Azərbaycanda Mədəniyyət və Yaradıcılıq sahələrinin inkişaf etdirilməsi Kristina Farinha


Maliyyələşmə və dəstəkdən istifadə imkanının asanlaşdırılması



Yüklə 482,67 Kb.
səhifə8/15
tarix04.04.2018
ölçüsü482,67 Kb.
#35829
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

4.5 Maliyyələşmə və dəstəkdən istifadə imkanının asanlaşdırılması


Bir çox Avropa ölkələrində Mədəniyyət və Yaradıcılıq sahələrinin nümayəndələrinin spesifik təbiət və dəyəri ilə əlaqədar olaraq onların maliyyələşmə mənbələrindən faydalanması çətinliklərlə müşayiət olunur.34 Əsas problem bir çox yaradıcı təşkilatların kiçik ölçüdə olması, aktivlərinin daha çox qeyri-maddi olması, gəlir mənbələri, artım üçün hərəkətverici amil olaraq əqli mülkiyyət hüquqlarından asılı olması, idarəetmə bacarıqlarının zəif olması və biznes dünyası haqqında biliklərə və biznes dünyasında əlaqələrə sahib olmaması ilə bağlıdır.

Avropanın biznesin idarəedilməsi ilə bağlı dövlət xidmətləri və banklardan tutmuş xeyriyyəçilərə qədər özəl sərmayədarları Mədəniyyət və Yaradıcılıq sahələrinin əməliyyat və biznes modelləri ilə tanış deyillər. MYS-lər təminat verə bilməmələri ilə əlaqədar olaraq kiçik və orta sahibkarların maliyyələşməsi üçün bir çox proqramlar və sxemlərə kredit üçün müraciət edə bilmirlər. Mədəniyyət və Yaradıcılıq sahələri Şərq Tərəfdaşlığı ölkələrində də bənzər problemlərlə qarşılaşır. Maliyyələşmə mənbələrinə çıxışın çətin və məhdud olması, zəif infrastruktur, sərt qanunlar, xeyriyyəçilik mədəniyyətinin inkişaf etməsi üçün stimulların az olması və s. onların əlverişli işgüzar tərəfdaş hesab edilməməsinə səbəb olur.

Müstəqil mədəniyyətin (QHT-lərin) dövlət maliyyələşməsi üçün seçmə proseslərinin şəffaflığı, dəstəyin müntəzəmliyi və dayanıqlı inkişafla bağlı daha aydın meyarların müəyyən edilməsi lazımdır. KOS-lar üçün dövlət dəstəyində Mədəniyyət və Yaradıcılıq sahələrinin özünəməxsus təbiəti nəzərə alınmır, bu səbəbdən də dövlət dəstəyi üçün meyarlar xüsusilə MYS təşkilatlarının kiçik ölçüsü nəzərə alınaraq təkmilləşdirilməlidir. Yerli təşkilatların beynəlxalq birgə istehsal və tərəfdaşlıqlarda iştirak etmək imkanı yox dərəcəsindədir, çünki onlar müvafiq fondlara malik deyil və dövlət tərəfindən adekvat tənzimləyici hüquqi baza ilə dəstəklənmir. Hazırda Mədəniyyət və Yaradıcılıq sahələrinə özəl ianələrin və sponsorluğun təqdim edilməsinə görə hər hansı stimul və ya vergidən azadolunma tətbiq edilmir. Peşəkarlar və ya nəzarət idarələrinin Əqli Mülkiyyət Hüquqlarının (ƏMH) qorunması haqqında qanunları yaxşı bilməməsi bu qanunların çox vaxt nəzərə alınmamasına səbəb olur. Onlayn və oflayn ticarət və ixraca məhdudiyyət qoyan qanunlar MYS-lərin beynəlxalq arenaya çıxmasına mane olur.

Sektorda fəaliyyət göstərən şəxslərin çoxunun maliyyə vəsaitlərinin cəlb edilməsi ilə bağlı bacarıqları zəifdir. Bu, beynəlxalq qrantların əldə edilməsinə mane olur. MYS-lərin düzgün tərəfdaşları müəyyən etmək və yoxlamaq üçün daha çox məlumat, əlaqə və şəbəkələrə, habelə uzunmüddətli planlaşdırmanın tələblərinə cavab verəcək şəkildə sərmayə qoyuluşu etmək üçün resurslara ehtiyacı var. Sahibkarlar, misal üçün, kraudfandinq platformaları kimi bəzi alternativ və maraqlı maliyyələşmə imkanları hazırlayıb, lakin sektorun maliyyələşmə mənbələrinə çıxışı asanlaşdırmaq və maliyyələşmə alternativlərini artırmaq üçün dövlət maliyyələşmə sistemində və qanunvericilikdə struktur dəyişikliklər həyata keçirilməlidir.


4.5.1 Beynəlxalq nümunələr


PMV - Cultuurinvest35 və STARTS – Mədəniyyət Müəssisələri üçün Sərmayə Fondu 36 (Belçika)

Flamand Hökuməti tərəfindən yaradılmış PMV - Cultuurinvest və Valoniya Hökuməti tərəfindən yaradılmış STARTS regional fondu. Hər iki proqramda biznesin inkişafının müxtəlif mərhələlərində olan MYS müəssisələrinə (kiçik və orta sahibkarlar), habelə qeyri-kommersiya təşkilatlarına xüsusi kreditlər və aksiyalara sərmayə, habelə kouçinq və məsləhət təqdim edilir.



Əlavə nümunələr: Yaradıcılıq sahəsində AWS VINCI Vauçerləri37 (Avstriya) və Milli Lotereya38 (Birləşmiş Krallıq)

4.5.2 Azərbaycanın imkanları


QHT-lər üçün dəstək, xüsusən də özəl sponsorluğun dəstəklənməsi üçün hüququ əsasın inkişafının “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapması.

QHT-lərin inkişafı üzrə milli plan çərçivəsində dövlət və hökumət təşkilatlarının QHT-lərə dəstək göstərməsi, habelə QHT layihələrinə və proqramlarına göstərilən maliyyə yardımının artırılması nəzərdən keçirilir. Bundan başqa, özəl sektordan maliyyə yardımının göstərilməsinin təşviq edilməsi yolları da nəzərdən keçirilir. Maliyyə yardımı institutunun yaradılması, habelə dövlət strategiyası proqramının elan edilməsi korporativ sosial məsuliyyətə təkan verəcək.

Dövlətin IT sahibkarlığına dəstəyinin Mədəniyyət və Yaradıcılıq sahələrinin inkişafı üçün model kimi istifadə edilməsi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi innovativ sahibkarlıq və startapların inkişafı, o cümlədən inzibati prosedurların sadələşdirilməsi; yüksək texnologiyalar parklarının yaradılması və vençur kapitalı fondlarının təsis edilməsi üçün lazımi şəraitin yaradılmasına sərmayə qoyuluşları edir.

Dövlət proqramı çərçivəsində kinematoqrafiya və nəşriyyat sahəsinin inkişafına verilən əhəmiyyət.

Kinematoqrafiya və nəşriyyat işinin tarixi ənənələri və gələcək potensialı ilə əlaqədar olaraq dövlət strategiyasında bu sahələrə böyük əhəmiyyət verilir. 90-cı illərdən etibarən film sektorunun dövlət tərəfindən maliyyələşdirilməsində kəskin düşüş yaşamış digər post-sovet ölkələrindən fərqli olaraq, Azərbaycanda film istehsalı neft və qazdan əldə edilən gəlirlərin hesabına edilmiş özəl investisiyaların sayəsində davam edib. Bundan başqa, Azərbaycan ədəbiyyatı, xüsusilə də şifahi xalq ədəbiyyatı və poeziyası, habelə Sovet senzurasının aradan qalxması da film istehsalının inkişafına stimul verib. Audiovizual məhsullara, xüsusilə də rəqəmsal audio və video materiallara böyük tələbat olması dövlət səviyyəsində qəbul edilir. Bu sahədə dövlət strategiyası nəşriyyat, kitab və kitabxana işinin təşviq edilməsi üçün proqramı, habelə film istehsalının maliyyələşdirilməsi, istehsalı və istifadəyə verilməsindən tutmuş sərgi/nümayiş obyektlərinə qədər bütün məqamlarını əhatə edən 2008-2018-ci illər üçün 10 illik kinematoqrafiya proqramını əhatə edir. Strategiya çərçivəsində Bakıda yeni kinoteatrların tikilməsi və müasir film arxivinin və irs obyektlərinin istifadəyə verilməsi nəzərdə tutulub.

Dövlət maliyyələşdirilməsindən istifadə edə biləcək çoxsaylı müstəqil film istehsalı şirkətləri.

Film istehsalına hazırkı dövlət və özəl dəstəyi dövlətə məxsus film studiyaları ilə yanaşı, bir sıra özəl istehsal şirkətlərinin də yaranmasına imkan verib. Bu şirkətlər dövlət maliyyələşdirilməsindən faydalanmaq imkanına sahibdir.


4.5.3 Azərbaycanın problemləri


Mədəniyyət üçün dövlət maliyyələşdirməsinin yaradıcılıq sahələrinin xüsusiyyətlərini nəzərə alacaq sistemli prosedurlar əsasında həyata keçirilməməsi.

Mədəniyyət sektorunda dövlət maliyyələşməsinin kütləvi seçmələr aparmaq, fondların istifadəsi üçün seçim etmək, onları paylaşdırmaq və istifadəsinə nəzarət etmək səlahiyyətinə malik müstəqil orqan (misal üçün, Mədəniyyət Fondu və ya İncəsənət Şurası) tərəfindən idarə edilən, rəqabətli formatı olan, müvafiq struktura malik prosedurlara ehtiyacı var. Bundan başqa, dövlət mədəniyyət təşkilatları və bir neçə tanınmış QHT istisna olmaqla yeni yaradıcı istiqamətlər və sahibkarlıq layihələri dövlət maliyyələşməsi zamanı nəzərə alınmır.

Xeyriyyəçilik və sponsorluq üçün imtiyazlar və xüsusi qaydaların olmaması.

Belə bir niyyətin elan edilməsinə rəğmən, xeyriyyə təşkilatları və digər QHT-lər hər hansı vergidən azadolunma və ya imtiyazdan faydalana bilmir. QHT-lərin və ya xeyriyyə təşkilatlarının sahibkarlıq fəaliyyətindən əldə etdiyi mənfəət müəssisə məqsədlərinə nail olunduqda vergiqoymaya məruz qalır. Bundan başqa, böyük şirkətlərin sponsorluğu və korporativ sosial məsuliyyətini dəstəkləyən vergi imtiyazlarını özündə ehtiva edən əlverişli hüquqi bazanın çatışmazlığı hiss edilir. İanəçilərin əldə etdiyi yeganə fayda prestij və statusdur, bu səbəbdən də sahəyə yeni daxil olan peşəkarların təklifləri dəstəklənmir. Azərbaycandan kənardan gələn xarici ianələrə icazə verilmir.

Maliyyələşmə mənbələrindən istifadə etmək imkanının məhdudluğu və mədəniyyət və yaradıcılıq layihələri və müəssisələri üçün xüsusi vergi proqramının olmaması.

Digər maliyyələşmə mənbələrindən vəsaitlərin, xüsusilə də bank kreditlərinin təqdim edilməsi zamanı Mədəniyyət və Yaradıcılıq sahələrinin xüsusiyyətləri nəzərə alınmır. Onların kövrək maliyyə imkanları, habelə maddi təminatların olmaması kredit almasına mane olur. Sahədə mikro-kreditlər və xüsusi təminatlar kimi xüsusi həll yolları da tətbiq edilmir. Kraudfandinqdən istifadə üçün münasib şərait yoxdur və sektorda bununla bağlı, demək olar ki, heç bir təşəbbüs irəli sürülmür. Bundan başqa, yaradıcı müəssisələr onlar üçün əlverişli şərtləri olan hüquqi bazanın, xüsusilə də vergi mühitinin çatışmazlığını hiss edir. Mədəniyyət sahəsində istiqamətlər və regionlara görə, xüsusilə Bakı və ölkənin qalan bölgələri arasında vergilərin diferensiasiyasına imkan verən qanun (2012) hələ də tam həyata keçirilməyib.

Müəllif hüquqlarının lazımi səviyyədə başa düşülməməsi və idarə edilməməsi.

Mövcud hüquqi baza Avropa İttifaqının standartlarına cavab verir; bununla belə, müəllif hüquqları və digər əqli mülkiyyət hüquqları ilə bağlı bəzi məhdudiyyətlər qalmaqdadır. Mədəniyyət məhsulları və xidmətlərinin paylaşılması zamanı monitorinq və məlumatlanmanın çatışmazlığı müşahidə olunur. Bundan başqa, peşəkarların hüquqları və bu hüquqlar pozulduğu təqdirdə kompensasiya almaları haqqında məlumatı azdır və kollektiv idarəetmədə lazımi cavabdehlik səviyyəsi yoxdur.

Müstəqil səhnənin mövqeyinin möhkəm olmaması, alternativ təkliflərin qıtlığı.

Maliyyələşmə mənbələrinə çıxışın mürəkkəb və qeyri-sabit olması ilə əlaqədar olaraq, teatr sahəsində müstəqil prodüserlərin sayı çox azdır. Dövlətin mədəniyyət təşkilatları alternativ və daha müasir təklifləri – misal üçün, fiziki teatrı – lazımi şəkildə təqdim edə bilmirlər və müstəqil sektorun qeyri-sabitliyi bu sahədə yeni tendensiyalara sərmayə qoyulmasını çətinləşdirir.

Kitab nəşriyyatı sahəsinin dövlətin əlində olması.

Müstəqil layihələr üçün mövcud dövlət maliyyələşməsi məhdud səviyyədədir və mürəkkəbdir. Maliyyələşmənin əsas hissəsi mədəni mübadilə üçün xarici dəstəkdən və ya az sayda yerli sponsorlardan qaynaqlanır. Yayım kanallarına çıxış da məhduddur və Bakıda yerləşən bir neçə ticarət məntəqəsində mərkəzləşib.

Rəqəmsal texnologiyalarla əlaqədar yeni problemlərə ünvanlanmış və açıq bazar rəqabətini təmin edən müasir audiovizual hüquqi bazanın mövcud olmaması.

Kinematoqrafiya haqqında dövlət proqramının qəbul edilməsinə baxmayaraq, kinematoqrafiya haqqında hazırkı qanun 1998-ci ildə qəbul edilib və təşəbbüslərin yuxarıdan-aşağı istiqamətləndiyi dövlət komissiyaları modelinə əsaslanır. Bu, bazarı ifadə formalarının müxtəlifliyi baxımından təhrif edir və rəqabətin inkişaf etməsinə imkan vermir. Üstəlik, özəl dəstəyin göstərilməsi, xüsusilə də beynəlxalq müştərək istehsal layihələrinə stimul vermək üçün təkan lazımdır, çünki neft-qaz böhranı ilə əlaqədar olaraq özəl sektordan sərmayələrin gəlməsi dayanıb. Audiovizual sektor üçün yeni qanun layihəsi müzakirə edilsə də, hələ təsdiq edilməyib. Bu qanunda filmlərin yayımı və istehlakında rəqəmsal texnologiyaların istifadə edilməsindən qaynaqlanan dəyişikliklər əksini tapmalıdır.

Mətbuat bazarında ədalətli rəqabət, habelə iştirakçı və məzmun müxtəlifliyi üçün şəraitin olmaması.

KİV və yayım fəaliyyətinin əsas prinsiplərinin beynəlxalq tələblərə cavab verməsinə baxmayaraq, mövcud qanuna yaxın keçmişdə edilmiş düzəlişlər böyük narahatlıq doğurur. Kütləvi informasiya vasitələri bazarı üçün tərəflərin siyasi və ya maliyyə dəstəyi olmadan fəaliyyət göstərməyə qadir deyil, reklam bazarı isə yaxşı inkişaf etməyib. Bundan başqa, siyasi sanksiyaların sayəsində informasiya agentlikləri və jurnalistlər arasında özünüsenzura adi məsələyə çevrilib. Bu amil hətta internetə də sirayət edib (Kütləvi informasiya vasitələri haqqında qanunla tənzimlənir). İnformasiya agentliklərinin mülkiyyəti və gəlir mənbələri şəffaf deyil, bu isə monopoliya ilə mübarizə qanunlarının tətbiq edilməsinə mane olur. Üstəlik, sosial şəbəkə fəallarının və jurnalistlərin işinə müdaxilə edildiyi hallar haqqında rəsmi məlumatlara və hesabatlara çıxış əldə etmək də maneələrlə müşayiət olunur. Nəhayət, məzmunun müxtəlifliyi aşağı səviyyədədir. Dövlət kanallarında xarici televiziyaların materiallarından istifadə üzərində məhdudiyyətlər hələ də mövcuddur – bunun yerli istehsalın inkişafına təkan vermək məqsədilə həyata keçirildiyi iddia edilir.



Yüklə 482,67 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə