Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Təlim nəticəsi 4: Rənglənmiş səthin qurudulma texnologiyasını bilir və son cilalama işlərini yerinə



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix06.07.2023
ölçüsü2,09 Mb.
#119324
1   2   3   4   5   6   7   8   9   ...   23
ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari

Təlim nəticəsi 4: Rənglənmiş səthin qurudulma texnologiyasını bilir və son cilalama işlərini yerinə 
yetirməyi bacarır 
Qiymətləndirmə meyarları 
1.
 
Rəngləyici-qurutma kamerasının növlərini və xüsusiyyətlərini təsvir edir
2.
 
Sifarişçinin tələbinə uyğun mövcud standartlara əsaslanaraq qurutma alətlərindən istifadə edir; 
3.
 
Son cilalama əməliyyatı zamanı istifadə edilən materialların növlərini və xüsusiyyətlərini təsvir edir; 
4.
 
Son cilalama işlərini yerinə yetirir.



Təlim nəticəsi 1: Rəngləri müəyyən etməyi və qarışdırmağı bacarır 
1.1.1. Rəng şkalasına əsasən onların xüsusiyyətlərini təsvir edir 
 

Rəng şkalası haqqında ümumi məlumat 
Lak-rəng materialları, sürtülməyə qarşı davamlılığına, özüllülük dərəcəsinə
səthə yapışma dərəcəsinə və suya davamlılığına, atmosfer dözümlülüyünə görə bir-
birindən fərqlənir. Rəngin qeyd olunan xüsusiyyətləri ayrı-ayrılıqda müvafiq cihazlarla 
müəyyən olunur və istehsalçı müəssisə tərəfindən verilən texniki şəhadətnamədə öz əksini tapır. Rəngin 
sürtülməyə qarşı davamlılığını təyin etmək üçün şkala və sürtünən iki səthdən istifadə olunur. 
Şəkil 1.1. Rəngin sürtünməsini təyin edən şkala 
Rəngin özüllülüyünü yoxlamaq üçün vaxt şkalasından istifadə olunur. Vaxt şkalasının iş prinsipi 
müəyyən vaxt ərzində n kəsikli qabın kəsiyindən keçmə sürəti ilə müəyyən olunur. Bu zaman təzyiq 0.1 
Mpa, temperatur isə (23
±2)

olmalıdır. Bu cihaza özüllülük ölçən cihaz deyilir (B3-24). 
Şəkil 1.2. Rəngin özüllülüyünü təyin edən şkala
Rəngin səthə yapışma dərəcəsi xüsusi cihazla müəyyən olunur.
Şəkil 1.3. Yapışma dərəcəsini təyin edən laboratoriya cihazı
Rəngin suya davamlılığını yoxlamaq üçün hər tərəfi rənglənmiş kiçik dəmir lövhəni 2/3 hissəsi 
qədər distillə olunmuş, temperaturu (20±2)

olan suya salır və müəyyən vaxtdan sonra çıxarırlar, 1-2 
saatdan sonra isə səth üzərində yaranan qabarmalar, qopmalar və s. vizual yoxlanılır. 
Rəngin atmosfer dözümlülüyünü yoxlamaq üçün rənglənmiş lövhəni 45

bucaq altında cənub 
istiqamətinə yönəldilmiş şəkildə 150-200 saat saxlayıb, standart rənglə rənglənmiş lövhə ilə müqayisə 
edirlər, bu, rəngin solması ilə müşahidə olunur. 



1.1.2. Tələbələr üçün fəaliyyətlər 

Rəng şkalası haqqında müxtəlif mənbələrdən məlumat toplayıb təqdimat hazırlayın. 

Səthə vurulmuş rəngin suya davamlılığını müəyyən etmək məqsədi ilə laboratoriya 
təcrübəsi hazırlayın. 

Səthə vurulmuş səthin atmosfer davamlılığını müəyyən etmək məqsədi ilə laboratoriya 
təcrübəsi hazırlayın. 
1.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə