Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı hansıdır ?



Yüklə 153,28 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix27.08.2023
ölçüsü153,28 Kb.
#121001
  1   2   3   4
miq müsahibə dərs 12



Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı hansıdır ?
Azərbaycanın 1992-ci ildən üzv olduğu 
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə 
təşkilatdır. Azərbaycan Respublikası təşkilatın əsas sənədləri olan ATƏM-in Helsinki Yekun Aktına 
1992-ci, Paris Xartiyasına 1993-cü və Avropa Təhlükəsizliyi Xartiyasına 1999-cu ildə qoşulmuşdur. 
Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsindəki roluna görə, ATƏT çərçivəsində əməkdaşlıq 
Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur. Azərbaycan ATƏT-lə həmçinin 
demokratikləşdirmə sahəsində də əməkdaşlıq edir və bu sahəyə seçkilərin müşahidəsi, ATƏT-in 
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xəttilə həyata keçirilən layihələr və s. Daxildir
Azərbaycanın ūzv olduğu Beynəlxalq Təşkilatlar
 
Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş 
Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, İslam Konfransı 
Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan 
həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası 
tərkibində fəaliyyəti durmadan inkişaf etdirir. Azərbaycan Respublikası həm də GUAM regional 
qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan 
Respublikası öz milli maraqlarını gerçəkləşdirir.
 
Azərbaycan - BMT. Azərbaycan Respublikası öz xarici 
siyasətində 1992-ci ildən üzv olduğu BMTyə müstəsna əhəmiyyətli universal beynəlxalq təşkilat kimi 
yanaşır. Bu mənada, BMT TŞ-nın ErmənistanAzərbaycan münaqişəsinə dair qətnamələrini, BMTnin 
Qaçqınlar üzrə Ali Komissarlığının xəttilə Azərbaycan qaçqınları və məcburi köçkünlərinin ağır 
şəraitinin qismən yaxşılaşdırılmasına yönəldilmiş yardımlarını xüsusi qeyd etmək olar. Bundan əlavə
Azərbaycanın YUNESKO, YUNİSEF və BMT-nin digər ixtisaslaşdırılmış təşkilatları ilə əməkdaşlığı 
diqqətəlayiqdir.
 
Azərbaycan - İƏT. 1991-ci ildə İKT-yə (İƏT) üzv olduqdan sonra Azərbaycan bu 
təşkilatın fəal iştirakçısına çevrilmişdir. İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar qismində 
tanıyan və pisləyən ilk beynəlxalq təşkilat olmuşdur. İƏT-in bu həyati əhəmiyyətli məsələyə dair aydın 
və ədalətli mövqeyi həmin təşkilatla münasibətlərin yüksələn xətlə inkişafına əlverişli zəmin 
yaratmışdır.Azərbaycan-ATƏT. Azərbaycan Respublikasının 1992-ci ildən üzv olduğu Avropada 
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Avropa qitəsinin bütün ölkələrini əhatə edən yeganə təşkilatdır. 
Azərbaycan Respublikası təşkilatın əsas sənədləri olan ATƏM-in Helsinki Yekun Aktına (1992), Paris 
Xartiyasına və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur (1999). Ermənistan-Azərbaycan 
münaqişəsinin həllində ATƏT çərçivəsində əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində 
xüsusi yer tutur. Azərbaycan ATƏT-lə həmçinin demokratikləşdirmə sahəsində də əməkdaşlıq edir. 
Buraya seçkilərin müşahidəsi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun xəttilə 
həyata keçirilən layihələr və s. daxildir.Azərbaycan - Avropa Şurası. Azərbaycan Respublikası 2001-ci 
ildən üzv olduğu Avropa Şurası ilə əməkdaşlıqda öz milli qanunvericiliyinin yüksək beynəlxalq 
standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər görür. Belə ki, Azərbaycan milli 
qanunvericiliklərin demokratikləşdirilməsinə yardım göstərən AŞ-nın Venesiya Komissiyası ilə sıx 
əlaqələr qurmuş, Avropa Şurasının başlıca sənədi sayılan İnsan Hüquqdarı və Əsas Azadlıqlarının 
Qorunması üzrə Konvensiyası və onun Protokollarını 2001-ci il yanvarın 25-də imzalamış, 2002-ci il 
aprelin 15-də isə onları ratifikasiya
 
etmişdir. Azərbaycanın nümayəndə heyəti Ermənistan-Azərbaycan 
münaqişəsinə dair ədalətli mövqeyin formalaşdırılmasında Avropa Şurası çərçivəsində məqsədyönlü 


Yüklə 153,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə