203
türkləri bu mifik varlığın adına Dayuççı deyirlər ki, bu da Deyokun Aşşur-Babil
mənbələrində qeydə alınmış adına, yəni Dayaukku adına uyğun gəlir.
Mənbələrdən adı məlum olan növbəti hökmdar Midiya xaqanı
Kaştaritidir.Kaştariti adını Herodot çəkmiş, mixi yzılarda isə bu ad Xşatrita kimi
qeyd edilmişdir.Yakut şaman panteonunda isə eyni ada Xarsatördö şəklində rast
gəlirik.
Herodotun yazdığına görə, Kaştaritidən sonra oğlu Kiaksar Midiya xaqanı
olmuşdur.Bu ad da Altay kijilərin şaman panteonunda Kööskara kimi qeydə
alınmışdır.Adın Altay türkcəsindəki mənası köksü, sinəsi poladdan olan,yəni polad
sinəli, polad kökslü deməkdir.
Herodot sonuncu Midiya hökmdarının adını Astiaq, Aşşur-Babil mənbələri isə
İştivequ kimi çəkməkdədirlər. Bu adlar Yakut panteonundakı Ajdiray Buxe adına
bənzəsə də sonuncu midiyalı hökmdarın adı, çox güman ki, sonrakı dövrlərdə türk
xaqanları içərisində geniş rast gəlinən İstemi Bögü olmuşdur və şamanizmlə bağlı
deyildir.
Unutmaq lazım deyil ki,Mana və Midiya xaqanlarının adları dövrümüzədək
yad mənbələrdə ulaşmışdır və təbii ki, bir qədər təhrif olunmuşdur. Bunula belə,
şaman panteonunda rast gəlinən adlarla o qədər böyük yaxınlıq var ki, deyilənlər
heç bir şübhə oyatmır..."
Ekranda yazılır:
----------------------------------------------------------------------------------------------------
İncil rusca fransızca italyanca
ingiliscə
İohan İvan Jan Covanni Con
----------------------------------------------------------------------------------------------------
Diktor aralıqsız davam edir:
"...Bu sözlərlə demək istədiyimiz isə budur ki, eyni ad ayrı-ayrı xalqların
dillərində fərqli cür səslənir.Məsələn, İncildə İohan kimi qeyd edilən adı ruslar
İvan, fransılar Jan, İtalyanlar Covanni, ingilislər isə Con kimi tələffüz edirlər..."
Ekrandakı yazıları aşağıdakı yaı əvəz edir:
----------------------------------------------------------------------------------------------------
Tövrat italyanca fransızca ispanca ərəbcə
İosif Cüzeppe Jozef Xose Yusif
----------------------------------------------------------------------------------------------------
Diktor yenə aralıqsız davam edir:
204
"...Tövratda İosif kimi çəkilən ad isə italyanlar tərəfindən Cüzeppe, fransızlar
tərəfindən Jozef kimi təlffüz edilir. İspanların tələffüzündə eyni ad Xose, ərəblərin
tələffüzündə isə Yusif kimi səslənir..."
Ekranda şaman rəqsi canlanır.
Diktor yenə aralıqsız danışır:
"Nəzərə almaq lazımdır ki, türk şaman panteonundakı adları rus alimləri XlX-
XX əsrlərdə qeydə almağa başlamışlar.Bu isə o deməkdir ki, Mana və Midiya
hökmdarlarının qeydə alındığı dövrlə həmin dövr arasında 2500-3000 il keçmişdir.
Buna və Mana-Midiya şahlarının adlarının dövrümüzədək yad dillərdə gəlib çat-
masına baxmayaraq, ortadakı fərq o qədər cüzidir ki, heyrət etməyə bilmirsən,
Deməli, Mana və Midiyada şamanizmin hakim ideologiya olması öz təsdiqini
tapır.Məhz buna görə də farslara qarşı midiyalıların üsyanına şaman başçiliq
etmişdir."
Ekranda Maninin təsviri görünür.
Diktor:
"Qurduğu dinin mərkəzinə türk Tenqrisini gətirən Mani şamanizmdən də gen-
bol yararlanmışdır.Təsadüfi deyil ki, onun ierarxik sistemində Tenqridən sonrakı
ikinci yerə şamanizmdə xüsusi yeri olan Gün və Ay tanrıları və Yer-Su tutmaqda-
dır.Sonrakı yerdə isə zərdüştilərin Hörmüzü qərar tapmışdır."
Ekranda öncə manixey yazıları,ardınca Bisitun kitabələri görünür.
Diktor:
"Maniçi ədəbiyyatda Hörmüzün adı Xormusta kimi çəkilir.Bu da təsadüfi deyil.
Çünki Mani Sasanilər dövründə yaşayıb yaratmışdır.Sasanilər orta fars dilində,
yəni pəhləvi dilində danışırdılar və onların dövründə "Xormusta" adı keçərli idi.
"Hörmüz" adı isə yeni fars dilindəki sələniş formasıdır. Bu formaya Firdovsidə
rast gəlirik. Qədim fars ləhcələrində-Əhəmənilərin dilində və Avesta dilində,yəni
qədim pəştu dilində isə bu tanrının adı Ahura Məzda idi..."
Ekranda yazılır:
---------------------------------------------------------------------------------------------------
Avestada və Bisitun kitabəsində Pəhləvi dilində Yeni fars dilində
---------------------------------------------------------------------------------------------------
Ahura Məzda Xormusta Hörmüz
---------------------------------------------------------------------------------------------------
Diktor ara vermədən sözünə davam edir: