Azərbaycanin quruda neftqazçixarma kompleksiNDƏ İQTİsadi



Yüklə 2,94 Kb.
Pdf görüntüsü
səhifə20/53
tarix26.05.2018
ölçüsü2,94 Kb.
#46043
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

 
olar. Beləliklə,  İB-də lizinqdən də  gəlir götürülə bilər. 
Avtomaşın və traktor parkında işi səmərəli təşkil etməklə 
yanacaq resurslarına da qənaət etmək mümkündür. 
Respublikanın quruda neftqazçıxarma sənayesində 80-cı 
illərdə  əmək məhsuldarlığının aşağı düşməsi köhnə yataqların 
məhsuldarlığının aşağı düşməsi ilə bağlıdır. 
Hesablamalardan aydın olur ki, yatağın tədqiqi, istifadəsi 
ilə bağlı  xərclərin 2/3 hissəsi qazma və orada işlədilən 
avadanlıqların payına düşür. Belə olduğu bir şəraitdə qazma 
avadanlıqları üzrə istismar xərclərinin azalması, onların 
məhsuldarlığının artırılması  məsələləri diqqət mərkəzində 
olmalıdır. Qazmanın dərinliyindən asılı olaraq qazma 
qurğuları, onların tətbiq dairəsi müəyyən olunmalıdır. 
Qazmada qeyri məhsuldar  əmək sərfi bütün əmək sərfinin 
yarıya qədərini təşkil edir. Onun isə 45%-ini maddi-texniki 
təchizatın ahəngar olmaması üzündən boş dayanmalar təşkil 
edir ki, bu da yeni buruqların tikilməsi, avadanlıqların 
quraşdırılması işini xeyli ləngitmişdir. Bu səbəblərdən 1996-ci 
ildə  nəzərdə tutulmuş 76 quyu əvəzinə yalnız 33 quyu 
qazılmışdır. Bizim fikirmizcə, qazma işlərinə  əsaslı  vəsait 
qoyuluşunun artırılmasına nail olmaq lazımdır. Qazma 
dəzgahlarının optimal quruluşunun təmin edilməsi və bu 
səbəbdən  əsaslı  vəsait qoyuluşuna xeyliqənaət (mütəxəsislərin 
hesablamalarına görə 7-10%) edilməsi imkanlarından da 
istifadə edilməlidir. Qazma işlərində  əmək məhsuldarlığının 
yüksəldilməsini təmin edən mühüm amillərdən biri 
briqadaların işinin düzgün təşkili, onların üzvlərinin 
həvəsləndirilməsi sisteminin təkmilləşdirilməsi, son nəticəyə 
görə mükafatlandırma metodlarından istifadə edilməsidir. 
Apardığımız tədqiqatların, müqayisəli materialların 
təhlili göstərir ki, qazma işlərinin strategiya və taktikası düzgün 
müəyyən olunmalıdır
9
. Qazma işlərinin səmərəliliyini artırmaq 
                                                           
9
 M.Atakişiyev «Qazmada istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi» 
Bakı. Elm.1998. 
 
62


 
hər bir yataqda quyuların qazılmasının optimal metodu 
seçilməlidir. Bu gün bu sahədə boşluq açıq-aşkar hiss edilir. 
Alimlərimizin uzun illər  əldə etdiyi nəticələr, verdikləri 
təkliflərin reallaşması bir sıra bürokratik, təşkilati maneələrlə 
üzləşir. 
Neftqazçıxarma istehsalında istehsal xərclərinin mühüm 
elementlərindən biri əməkdən istifadə ilə bağlı  xərclərdir. Bu 
xərclər neftin maya dəyərinin 20-25 faisi arasında tərəddüd 
edirdi və uzun bir dövr ərzində bu rəqəm sənye üzrə olan 
göstəricidən yüksək olmüşdur. Onu da qeyd etmək lazındır ki, 
keçmiş SSRİ-də müəyyən edilmiş siyasətə görə neftqazçıxarma 
sənayesində orta əmək haqqı digər səhələrə nisbətən yüksək 
müəyyən edilirdi. Araşdırmalar göstərir ki, 1920-1985-ci 
illərəd neftqazçıxarma sənayesində  əmək haqqı bütünlükdə 
respublika üzrə olan göstəricidən yuxarı olmüşdür. Yalnız 
metallurgiyada, sonralar kimya və neft kimyası, maşınqayırma 
sənayesində orta əmək haqqı yanacaq sahəsi üzrə  səviyyəni 
ötüb keçmişdir. Son illərdə bazar münasibətlərinə keçid ilə 
bağlı  çətinliklər  əmək haqqını  səviyyəsinə  də  təsir etmişdir. 
1996-cı ildə QNQÇİB üzrə orta əmək haqqı 306238 manat 
olmuşdur ki, bu da yenə  də respublika üzrə olan orta 
göstəricidən çoxdur, lakin digər dövlətlərlə müqayisədə azdır. 
İstehsal xərclərinin azalmasından danışarkən burada əmək 
haqqına mütləq qənaət edilməsindən yox, hasilatın artması ilə 
bağlı  əmək haqqına nisbi qənaətin  əmələ  gəlməsindən söhbət 
aparılır. Bu isə neftqazçıxarma hasilatında əmək məhsuldarlığı 
problemi ilə bilavasitə əlaqədardır. 
Səmərəsiz iş yerlərinin ixtisarı ilə istehsal xərclərinin 
azaldılmasına və  həmçinində  əmək haqqını artırmaq xidmət 
edər. Hazırda 1 ton neft hasilatı üzrə  xərclərin yalnız 1%-i 
əmək haqqına payına düşür. Bu qeyri normal göstəricidir. 
Müqayisə ümün göstərək ki, uzun bir dövr ərzində 
neftqazçıxarma sənayesində  əmək haqqı istehsal xərclərinin 
15-20% təşkil etmişdir. Heç şübhəsiz ki, NQÇİ-lər üzrə bu cür 
 
63


 
uyğunsuzluq materialların, avadalıqların qiymətinin xeyli 
dərəcədə bahalaşması, müasir şərairdə qiymət siyasətindəki 
nüqsanlarla bağlıdır. Ona görə də bağlı bir vəziyyətdə qiymətlə 
bağlı göstəricilərin struktur təhlilinə  tənqidi yanaşılmalıdır və 
bu elmi, əməli baxımdan narahatlıq doğurmalıdır. Son illərdə 
bazar münasibətlərinə keçid ilə bağlı çətinliklər arasında əmək 
haqlarının qaldırılması problemləridə qalmaqdadır. Nəzərə 
almaq lazımdır ki, neftqazçıxarma sənayesinin proffesional 
stabil fəhlə kadrları ilə  təmin edilməsi  ən vacib 
məsələlərdəndir. 
Kompleksdə köməkçi sahələrdə pullu xidmətlərin təşkili 
səmərə verə bilər (tikinti təmir sahələri, istehsalat 
emalatxanaları  və s. sahələr). Burada çoxlu mənfəət  əldə 
etmək imkanları mövcuddur. İstehsalat Birliyi köməkçi 
sahələrdə  səmərəliliyi artırmaq məqsədi ilə müvafiq normativ 
hüquqi aktların işlənib hazırlanmasına və  tətbiqinə  səy 
etməlidir. 
Dünyanın bir çox neft şirkətlərinin strukturlarında, tikinti, 
qazma, nəqliyyat, sosial sfera və digər bu kimi sahələrə rast 
gəlinmir. Bu neft sənayesini  əhatə edən yüksək inkişaf etmiş 
infrastrukturla  əlaqədardır. Lakin ənənəvi olaraq bu vəziyyət 
hələ  də QNQÇİB-də qalmaqda və ümumi istehsal xərclərinə 
təsir etməkdədir. 
Boyük və  zəngin təcrübəyə malik olan, Azərbaycanın 
neftqazçıxarma sənayesində qazma işlərinin səmərəliliyini və 
məhsuldarlığını artırmaq, bu sahədə dünyanın bir çox 
ölkələrində qazanılmış  təcrübədən istifadə etmək, istehsal 
xərclərini aşağı salmaq problemlərini kompleks tədqiq etmək
quruda neft hasilatını artırılması istiqamətində  əhəmiyyətlər 
nəticələr verə bilər. 
 
64


Yüklə 2,94 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə