Azərbaycanin baş naziRLƏRİ



Yüklə 2,02 Mb.
Pdf görüntüsü
səhifə37/40
tarix28.06.2018
ölçüsü2,02 Mb.
#52116
1   ...   32   33   34   35   36   37   38   39   40

 
- Azərbaycanda kim kimdir. Ensiklopedik sorğu kitabı. 
Bakı, 2001. 
- İbrahimov B., Mirzə Z. İşıqlı insan. Bakı, 2002. 
 
 
123


 
ƏLİ ƏHMƏD OĞLU MƏSİMOV 
yanvar - aprel  1993-cü il 
 
Əli  Əhməd oğlu Məsimov 1953-cü il 
yanvarın 3-də    Şəki  şəhərində anadan 
olmuşdur. 1970-ci ildə  Şəki  şəhər 2 saylı 
orta məktəbi bitirib və elə  həmin il 
 
Azərbaycan Xalq Təsərrüfatı    İnstitutuna 
(indiki Azərbaycan  Dövlət  İqtisad 
Universitetinə) daxil olub. 1975-ci ildə 
həmin institutun Ümumiqtisad fakültəsini 
bitirib və Azərbaycan Elmlər 
Akademiyasının  İqtisadiyyat  İnstitutunun aspiranturasına  daxil 
olub. 1975-1976-cı illərdə  Qazaxıstanın  Taldı-Kurqan 
vilayətinin Üç-Aral qəsəbəsində hərbi xidmətdə  olub. Ordudan 
tərxis olunduqdan sonra aspirantura təhsilini  əvvəlcə Bakıda, 
1979-1980-ci illərdə isə Moskvada SSRİ Elmlər 
Akademiyasının  İqtisadiyyat  İnstitutunda davam etdirib. 
Aspiranturanı  bitirib Bakıya qayıtdıqdan sonra  Azərbaycan 
Elmlər Akademiyasının  İqtisadiyyat  İnstitutunda  əmək 
fəaliyyətinə    başlayıb. 1980-1991-ci illərdə  İqtisadiyyat 
İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi və  şöbə 
müdiri  vəzifələrində  çalışıb. «Məhsulun keyfiyyətinin 
stimullaşdırılması» mövzusunda  dissertasiya işi müdafiə edərək 
1985-ci ildə iqtisad  elmləri  namizədi  elmi dərəcəsi alıb.  
1991-ci ilin dekabrından 1993-cü ilin  iyununa  qədər  
dövlət-hakimiyyət  orqanlarında fəaliyyət göstərib. Azərbaycan 
Respublikası Prezident Aparatında iqtisadi  məsələlər üzrə  
koordinasiya  bölməsinin  müdiri, Azərbaycan Xarici 
İnvestisiyalar  Komitəsinin sədri, Dövlət  İqtisadiyyat və 
Planlaşdırma Komitəsinin sədri, baş nazirin səlahiyyətlərinin  
icraçısı, baş nazirin islahatlar  üzrə  birinci  müavini və 
iqtisadiyyat  naziri vəzifələrində  çalışıb. 
 
124


 
Əli Məsimov 1993-cü il  yanvarın 26-dan aprelin 28-ə 
qədər baş nazirin səlahiyyətlərini icra edib. Baş nazirin 
 
səlahiyyətlərini icra etdiyi zaman kəsiyində    nəzərə çarpan bir 
sıra cəhətlər olmuşdur. 
Əli Məsimov həmin müddət  ərzində «Azərbaycanın 
iqtisadi tərəqqi proqramı»nın və «Nazirlər Kabinetinin 
fəaliyyətinin  əsas istiqamətləri»nin müəllifi olmuşdur. Onun 
iştirakı    və  rəhbərliyi  ilə  «İqtisadi böhrana qarşı  tədbirlər 
proqramı», «Sosial proseslərin tənzimlənməsi proqramı», 
«Azərbaycanın regional inkişafı proqramı» və s. sənədlər 
hazırlanıb. Ümumiyyətlə, 1990-1993-cü illər  ərzində  Əli 
Məsimov «Azərbaycanın iqtisadi müstəqillik konsepsiyası», 
«Aqrar islahatlar proqramı» və s. bu kimi  konsepsiya, proqram 
və digər sənədlərin, eləcə  də 30-dan artıq  qanun  layihəsinin  
hazırlanmasında  bilavasitə iştirak edib. 
Nazirlər Kabinetinin strukturunun bazar münasibətlərinin  
tələblərinə uyğun surətdə  təkmilləşdirilməsi, idarəetmədə sahə 
prinsipindən funksional prinsipə keçid, Kabinetdə çalışanların 
orta yaş  dərəcəsinin əsaslı surətdə aşağı salınması, elmi dərəcəsi 
olan  kadrların irəli çəkilməsi və s. tədbirlərin köməyi ilə 
Kabinetin fəaliyyətinin  yenidən  qurulması,  şəffaflığının 
artırılması istiqamətində  səylər  göstərilib. 
Həmin dövrdə Nazirlər Kabinetinin qərarları içərisində 
iqtisadi islahatların reallaşdırılması mexanizminin 
formalaşdırılması istiqamətində qəbul edilən qərarlar xüsusi yer 
tutur. Belə ki, Nazirlər Kabineti 1993-cü il yanvarın 29-da 
«Azərbaycan Respublikasında 
əsas fondların yenidən 
qiymətləndirilməsi haqqında» 57 saylı, eləcə  də «Azərbaycan 
Respublikası sahibkarlığa kömək milli fondu vəsaitlərinin 
formalaşması və bölüşdürülməsi qaydası haqqında əsasnamənin 
təsdiq edilməsi barədə» 1 fevral 1993-cü il tarixli 61 saylı qərar 
qəbul edib. Həmin qərarların qəbul edilməsi özəlləşdirmə  və 
sahibkarlığın inkişafı üçün zəruri olan normativ aktların 
 
125


 
reallaşma mexanizminin yaradılması baxımından  əhəmiyyətli  
addımlar idi. 
Əli Məsimovun baş nazir  kimi  fəaliyyət  göstərdiyi dövr-
də    qəbul edilən  qərarlar  içərisində  sosial  proseslərin  
tənzimlənməsinə dair sənədlər  mühüm əhəmiyyət kəsb edir. 
Onların  arasında «Azərbaycan Respublikası Əmək və Əhalinin 
Sosial Müdafiəsi  Nazirliyinin fəaliyyətinin  təşkili və sisteminin  
strukturu haqqında» 15 fevral  1993-cü il (№ 8)  tarixli  və 
«Qaçqınlara və  məcburi  köçkünlərə yardım fondunun 
yaradılması haqqında» 23 fevral 1993-cü il  (№ 116) tarixli 
qərarları  xüsusi yer tutur. 
Nazirlər  Kabinetinin 23 fevral 1993-cü il (№ 121) tarixli 
qərarı  ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında 
dövlətlərarası iqtisadi münasibətlərin 
əlaqələndirilməsi 
komissiyası yaradıldı. Komissiyanın tərkibi baş nazirin birinci 
müavinləri, müavinləri, Azərbaycanın Rusiyadakı  səfiri, 
nazirlər, baş idarələrin, iri istehsal komplekslərinin 
rəhbərliyindən ibarət idi. Komissiyanın  əsas məqsədi  
Azərbaycanın  nazirliklərinin, baş idarələrinin, müəssisə  və 
təşkilatların Müstəqil Dövlətlər  Birliyinə daxil olan ölkələr, 
eləcə də  Gürcüstan (o vaxt  MDB üzvü deyildi) və Baltikyanı  
dövlətlərin  müəssisələri ilə dövlət iqtisadi əlaqələrinin  
səmərəliliyini, etibarlığını  və sabitliyinin artırılmasını    təmin 
etmək idi. Nazirlər Kabinetinin  17 fevral  1993-cü il (№ 109) 
tarixli  qərarı ilə  Azərbaycan Respublikası  hökuməti ilə  Rusiya  
Federasiyası hökuməti arasında sərbəst ticarət haqqında saziş 
təsdiq edildi. Nazirlər Kabinetinin həmin qərarı ilə Azərbaycan 
Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti 
arasında sərbəst ticarət  haqqında 1992-ci il 30 sentyabr tarixli 
saziş  və ona aid sərbəst ticarət rejimindən istisnalar barədə 
1992-ci il 20 sentyabr və 30 dekabr tarixli  protokollar  təsdiq  
edildi.  
1993-cü ilin martında  Azərbaycan Respublikasının baş 
naziri kimi  Əli Məsimov Qazaxıstan, Qırğızıstan və 
 
126


Yüklə 2,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə