Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Rəng püskürücü cihaz ilə səthin boyaması zamanı təhlükəsizlik qaydaları



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix06.07.2023
ölçüsü2,09 Mb.
#119324
1   ...   10   11   12   13   14   15   16   17   ...   23
ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari

Rəng püskürücü cihaz ilə səthin boyaması zamanı təhlükəsizlik qaydaları 
Məlumdur ki, iş prosesində texniki təhlükəsizlik qaydalarına və normalara, eləcə də sanitar-
gigiyenik qaydalara riayət olunmaması bədbəxt hadisələrlə nəticələnə bilər. Rənglənən səthin 
yağsızlaşdırılması zamanı istifadə olunan aseton və əritmə mayelərindən, eləcə də rəngləmə zamanı 
istifadə olunan boya və lakdan, buxarlanan zəhərli maddələrdən qorunmaq üçün təhlükəsizlik tədbirləri 
vaxtında görülməlidir. 
Təhlükəsizlik tədbirləri: 
-
Rəngləmə otağı artıq əşya və zibillərdən təmizlənməli, 
-
Avtomobillə rəngləmə otağının divarları arasında ən azı 1.2 m məsafə saxlanılmalı, 
-
Havalandırma sisteminin sazlığı yoxlanılmalı, 
-
İşıqlandırma sistemi güclü və tam təhlükəsiz olmalıdır.
2.2.2. Tələbələr üçün fəaliyyətlər 

Boya püskürən tapançaların müxtəlif formalarının fotoşəkillərini hazırlayıb fərqləndirici 
meyarlarını öyrənin. 

Sökülmüş boya tapançasının hissələrinin adlarının siyahısını hazırlayın. 

Əlavə mənbələri araşdırıb rəngləmə işi zamanı görülən texniki təhlükəsizlik qaydalarına 
dair təqdimat hazırlayın. 


16 
2.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 
 “Rəng püskürücü cihaz ilə səthi boyayır” 

Boya püskürən tapança seçərkən nələrə diqqət yetirilməlidir? 

Boya püskürən tapançalar quruluşuna və məqsədinə görə nə ilə fərqlənir? 

Səthi rəngləmə işinin ardıcıllıqları hansıdır? 

Rəngləmə zamanı texniki təhlükəsizlik qaydalarına əməl olunmadıqda hansı xətalar baş 
verə bilər? 
2.3.1. Rəngi vurduqdan sonra mumlu bez ilə səth üzərində qalan tozları təmizləyir 
 

Rəngi vurduqdan sonra səth üzərində olan tozları təmizləməyin əhəmiyyəti 
Avtomobilin rənglənmə işi xüsusi hazırlanmış otaqlarda yerinə yetirilsə də, rəng 
səthə vurulduqdan sonra quruması üçün ayrılan vaxt ərzində havada olan toz 
dənəcikləri rəngin üstünə hopur. Bu səbəbdən, belə faktların olmaması üçün nə qədər 
çalışsaq da, bunu tam təmin etmək mümkün olmur. Rəngləmə otağına (Şəkil 2.4.) 
diqqət yetirsək görərik ki, otağın döşəməsi dəmir barmaqlıqlardan döşənmişdir və alt 
hissəsi su ilə dolu hovuzdur. Bu texnoloji su hovuzu havada olan toz dənəciklərini özünə çəkərək havanı 
tozdan təmizləmək üçündür. Ancaq yuxarıda qeyd olunan və olunmayan bütün tədbirlərə baxmayaraq, 
havanın tərkibində az da olsa toz dənəcikləri qalır və səthə yapışır. Ona görə də rəngləmənin hər 
qatından sonra rəng tam qurudulur və xüsusi zərif silgəclərlə tozdan təmizləmə işi yerinə yetirilir. Tozdan 
təmizləmə işini yerinə yetirən zaman bu iş üçün nəzərdə tutulan maz və ya mumlu silgəclərdən istifadə 
olunur ki, təzə rənglənmiş səthə zərər yetirilməsin. Belə olan halda, növbəti rəng qatı vurulduqdan sonra 
səthin hamar və parlaq olmasına nail olmaq olur. 
Şəkil 2.4. Rəngləmə otağı 


17 
2.3.2.
 
Tələbələr üçün fəaliyyətlər 

Rəngləmə otağının fotoşəkilini çəkib qabarit ölçülərini hazırlayın. 

Rənglənmiş kiçik lövhənin üzərində toz təmizləmə işini yerinə yetirib təqdim edin. 

Əlavə mənbələrdən mumlu bez və cilalama mazlarını araşdırıb adları və fərqli 
xüsusiyyətləri barədə təqdimat hazırlayın. 
2.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə