Müəllif: tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı
Müdəricat:
Ön söz
1.
Seçki sistemləri sahəsində yerli
və beynəlxalq təcrübə
2.
Seçki komissiyalarının formalaşdırılması sahəsində Azərbaycan
təcrübəsi
3.
Seçki komissiyalarının formalaşdırılmasında beynəlxalq təcrübə
Ön söz
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, yəni 1991 – ci ilin 18
oktyabrından bu günə kimi ölkə üzrə 11 seçki və 5 referendum keçirilib. Seçkilərin və
referndumların xronologiyası aşağıdakı kimidir:
Prezident seçkiləri- 1992,1993, 1998, 2003, 2008
Milli Məclisə seçkilər – 1995, 2000, 2005
Bələdiyyə seçkiləri – 1999, 2004, 2009
Referendumlar:
29 dekabr 1991-ci il
29 avqust 1993 – cü il
12 noyabr 1995-ci il
24 avqust 2002-ci il
18 oktyabr 2009 – cu il
Azərbaycan Respublikasının seçki qanunvericiliyi beynəlxalq təşkilatların tövsiyyələri
nəzərə alınmaqla zaman- zaman dəyişdirilərək, təkmiləşdirilib. “Secki Məcəlləsi”nə son
dəyişiklik 2 iyun 2008 – ci iltarixdə həyata keçirilib. Bu zaman 145 maddəsinə 91 dəyişiklik
edilib. Dəyişikliyə əsasən, seçki kampaniyası müddəti dörd aydan 75 günə endirilib,
namizədlərin pul depoziti hesabına qeydiyata alınması ləğv edilib, namizədlərin qeydiyyata
alınması üçün tələb olunan imzalar 45 mindən 40 minə endirilib, dövlətdən maliyyələşən
televiziya (AzTV), radio və qəzetlərdə namizdlərin pullu və pulsuz təbliğat aparması qadağan
olunub, prezidentliyə namizədlərin seçki fondu bir milyon manatdan on milyon manata,
deputatlığa namizədlər üçünsə, 85 min manatdan 500 min manata qədər artırılıb, hərbi
hissələrdə seçki məntəqələrinin yaradılması ləğv edilib, adı seçici siyahısına düşməyən
şəxslərin seçki günü siyahıya daxil edilməsi səlahiyyəti məhkəmələrdən alınaraq, məntəqə
seçki komissiyasına verilib, seçkilərdə “exit-poll” keçirən təşkilatların Mərkəzi Seçki
Komissiyasında qeydiyyatdan keçməsi tələbi irəli sürülüb. Seçkilərin gedişinə qanunsuz
müdaxilənin yolverilməzliyi, seçki bülletenlərinin zərflərə qoyulmaması, müşahidəçiləri digər
şəxslərdən fərqləndirən vəsiqələrin verilməsi, seçici siyahılarında seçicilərin ünvanlarının
göstərilməsi, seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi ilə bağlı Venesiya
Komissiyasının təklifləri Seçki Məcəlləsinə daxil edilib.
Lakin bütün bunlara baxmayaraq bir sıra məsələlər, xüsusilə seçki sisteminin
dəyişdirilməsi, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması və s. məslələrlə bağlı
müxtəlif təkliflər yenə də səslənməkdədir. Venetsiya komissiyası da bu məsələlər barədə öz
tövsiyyələrini verir. Son illərin təcrübəsi sübut edir ki, bəzən beynəlxalq təşkilatların irəli
sürdükləri təklif və tövsiyyələr abstrak xarakter daşıyır və realıqlarla uzlaşmır. Bunu əyani
surətdə görmək üçün yerli və beynəlxalq təcrübənin müqayisəli təhlilinin aparılmasına ehtiyac
var.
I Seçki sistemləri sahəsində yerli və beynəlxalq təcrübə
Seçki sistemləri sonsuz sayda müxtəlif ola bilər. Bunu əsas səbəbi odur ki, heç bir
seçki sistemi qiymətləndirmə üçün seçilmiş bütün meyarlara uyğun gələ bilməz. Hansısa
sistemi seçərkən insanlar hansısa dəyərləri o biri dəyərlərin itkisi hesabına əldə edirlər.
Buna görə də hər bir ölkə özünə daha çox uyğun olan, hökumətin effektiv işləıməsinə,
ölkənin iqtisadi yüksəlişinə, stabiliyinə şərait yaradan sistemi seçir.
Azərbaycan Respublikasında parlament seçkiləri həmin ildə keçirilmiş Milli Məclisə
seçkilər də daxil olmaqla 2000 – ci ilə qədər qarışıq sistem üzrə seçkilər keçirilib. Yəni