yerlərdə  fəaliyyət göstərən 

nümayəndəliklərin gənclərlə iş üzrə sədr müavinləri tərəfindən 

istiqamətləndirilir.

“Ümid”  partiyasının  gənclər  təşkilatına  partiyanın  rəyasət 

heyətinin  üzvü,  gənclərlə  iş  üzrə  partiya  sədrinin  müavini 

rəhbərlik edir.  Bir qayda olaraq gənclər təşkilatı ölkənin iri şəhər 

və  rayonlarında,  o  cümlədən  ali  məktəblərdə  təhsil  alan 

gənclərlə işi həyata keçirir. Regionlarda yaşayan gənclərlə işə isə 

yerlərdə fəaliyyət göstərən nümayəndəliklərin gənclərlə iş üzrə 

sədr müavinləri rəhbərlik edir. 

72

Gənclər və siyasət




Partiya  tərəfindən  müxtəlif  dəyirmi  masalar  və  seminarlar 

təşkil   olunur ki, bu tədbirlərin də vəzifələrindən biri gənclərin 

qarşıdan  gələn  seçkilərdə  iştirakı  məsələləri  üzrə 

maarifləndirilməsidir.

Partiyanın gənclər təşkilatı var. Ona 7 müavinin tabe olduğu 

sədr  rəhbərlik  edir.  Partiyanın  strateji  siyasətinə  uyğun  olaraq 

gənclər  təşkilatının  məqsədi  gənclərlə  bağlı  tədbirlərin 

hazırlanması  və  keçirilməsindən  ibarətdir.  Gənclər  təşkilatının 

işi   iki istiqamətdə qurulub: 1) Partiyanın xəttinə uyğun olaraq 

mədəniyyət, təhsil və s. məsələlərin daxil olduğu illik fəaliyyət; 

2) Cari məsələlərin həlli. 

Partiyanın gənclər təşkilatı gənclərə dair müxtəlif mövzularda 

müntəzəm maarifləndirmə tədbirləri keçirir.

Azərbaycan Demokratik İslahatlar Partiyası

73

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Dünyanın inkişaf etmiş ölkələrinin, yüksək səviyyəli 

universitetlərin, institutların imkanlarından Azərbaycanın 

gələcəyi, dəyərli kadrlar hazırlanması üçün bundan sonra da 

səmərəli istifadə etməliyik ... şübhəsiz ki, bu sahədə dövlət 

proqramı olmalıdır.

Heydər Əliyev

Müasir  dünyada  ölkələrin  inkişaf  səviyyəsi  iqtisadi 

meyarlarla yanaşı, həm də onun təhsil sistemindəki vəziyyəti və 

mövcud kadr potensialı ilə də ölçülür. Bu da təsadüfi deyil. 

Hər bir ölkədə gedən mənfi və müsbət proseslər insan amili ilə 

sıx  əlaqədardır.  Davamlı  və  hərtərəfli  inkişafın  etibarlı  yolu  - 

dünya  standartlarına  uyğunluq  elm  və  təhsilə  daha  çox 

diqqətdən    keçir.  Məhz  buna  görə  qərbin  və  bütün  dünyanın 

inkişaf  etmiş  ölkələri  özlərinin  inkişaf  səviyyələrini  qoruyub 

saxlamaq və yeni məqsədlərə irəliləmək üçün bu sahəyə xüsusi 

diqqət yetirirlər.

Azərbaycan gəncləri xaricdə təhsil almaqla yanaşı, həmçinin 

Azərbaycanın mədəniyyətini, adət və ənənələrini təbliğ edərək 

Azərbaycan xalqını təmsil edirlər.  Buna görə də xarici ölkələrin 

aparıcı ali məktəblərində təhsil almaq üçün tələbələrin seçilməsi, 

ixtisaslarının müəyyənləşdirilməsi və onlara təhsil almaq üçün 

lazımi  şəraitin  yaradılması  mühüm  əhəmiyyətə  malik  olan 

məsələlərdir.

Azərbaycan  nümayəndələri  tarixin  müxtəlif  dövrlərində 

Xaricdə təhsil

74



xaricdə təhsil almışlar. Hərçənd planlı və məqsədyönlü şəkildə 

dövlət  səviyyəsində  təhsil  XX  əsrdə  başlanmışdır. Azərbaycan 

Xalq  Cümhuriyyəti  Parlamentinin  1919-cu  il  qərarı  ilə  100 

nəfərdən  çox  azərbaycan  gənci  təhsil  almaq  üçün  xaricə 

göndərilmişdir. 

Respublikanın  hüdudlarından  kənarda  təhsil  təcrübəsi 

sonrakı  illərdə  də  mövcud  olmuşdur.  Yalnız  Ümummilli  lider     

H. Əliyevin Azərbaycanda 1969-cu ildə hakimiyyətə gəlməsi ilə 

bu sahədə miqyas və məzmun baxımından sözün əsl mənasında 

dirçəliş başladı. Əgər 1970-ci ildə respublikanın hüdudlarından 

kənara  təhsil  almaq  üçün  göndərilən  gənclərin  sayı  70 

olmuşdusa, 1970-ci ilin sonunda onların sayı 900-ə, 1980-ci illərin 

əvvəllərində  isə  -  1000-1400  nəfərə    bərabər  olmuşdur.  Həmin 

dövrdə, ümumilikdə, 15 mindən çox gənc Sovetlər Birliyinin ali 

məktəblərində  müxtəlif  ixtisaslar  üzrə  təhsil  aldıqdan  sonra 

vətənə  qayıdaraq,  Azərbaycanın  iqtisadi,  mədəni  və  elmi 

potensialının gücləndirilməsinə kömək etmişlər.

Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra da bu 

məsələ  yenidən  diqqət  mərkəzində  olmuşdur.  Elm  və  təhsil 

sahələrində  tədqiqatçı,  müəllim  və  tələbələrin  mübadiləsi 

genişləndi. Bu proseslərin bir qismi dövlət sazişləri çərçivəsində 

tənzimlənir.  Xarici  ölkələrdə  kadr  hazırlığı  xarici  dilləri, 

informasiya-kommunikasiya  texnologiyalarını  bilən  və 

beynəlxalq təcrübə ilə tanış olan yüksək səviyyəli mütəxəssislərə 

olan ehtiyaca uyğundur. 

Bu  gün  dövlət  başçısı  İ.  Əliyev  tərəfindən  də  xaricdə  təhsil 

məsələlərinə diqqət göstərilir. Belə ki, ölkə üçün vacib ixtisaslar 

üzrə Azərbaycan gənclərinin xaricdə təhsili və ölkənin inkişafını 

75

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə