Azərbaycanda Peşə Təhsili və Təliminin (ptt) inkişafına Avropa İttifaqının dəstəyi


Son cilalama əməliyyatı zamanı istifadə olunan materiallar haqqında ümumi məlumat



Yüklə 2,09 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix06.07.2023
ölçüsü2,09 Mb.
#119324
1   ...   15   16   17   18   19   20   21   22   23
ranglama-islarinda-son-qurudulma-va-cilalama-islari

Son cilalama əməliyyatı zamanı istifadə olunan materiallar haqqında ümumi məlumat 
Nəqliyyat vasitələrinin cilalanması əməliyyatı bir neçə mərhələli 
aparıldığından hər mərhələ üçün ayrı-ayrılıqda özünəməxsus istifadə olunan cilalama 
materialları olmalıdır. Cilalama materialları, əsasən xüsusi qablarda maye şəkilində 
olur və tərkibindəki aşılama qatqılarının ölçülərinə və ya qatqının olmamasına görə 
fərqlənir.
Səth üzərində rəng axıntıları, zədələr, cızıqlar və çatlar olduqda cod qatqılı aşılama mayesindən 
istifadə olunur. Səth üzərindəki kiçik defektləri hamarlamaq üçün narın aşılama qatqılı aşılama 
mayesindən istifadə olunur. Səthin parlaqlaşdırılması və lak üzərində qoruyucu təbəqənin yaradılması 
üçün aşılama qatqısı olmayan mayedən istifadə olunur. 


29 
Şəkil 4.9. Cilalama materialları 
4.3.2. Tələbələr üçün fəaliyyətlər 

Əlavə mənbələrindən cilalama materiallarının növlərini araşdırıb təqdimat hazırlayın. 

Təmir müəssisələrinə gedib cilalama materiallarından istifadə qaydalarını öyrənin və iş 
prosesindən video görüntü hazırlayın. 

Hazırlanmış video görüntünü mərkəzin elektron saytında yerləşdirin. 
4.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 
“Son cilalama əməliyyatı zamanı istifadə edilən materialların növlərini və xüsusiyyətlərini 
təsvir edir”

Cilalama neçə mərhələdə aparılır? 

Birinci cilalama mərhələsi zamanı hansı aşılama tərkibli materialdan istifadə olunur? 

Aşılama qatqısı olmayan cilalama mayesi hansı mərhələ üçündür? 

Son cilalama işinin mahiyyəti nədir? 
4.4.1. Son cilalama işlərini yerinə yetirir 

Son cilalama işləri haqqında ümumi məlumat 
Nəqliyyat vasitələrinin istismarı zamanı müəyyən müddət keçdikcə duzların, 
turşulu yağışların və günəş şüalarının təsirindən avtomobilin rəngi getdikcə solur. 
Ətraf mühitin təsirləri, hərəkət zamanı çınqıl sıçramalarından yaranan zədələr, lak 
üzərində yaranan çatlar və cızıqların əmələ gəlməsi 2-3 ildən bir avtomobilin cilalanma 
işinin yerinə yetirilməsini tələb edir. Yeni rənglənmiş avtomobilin cilalanması isə son mərhələ olaraq lak 
üzərində qoruyucu təbəqənin yaradılması və səthə parlaq görüntü verilməsi məqsədini daşıyır. Bəzən 
təcrübəsiz ustalar, avtoyuma məntəqələrinin işçiləri və avtomobil sahibləri cilalama prosesini açıq 
havada günəş şüalarının altında aparırlar. Belə hallar cilalama prosesinin yerinə yetirilmə 
texnologiyasına tam ziddir. Ən azından nəzərə almalıyıq ki,, cilalama işi xüsusi hava təmizləyici qurğularla 
təmin olunmuş, müəyyən stabil hərarətli və rütubətli otaqlarda aparılmalıdır ki, havada olan toz 
dənəcikləri səthə və cilalama materiallarına qonaraq səthə əlavə zədələr yetirməsin. 
Məlumdur ki, avtomobil üzərində lak qatının qalınlığı 100 mikrondur. Texnoloji olaraq düzgün 
cilalamadan sonra lak təbəqəsinin qalınlığı 5 mikron azalır. Bu hesabla avtomobilin səthini 20 dəfə 


30 
cilalamaq olar. Deməli, avtomobil sahibləri və ustalar bu işi yerinə yetirərkən ətraflı düşünməlidir. 
Cilalama prosesi bir neçə mərhələdə yerinə yetirilir və hər mərhələnin özünəməxsus materialları var. 
1.
Səth üzərində rəng axıntılarını, zədələri, cızıqları və çatları hamarlama mərhələsi (tərkibində cod 
aşılama qatqıları olan cilalama mayelərindən istifadə olunur). 
2.
Səth üzərində kiçik defektləri hamarlama mərhələsi (tərkibində narın aşılama qatqıları olan 
cilalama mayelərindən istifadə olunur). 
3.
Səthin parlaqlaşdırılması və qoruyucu təbəqə yaratma mərhələsi (tərkibində aşılama qatqıları 
olmayan cilalama mayelərindən istifadə olunur). 
Sonuncu cilalama mərhələsi müvafiq texnologiyaya uyğun aparılarsa tərkibində aşlama qatqıları 
olmayan cilalama mayelərindən istifadə olunduğuna görə səth üzərində sonsuz sayda cilalama 
əməliyyatı aparmaq mümkündür.
Şəkil 4.10. Cilalama əməliyyatından görüntülər 
4.4.2. Tələbələr üçün fəaliyyətlər 

Avtomobilin müxtəlif hissələri üzərində son cilalama əməliyyatının mərhələlərini yerinə 
yetirib video görüntünü ayrı-ayrılıqda təhsil mərkəzinin elektron saytında yerləşdirin. 

Elektron saytda yerləşdirilmiş cilalama işlərinə verilən qiymət və təkliflər barədə 
məlumat hazırlayın.

Təlim nəticəsindəki mövzulara aid şifahi və yazılı suallar hazırlayın.
4.4.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz: 
 “Son cilalama işllərini yerinə yetirir”

Son cilalama əməliyyatının mahiyyəti nədir? 

Son cilalama əməliyyatı neçə mərhələdən ibarətdir? 

Son cilalama əməliyyatının açıq havada yerinə yetirilməsinə hansı səbəblərdən icazə 
verilmir? 

Avtomobilin lak qatı neçə mikron olur? 

Avtomobilin səthi üzərində neçə dəfə cilalama işi aparıla bilər? 

Yüklə 2,09 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə