AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ
REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Rəşad Həsənov, MA,
Gülnar İsmayılova, MSc,
Fərhad Bayramov
Səhifə 35 / 91
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
İpoteka kreditinin alınması üçün tələb olunan sənədlər
Tələb edilən sənədlərin siyahısını təqdim etməmişdən əvvəl onu qeyd
etmək lazımdır ki, ipoteka kreditinin əldə edilməsi zamanı
ən ağır proses sənədlərin toplanması hesab edilir. Belə ki, bu zaman
müxtəlif rəsmi qurumlar tərəfindən alınmalı olan 18 adda sənəd
toplanmalıdır ki, bu da haqlı olaraq vətəndaşların narazılığına
səbəb olur. Tələb edilən sənədlər aşağıdakılardır :
1.
Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən
sənəd və sənədin surəti;
2.
Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə
(sənədin surəti);
3.
Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına
çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər
(sənədlərin surəti);
4.
Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə
üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında
şəhadətnamələri (sənədlərin surəti);
5.
Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş
yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək
kitabçasının surəti;
AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ
REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Rəşad Həsənov, MA,
Gülnar İsmayılova, MSc,
Fərhad Bayramov
Səhifə 36 / 91
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
6.
Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər
(əsas
və əgər varsa, əlavə iş yerindən arayış və s.);
7.
İpoteka predmetinin qiymətləndirmə aktı.
İpotekanın rəsmiləşdirilməsi üçün tələb edilən sənədlər
1.
İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq
edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb
olunduqda);
2.
İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini
və məhdudiyyət olmadığını təsdiq
edən sənəd;
3.
İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar
haqqında arayış;
4.
İpoteka
predmetinin
ipotekaya
qoyulmasına
və
məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın,
ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına
çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan
razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik
yaşına çatmamış şəxs olduqda, onun maraqları çərçivəsində
səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının
surəti.
AZƏRBAYCANDA İPOTEKA SİSTEMİ
REAL VƏZİYYƏTİN TƏHLİLİ VƏ TƏKMİLLƏŞDİRİLMƏSİ
İSTİQAMƏTLƏRİ
Rəşad Həsənov, MA,
Gülnar İsmayılova, MSc,
Fərhad Bayramov
Səhifə 37 / 91
İSİM
İqtisadi və Sosial İnkişaf Mərkəzi
Yaxşı Tədqiqat, Yaxşı İslahat, Yaxşı Siyasət
İpotekanın rəsmiləşdirilməsindən sonra təqdim olunmalı
sənədlər
1.
İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli
və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər;
2.
Borcalanın həyatın ölüm halından və əmək qabiliyyətinin
itirilməsinin və ipoteka predmetinin sığortalanmasının və sığorta
ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər;
3.
Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin sürəti;
4.
Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq
edən sənədlər.
Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmalı
sənədlər
1.
Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında
şəhadətnamə (surəti);
2.
Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya
sadələşdirilmiş vergi bəyannaməsi.
Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim
olunmalı sənədlər
1.
Güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.
Qeyd etmək lazımdır ki, təqdim edilən sənədlərin hər birinin surəti
notarial qaydada təsdiq edilməlidir.