Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə4/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   2   3   4   5   6   7   8   9   ...   40

 
əhalini  əmin-amanlığa çağırmaq məqsədi ilə  şəhər 
zəhmətkeşlərinə  məlumatla müraciət etmişdir. 1918-ci il 
sentyabrın 18-də F.Xoyskinin imzası ilə «Azərbaycan 
Respublikası hökumətinin məlumatı» elan edilmişdir. 
Məlumatda deyilir: «Respublikanın mərkəzi Bakı  şəhərinə 
daxil olmuş Azərbaycan hökuməti  şəhərin və  ətrafının bütün 
əhalisinə elan edir ki, milliyyətindən, dinindən asılı olmayaraq 
Azərbaycanda yaşayan bütün vətəndaşlara bərabər münasibət 
olacaq və hökumət bütün vətəndaşların həyatını, hüquqlarını və 
əmlakını bərabər surətdə müdafiə edəcəkdir. 
Soyğunçular, adam öldürənlər və ümumiyyətlə, belə 
şəxslər hərbi dövrün ciddi qanunları ilə  cəzalanacaqlar, hətta 
ölüm hökmü veriləcəkdir». F.Xoyski sonralar Azərbaycan 
parlamentində  çıxışlarının birində bu barədə deyirdi: «Şəhər 
alınarkən nalayiq hərəkətlər olmuşdur. Hökumət bunu 
gizlətmir… Bəlkə bir çoxlarına  əziyyət, bəlkə  də  cəza 
olmuşdur. Lakin mümkün idimi, hökumət bunun qarşısını 
saxlasın… Azərbaycan deyil, heç bir hökumət bunun qabağını 
almağı bacarmazdı. Burada müsəlmanlar qırılmış, namusuna, 
canına təcavüz edilmiş, əlindən ixtiyari qoparılmış, … üç gün 
davadan sonra şəhər alınmış,  əhali və qoşun  şəhərə acıqlı 
girmiş idi… hökumət üç gündən sonra Bakıya girdi. O 
vaxtadək nə olmuşsa da hökumət gəldikdən sonra bu işlər 
dayandırıldı». 
Azərbaycan hökuməti Bakıya köçdükdən sonra Bakı 
XKS-nin qəbul etdiyi bütün dekret və qanunları  ləğv etdi, 
özünün sosial islahatlarını  həyata keçirməyə  və Azərbaycanın 
bütün  ərazisində hakimiyyətini bərpa etməyə başladı. Lakin 
Azərbaycan hökuməti bu zaman çətin beynəlxalq  şəraitlə 
üzləşməli oldu. F.Xoyski hökumətinin dəvəti ilə Azərbaycana 
gəlmiş  və Azərbaycan torpağını, xüsusən Bakını bolşevik-
daşnak qüvvələrindən azad etmiş türk hərbi hissələri Mondros 
sazişinə görə Azərbaycandan çıxdı. Onları ingilislər əvəz etdi. 
Bu zaman Bakının general-qubernatoru olan, daşnak və 
eserlərin təsiri altına düşən general Tomson Azərbaycan 
 
11


 
hökumətini tanımaq istəmirdi. F.Xoyskinin Tomsonla apardığı 
diplomatik danışıqlar nəticəsində onun Azərbaycan 
hökumətinə münasibəti dəyişildi və F.Xoyskinin başçılıq etdiyi 
Azərbaycan hökumətini tanıdığını bildirdi. 
1918-ci il dekabrın 7-də ölkədə ziddiyyətli siyasi şəraitdə 
Azərbaycan parlamenti öz işinə başladı. Parlamenti 
Azərbaycan Milli Şurasının sədri M.Rəsulzadə  təbrik nitqi ilə 
açdı. Sonra söz F.Xoyskiyə verildi. F.Xoyski parlamentin işə 
başlaması münasibətilə deputatları  təbrik edərək dedi: 
«Bugünkü gün Azərbaycan üçün böyük, əziz mübarək gündür 
ki, yuxumuzda görməzdik,  əqlimizə  gəlməzdi. Bu gün o 
gündür ki, muxtariyyəti  əlimizə aldığımız, hökumət vəkalətilə 
bu bayram günü sizi və sizinlə  bərabər özümüzü də  təbrik 
edirəm». Sonra o, hökumətin may ayından bəri apardığı daxili 
və xarici siyasəti haqqında məlumat verdi. F.Xoyski nitqinin 
axırında parlamentə müraciət edərək dedi: «… hökumət 
çalışmışdır ki, öz nüfuzunu millətin gözündə itirməsin. Biz xahiş 
edirik ki, nöqsanlarımızı bizə göstəriniz… hökumətin ixtiyarı bu 
günə qədər idi… heç bir hökumət parlamenti açıldıqdan sonra iş 
başında qalammaz. Ona görə mən bütün yoldaşlarım tərəfindən 
xəbər verirəm, hökumət hüzurunuzda istefasını verir». 
Parlament F.Xoyski hökumətinin istefasını qəbul etdi və 
yeni hökumətin təşkilini yenə də ona tapşırdı. F.Xoyski 1918-
ci il dekabrın 26-da yeni hökumətin qarşısında duran vəzifələri 
və  tərkibini Azərbaycan parlamentinə  təqdim etdi. Parlament 
təqdimatı geniş müzakirədən sonra qəbul etdi. F.Xoyski bu 
hökumətdə baş nazir vəzifəsilə yanaşı, xarici işlər naziri 
vəzifəsini də tutmuşdur. 
F.Xoyski hökuməti parlament tərəfindən təsdiq olunandan 
sonra ölkənin iqtisadi vəziyyətinin və əmin-amanlığının bərpası 
işinə başladı. Lakin parlamentdə  iştirak edən partiyalar 
arasındakı ziddiyyətlər onu həyata keçirməyə imkan vermirdi. 
Onlar F.Xoyski hökumətini aqrar, neft alveri, polisin qanunsuz 
hərəkətlərinin qarşısını ala bilməmək və b. məsələlərdə 
təqsirləndirirdilər. Bu məsələlər haqqında parlamentdə bir neçə 
 
12


 
dəfə keçirilən müzakirələrdə F.Xoyski hökuməti kəskin tənqid 
olunurdu. F.Xoyski parlamentin 1918-ci il fevralın 5-də 
keçirilən iclasında çıxış edərək onlara dedi: «O günlər ki, siz 
neçə  dəfələrlə  mənə müraciətən bu hökumətin təşkilinə  məni 
vadar etdiniz… Mən o vaxt sizə dedim ki, belə  xətərləri bir 
zamanda heç kəs cəsarət edib tamamən hökuməti  əlinə ala 
bilməz… Sizin sidq dil ilə hökumətin dalında durub kömək 
edəcəyinizə ümid oluruq… əgər görsəm ki, sədaqət yoxdur, bir 
dəqiqə hökumət başında durmaram… hökumətə kömək 
cürbəcür olur… heç hökumət… sorğudan inciməz… sorğu da 
var, sorğu da. Bir sorğu var ki, atanın oğluna verdiyi nəsihət, bir 
sorğu var ki, zəhərli, bədxahlıq sorğusudur… Bu sorğu 
hökumətə badalaq vurmaq, biz soxmaq deməkdir». 
Onun başçılıq etdiyi hökumətə qarşı istər parlamentdə, 
istərsə də siyasi partiyalar arasında gedən danışıqlara son qoy-
maq məqsədilə F.Xoyski başçılıq etdiyi hökumətinin istefası 
haqqında parlamentə məktub göndərdi. 1919-cu il fevralın 25-
də Azərbaycan parlamenti F.Xoyskinin məktubunu müzakirə 
edib, onun istefasını  qəbul etdi. Lakin parlament yeni 
hökumətin təşkilinə  qədər vəzifəsini icra etməyi ondan xahiş 
etdi. 
F.Xoyski istefaya çıxsa da, siyasi və ictimai fəaliyyətini 
davam etdirmişdir. O, bu dövrdə Azərbaycan parlamentinin 
üzvü kimi Azərbaycan hökumətinin bir sıra tədbirlərində  fəal 
iştirak etmişdir. Siyasi, iqtisadi və maliyyə  məsələlərinin 
həllində, Cənubi Qafqaz respublikaları arasında mübahisəli 
sərhəd məsələlərinə  həsr edilmiş Qafqaz konfransının 
çağırılmasında, Azərbaycanla Ermənistan arasında mübahisəli 
ərazi məsələlərinin həllinə  həsr edilmiş konfransın 
keçirilməsində  fəal iştirak etmişdir. F.Xoyski bu iclas və 
konfranslarda çıxış edərək Azərbaycanın qəti mövqeyini 
bildirmiş  və  bəzi qonşu dövlətlərin Azərbaycana bədxah 
münasibətini kəskin tənqid etmişdir. Onları dostluğa və ədalətli  
qonşuluq münasibətləri yaratmağa çağırmışdır. O, demişdir ki, 
 
13


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə