Mövcud sistemi inkişaf etdirmək lazımdır.
1-ci variant:
Birinci mərhələdə MSK siyasi partiyaların qeydiyyatdan keçmiş
namizədlərinin nümayəndələrindən formalaşdirilmalıdır.
İkinci mərhələdə MSK yalnız parlamentdə nümayəndəsi olan siyasi
partiyaların nümayəndələrindən formalaşdırılmalıdır.
2-ci variant:
MSK-nın üçdə biri parlamentdə çoxluq təşkil edən partiyaların
nümayəndələrindən, üçdə biri parlamentdə azlıq təşkil edən partiyaların
nümayəndələrindən, digər üçdə biri isə namizədləri qeydiyyatdan keçmiş
lakin parlamentdə yer almayan partiyalar arasından püşkatma yolu ilə
formalaşdırılmalıdır.
Açıq Cəmiyyət Partiyası
MSK-nın üzvləri neytral olmalıdırlar.
Seçki komissiyaları dövlət orqanlarında çalışan
şəxslərdən təşkil
olunmalıdır və onlar test imtahanı əsasında işə qəbul
edilməlidirlər.
Hökumət seçki komissiyalarının tərkibinə görə məsuliyyət
daşımalıdır və beynəlxalq təşkilatlar hökumətə bu prosesi
müşahidə etməkdə yardım göstərməlidirlər.
Paritet qəbul edilən deyil.
Azərbaycan Sosial Demokrat Partiyası (ASDP)
MSK-nın sədrliyinə və katibliyinə namizədlər Prezidentin
təqdimatı əsasında Milli Məclis tərəfindən təsdiq olunmalıdır.
MSK-dakı işçi qrupları əsas vəzifəsi prezident və ya parlament
seçkiləri zamanı namizədlərin və siyasi partiyaların sənədlərini
yoxlamaq və qeydiyyata almaq olan mütəxəssislərdən ibarət
olmalıdır.
Namizədlərin qeydiyyatı başa çatdıqdan sonra MSK,
DSK-lar və
MnSK-lar seçkilərdə iştirak edən namizədlərin və siyasi
partiyaların səlahiyyətli nümayəndələrindən, paritet əsasda
formalaşdırılmalıdır.
Yekun seçki sənədləri və protokollar MSK ilə birgə namizədlərin
və siyasi partiyaların səlahiyyətli nümayəndələri tərəfindən
yoxlanmalıdır.
QHT – lərin və müstəqil ekspertlərin təklifləri:
I
Seçki komissiyası bitərəf orqan olmalıdır və onların namizədləri
qeydə almaq və ya qeydiyyatdan imtina etmək barədə qərarları
heç kəsdə şübhə yaratmamalıdır.
Seçki komissiyalarının üzvləri son parlament seçkilərində
namizədləri qeydə alınmış siyasi partiyaların üzvləri olmalıdır.
Paritet sistemi yaradılmalıdır.
II
Seçki komissiyaları təlimatlar və normativ xarakter daşıyan qaydalar
hazırlamağı bacaran hüquqşünaslardan təşkil olunmalıdır.
MSK üzvlərinin sayı 18-dən 12-yə
endirilməlidir.
Üzvlər beynəlxalq təşkilatların keçirdiyi test imtahanları
vasitəsilə seçilməlidirlər.
MSK nümayəndələri Parlamentdə çoxluq təşkil edən 4 siyasi
partiyadan, nümayəndələri Parlamentdə azlıq təşkil edən 4 siyasi
partiyadan və heç bir siyasi partiyaya mənsub olmayan
(müstəqil) 4 üzvdən təşkil edilməlidir.
Seçicilər, namizədlər seçki məsələləri barədə maarifləndirilməlidirlər.
Müstəqillərdən ibarət seçki komissiyasının yaradılmasına böyük
ehtiyac var və müxalifət liderləri hazırda bu məsələnin üzərində
çalışırlar.
Azərbaycanda MSK üzvlərinin sayı həddindən çoxdur.
Nəticələrin saxtalaşdırılmasında protokollar böyük rol oynadı.
Biz seçki prosesində hər hansı bir işıq görmürük. Nə hakimiyyət
nə də müxalifətə etibar var.
III
Mövcud sistemdə MSK 18 üzvdən ibarətdir: 6 üzv iqtidarda olan
partiyadan, 6 üzv müxalifət partiyasından, 6 üzv isə bitərəflərdən
(hər üç tərəf parlamentdə təmsil olunur). 6 bitərəf üzv gələcəkdə
QHT nümayəndələri ola bilər.
Proporsional sistemin olmaması, “müxalifətin” ziddiyyətli
qruplara bölünməsi kimi bir sıra amillər MSK-nın paritet əsasda
formalaşmasına əngəl törədir.
IV
Seçki komissiyaları test imtahanları əsasında formalaşmalı və
yalnız hüquqşünaslar imtahanda iştirak edə bilərlər.
Test imtahanı zamanı ən çox bal toplayan hüquqşünas sədr,
ikinci
yeri tutan şəxs sədr müavini, ən yaxşı üçüncü və dördüncü
nəticələri əldə edənlər isə katiblər olmalıdırlar.
Tələbə qəbulu sistemi etibar qazanmışdır, buna görə də seçki
komissiyasının üzvlərini seçmək üçün də oxşar sistem təşkil
edilməlidir.
Test imtahanlarının nəticələri elə həmin gün elan edilməlidir.
Test imtahanı vermək istəyənlər üçün heç bir məhdudiyyət
olmamalıdır. Meyarlar müəyyən olunmalıdır. Hamı bərabər
hüquqa malik olmalıdır.
Üzvlər müstəqil olmalıdır.
Onların azı 5 il toxunulmazlığı olmalıdır.
Seçki komissiyaları üzvlərinin maaşı yüksək olmalıdır ki, onlara
rüşvətlə təsir etmək mümkün olmasın.
V
Komissiyalara dövlət statusu verilməlidir.
Azərbaycanda müxalifətin paritet sistemini tarazılaşdırmağa
qüvvəsi yoxdur.
Komissiyalar hörmət qoyulan quruma çevrilməlidir.