Azərbaycanın ictimai həyatında gənclərin iştirakı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/22
tarix06.05.2018
ölçüsü0,55 Mb.
#42080
1   ...   9   10   11   12   13   14   15   16   ...   22

edilməsinə yönəldir. 

Şək. 9-da 2009, 2010 və 2011-ci illərdə beynəlxalq yarışlarda 

Təhsil  Nazirliyi  sistemində  fəaliyyət  göstərən  uşaq-gənclər 

idman  məktəblərinin  yetirmələrinin  nailiyyətləri  əks 

olunmuşdur.

Diaqramdan  görünür  ki,  2009-cu  ildə  beynəlxalq  yarışlarda 

yer tutanların sayı 154 nəfər idisə, 2010-cu ildə bu rəqəm 196-ya, 

2011-ci ildə isə 194-ə bərabər olmuşdur.

Ölkənin  təhsil,  elm,  mədəniyyət,  idarəetmə  sahəsində  kadr 

potensialı  haqqında  dolğun  məlumatın  formalaşdırılması, 

dövlət  dəstəyinin  ünvanlı  olmasının  və  səmərəsinin  təmin 

edilməsi  məqsədilə  Azərbaycan  Respublikasının  Gənclər  və 

İdman Nazirliyi tərəfindən gənclərin kadr potensialı barəsində 

məlumat bankı yaradılmışdır.

Məlumat  bankının  Əsasnaməsinin  birinci  fəslində  deyilir: 

Məlumat  bankından  dövlət  qurumlarında  daha  yüksək 

vəzifələrə  ehtiyat  kadr  siyahısının  hazırlanmasında  istifadə 

edilir.


O öz ixtisas bilikləri və işgüzar bacarıqları, inkişaf potensialı 

və  işlədikləri  sahədə  (tutduqları  vəzifədə)  əldə  etdikləri 

nəticələrə görə qanunvericiliklə müəyyən edilmiş qaydada daha 

yüksək  vəzifəyə  təyin  edilə  biləcək  peşəkar  və  perspektivli 

mütəxəssislər barəsində dolğun məlumat toplusudur. Məlumat 

bankı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 

tərəfindən xüsusi proqram təminatı vasitəsilə elektron formada 

yaradılır və idarə olunur. Məlumat Bankına daxil edilmək üçün 

namizədlər  barəsində  məlumatlar  dövlət  orqanları  tərəfindən 

təqdim edilir.

52

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Bütün dövrlərdə gənclər hər bir cəmiyyətin aparıcı hissəsini 

təşkil etmişlər. Gənclər təşkilatları və onların fəaliyyəti dövlətin 

daim  diqqət  mərkəzindədir.  Bu  diqqət  gənclər  təşkilatlarının 

layihələrinə dövlət səviyyəsində dəstək onlara elm, təhsil və peşə 

biliklərinin  verilməsi,  gənc  ailələrə  güzəştlər  və  başqa  şəkildə 

həyata keçirilir. 

Vətəndaş  cəmiyyətinin  elementlərindən  sayılan  ictimai 

birliklər  və  fondlar,  eləcə  də  onların  fəaliyyəti  Azərbaycan 

Respublikasının bir sıra normativ sənədləri ilə tənzimlənir. Belə 

ki,  gənclər  hərəkatının  ictimai  fəallığının  artması  Prezident             

H. Əliyevin 13 iyun 2000-ci il tarixli Qeyri-hökumət Təşkilatları 

(ictimai  birliklər  və  fondlar)  haqqında  Azərbaycan 

Respublikasının  Qanununu  imzalamasından  irəli  gəlir.    Bu 

qanun  QHT-lər,  ictimai  birliklər  və  fondların  fəaliyyətini 

tənzimləməklə  yanaşı,  eyni  zamanda  onların  yaradılması  və 

inkişafını  da  sürətləndirmişdir.  Bunun  nəticəsidir  ki,   

Azərbaycanda  bu  gün  minlərlə  ictimai  birliklər  qeydə  alınıb. 

Bunların arasında gənclər təşkilatları xüsusilə seçilirlər. 

Qeyd edilən qanuna uyğun olaraq və ölkədə Qeyri-Hökumət 

Təşkilatlarına  dövlət  dəstəyi  məqsədilə    Azərbaycan 

Respublikası Prezidentinin 27 iyul 2007-ci il tarixli sərəncamı ilə 

Azərbaycan  Respublikasının  qeyri-hökumət  təşkilatlarına 

dövlət  dəstəyi  Konsepsiyası  təsdiqləndi.  Konsepsiya  qeyri-

hökumət təşkilatları ilə bağlı dövlət siyasətinin istiqamətlərini, 

qeyri-hökumət  təşkilatlarına  dövlət  dəstəyinin  əsas  prinsip  və 

Gənclər və ictimai hərəkat

53



formalarını  müəyyən  edir,  qeyri-hökumət  təşkilatlarına  dövlət 

dəstəyinin institusional mexanizmlərinin yaradılmasını, dövlət 

orqanları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının 

təkmilləşdirilməsini,  siyasi-hüquqi,  vətəndaş  mədəniyyətinin 

formalaşdırılmasında qeyri-hökumət təşkilatlarının iştirakını və 

vətəndaş  cəmiyyəti  institutlarının  beynəlxalq  əməkdaşlıq 

istiqamətlərini  nəzərdə  tutur.  Konsepsiyanın  3-cü  fəslinin 

“Qeyri-hökumət  təşkilatlarına  dövlət  dəstəyinin  prioritet 

sahələri” yarım fəslində gənclərin sosial, fiziki və mənəvi inkişafı 

dövlət üçün prioritet istiqamətlər qismində qeyd olunmuşdur. 

Bunun  nəticəsidir  ki,  son  3  ildə  Azərbaycan  Respublikası 

Prezidenti  yanında  Qeyri-Hökumət  Təşkilatlarına  Dövlət 

Dəstəyi  Şurası  tərəfindən  maliyyələşdirilən  təşkilatlar  və 

layihələr  arasında  kəmiyyət  baxımından  gənclər  təşkilatları, 

həmçinin gənclərlə bağlı layihələr üstünlük təşkil edir (cədvəl 1).

54

Azərbaycan ictimai həyatında gənclərin iştirakı




Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Qeyri- 

Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının  2011-ci  ildə 

nəşr  etdiyi  Azəbaycan  QHT-ləri  haqqında  sorğu-məlumat 

kitabında  yer  almış  mindən  artıq  təşkilatın  122-si  gənclər 

sahəsində  fəaliyyət  göstərən  təşkilatlardır.  Bu  gənclər 

Azərbaycan Respublikası Prezidenti yanında

Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən

2010-2012-ci illərdə gənclər təşkilatları və gənclərlə bağlı

 layihələrin maliyyələşdirilməsi üzrə statistik məlumatlar

İllər Maliyyələşdirilən 

təşkilatların sayı

 

Maliyyə

vəsaitinin 

miqdarı

 

Qalib elan 

edilmiş 

Gənclər 

Təşkilatlarının

sayı

*

 

Qalib elan 

edilmiş 

layihələrin 

sayı

**

2010


 

199


 

1.155.090

 

manat


 

37 (18,59%)

 

29 


(14,57%)

2011


 

202


 

1.222.300

 

manat


 

31 (15,34%)

 

29 


(14,35%)

2012


 

265


 

1.656.700

 

manat


 

32 (12,07%)

 

48 


(18,11%)

Cədvəl 1

55

*Qalib  elan  edilmiş  Gənclər  Təşkilatlarının  sayı  sütununda  yalnız  Gənclər 



Təşkilatları deyil, eyni zamanda əsas fəaliyyət istiqamətlərini, həmçinin gənclər təşkil 

edən digər İctimai Birliklər də nəzərdə tutulmuşdur. 

**Qalib elan edilmiş layihələrin sayı sütununda yalnız Gənclər Təşkilatlarının deyil, 

eyni zamanda digər təşkilatların da irəli sürdüyü layihələr nəzərdə tutulur. 

Gənclər və ictimai hərəkat



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə