|
Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ
219
Ekranda Koybal şamanlarının təbilindəki təsvir ayrıca nümayiş etdirilir.
Diktor:
"Şamanizmin Katanov və Alekseyeva kimi görkəmli tədqiqatçılarının
fikrincə, təbildəki təsvir də piktoqrafiya nümunəsidir və burada üçlü dünya sistemi
barədə şamanist təsəvvürlər öz əksini tapmışdır.
Şaman təbilləri bir qayda olaraq, dağ keçisi dərisindən düzəldilir.Ətrafı
qayın ağacından olur.Təbilin səsi boğuq çıxsın deyə, çubuğunun başına samur və
ya dövşan ayağının dərisi taxılır..."
Ekranda yenidən şaman rəqsi canlanır.
Diktor:
"Şamanist xalqlarda qamlar iki qrupa ayrılır: ağ qamlar və qara qamlar.
Ağ qamlar Ülgenin hakim olsuğu işıq aləminə, yəni xeyirxah ruhlara qamlıq
edirlər.Onların qiyafələri nisbətən az bəzəkli və sadə olur.Onlar özləri ilə təbil
daşımırlar.Qara qamlar isə yeraltı dünyanın və zülmətin hakimi Erliyə ona bağlı
olan şər ruhlara qamlıq edirlət.Onların geyimi saysız amuletlər,rəmzlər,
muncuqlar metal lövhələr,heyvan və quş sümükləri, quş lələkləri və sairə ilə
bəzədilmiş olur.Çox zaman papaqları və libasları elə bəzənir ki, nəticədə şaman
quşa bənəmiş olur.Lakin bunsuz da onun guya yuxarı və aşağı dünyalara uça
bildiyinə inanılır.
Şaman vəcdə gəlmiş halda olarkən,dua edərsə, dinləyənlər "dediklərin
olsun,Qam ata!"-deyirlər.Məhz bu müraciət formasına, yəni "Qam ata" ifadəsinə
Bisitun kitabəsinin Elamdilli mətnində, midiyalı üsyançıdan söhbət açılan yerdə
rast gəlirik.Bu mətndə üsysnçı "kam adda", yəni "Qam ata" adlandırılır."
Ekranda Qobustan və Gəmiqaya təsvirləri bir-birini əvəz edir.Bu, qavaldaşda
ifa edilən ritmlərin müşayiəti ilə baş verir.Sonda kamera Böyükdaşın aşağı
mərtəbəsindəki 9-li daşın üzərindəki təsvirə kilidlənir və diktor sözə başlayır:
"Azərbaycan ən qədim zamanlardan müxtəlif türk soy və boylarının oylağı
olmuş, onların dini-mifoloji görüşlərinin ən qədim kökləri bu ərazidə
formalaşmışdır.Faktlar kök türkcənin də bu ərazidə şaxələndiyini, ayrı-ayrı ləhcə
və şivələrə parçalandığını söyləməyə əsas verir.Hər halda, ən qədim qıpçaq
mətnlərinin, yəni alban ədəbiyyatı nümunələrinin, eləcə də protouyğur manixey
mətnlərinin, yəni Maninin qələminə məxsus əsərlərin Azərbaycanda meydana
çıxdığı danılmaz faktdır.O da faktdır ki, bütün bu ləhcə və şivələrin qalıqlarına
ölkəmizin şivələrində rast gəlinir.Üstəlik də Azərbaycan ədəbi dilinin
formalaşmasında həmin şivələrin bu və ya digər dərəcədə rolu olmuşdur."
Ekranda Nizami Cəfərov peyda olur və deyir:
220
"Kitabi-Dədə Qorquddan başlayaraq Füzuliyə qədər Azərbaycan yazılı
abidələrində qıpçaq sözləri ilə oğuz sözləri paralel işlənmişdir.Məsələn, payız-
küz,yaxşı-iyi, getmək-varmaq, aytmaq- demək,ata-baba,çöl-yazı, çağırmaq-
oxumaq, etmək-qılmaq,vermək-sunmaq,doymaq-qanmaq,bayır-dışarı,çatdırmaq-
ilətmək, isti- sıcaq,qabaq-qarşı və sairə..."
Ekranda yazılır:
----------------------------------------------------------------------------------------------------
Qıpçaq kəlmələri Oğuz kəlmələri
----------------------------------------------------------------------------------------------------
1.PAYIZ KÜZ
2.YAXŞI İYİ
3.GETMƏK VARMAQ
4. AYTMAQ DEMƏK
5.ATA BABA
6.ÇÖL YAZI
7.ÇAĞIRMAQ OXUMAQ
8.ETMƏK QILMAQ
9.DOYMAQ QANMAQ
10.BAYIR DIŞARI
11.ÇATDIRMAQ İLƏTMƏK
12.İSTİ SICAQ
13.QABAQ QARŞI
----------------------------------------------------------------------------------------------------
Diktor:
"Təqdim olunan cədvəldə uzun müddət Azərbaycan ədəbiyyatında paralel iş-
lənmiş qıpçaq və oğuz kəlmələrini görürük.Maraqlıdır ki, hazırda bu kəlmələrdən
məhz qıpçaqca olanları oğuz kəlmələrini sıxışdıraraq həm danışıq, həm də ədəbi
dilimizdə möhkəmlənmişdir.Bu baxımdan qıpçaq mənşəli "aytmaq" və "çağırmaq"
kəlmələri üzərində qələbə çalmış "demək" və "oxumaq" kimi oğuz mənşəli sözlər
istisandır.Digər hallarda isə qıpçaq kəlmələrinin üstünlük qazandığını
görməkdəyik."
Ekranda yenidən peyda olan Nizami Cəfərov sözünə davam edir:
"Araşdırmalar göstərir ki,ilk orta əsrlərin Bizans,erməni və gürcü
mənbələrin-də bu və ya digər münasibətlə işlənmiş türk sözləri onların dilinə məhz
qıpçaq türkcəsindən keçmişdir.Həmin sözlər nə qədər dəyişikliyə məru qalsa da,
yenə qıpçaq türkcəsinin fonetik xüsusiyyətlərini əks etdirir:ot-xot, voçxor-koçxor,
alp, xaqan,tenq, cicək, tarxan, ayıt və sairə."
Dostları ilə paylaş: |
|
|