Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı hansıdır ?


məhsuldar fəaliyyət göstərir.Azərbaycan-Avropa Birliyi. Azərbaycan Respublikası Avropa Birliyi ilə



Yüklə 153,28 Kb.
Pdf görüntüsü
səhifə2/4
tarix27.08.2023
ölçüsü153,28 Kb.
#121001
1   2   3   4
miq müsahibə dərs 12

 
məhsuldar fəaliyyət göstərir.Azərbaycan-Avropa Birliyi. Azərbaycan Respublikası Avropa Birliyi ilə
 
münasibətləri TACİS, TRACECA və s. proqramlar çərçivəsində inkişaf etdirir. Azərbaycan ilə Avropa 
Birliyi arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və
 
Əməkdaşlıq sazişi 1999-cu ildən qüvvəyə 
minmişdır. 2004-cü ildə Avropa Birliyinin Şərqə doğru genişləndirilməsi ilə Azərbaycan Cənubi Qafqaz 
ölkəsi kimi "Genişləndirilmiş Avropa" təşəbbüsü çərçivəsində AB-nin "Yeni qonşuluq siyasəti"nə
 
daxil 


edilmişdir. Bu, ölkənin Avropa Birliyi ilə əməkdaşlığını daha da inkişaf etdirərək keyfiyyətcə yeni 
mərhələ üçün zəmin yaradır.
 
Azərbaycan-NATO. Azərbaycan NATO-nun "Sülh naminə Tərəfdaşlıq" proqramına bu proqamın təqdim 
edildiyi ildən (1994) qoşulmaqla, Avro-Atlantika Tərəfdaşlıq Şurasında öz yerini tutmuşdur. 
Azərbaycanın Avro-Atlantika məkanında təhlükəsizliyinin başlıca elementlərindən olan NATO ilə 
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi PREZİDENT KİTABXANASI 4 münasibətlər bu 
dövrdən etibarən uğurla inkişaf etməkdədir. Planlaşdırma və analiz prosesi və Fərdi Tərəfdaşlıq 
Proqramı çərçivəsində Azərbaycan hərbiçiləri NATO-nun başçılığı ilə Kosovodakı sülhməramlı 
əməliyyatlarda iştirak etmişlər. Azərbaycan-Antiterror koalisiyası. Erməni terrorçuluğu timsalında bu 
bəlanın nə olduğunu tam dərk edən Azərbaycan 2001-ci il sentyabrın 11-dən ABŞ-ın rəhbərlik etdiyi 
beynəlxalq antiterror koalisiyasının fəal üzvü kimi terrorçuluğun qlobal təhdidlərinə qarşı mübarizəyə 
qoşulmuşdur. Azərbaycanlı sülhməramlıları Əfqanıstan və İraqda həyata keçirilən əməliyyatlarda 
iştirak etmişlər.
Azərbaycan-GUAM. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan ibarət transregional GUAM 
təsisçilərindən biri olan Azərbaycan bu qurumun vasitəsilə həm özü, həm də digər iştirakçı dövlətlər 
üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bu, 
münaqişələrin sülh yolu ilə həllində və separatizmlə mübarizədə qarşılıqlı fəaliyyət, sülhü təminetmə 
sahəsində əməkdaşlıq, səmərəli və təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafında əməkdaşlıq, Avropa 
vətransAtlantika qurumları ilə əməkdaşlıq və qarşılıqlı fəaliyyət, iqtisadi əməkdaşlıq kimi istiqamətləri 
əhatə edir, üzv ölkələrin və bütövlükdə bölgənin tərəqqisinə xidmət göstərir.Azərbaycan-Müstəqil 
Dövlətlər Birliyi (MDB). 1993-cu ildən MDB-nin üzvü olan Azərbaycan bu təşkilat çərçivəsində öz 
müstəqilliyini möhkəmləndirmək və mehriban qonşuluq zonası yaratmaq məqsədi güdür. MDB həm-
çinin ətraf mühitin qorunması, elmi və mədəni əməkdaşlıq, eləcə də qanunsuz dövriyyələrə və 
cinayətkarlığa qarşı mübarizədə səylərin əlaqələndiricisi kimi çıxış edir

Yüklə 153,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə