Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə93/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   89   90   91   92   93   94   95   96   ...   100

205
      "...Yəni zərdüştilərin baş tanrılarının adı fars dili təkamül etdikcə bir neçə dəfə 
dəyişikliyə uğramışdır; Ahura Məzda-Xormusta-Hörmüz.
      Maniçi ədəbiyyatda məhz Xormusta adı işlənir."
                                                            
     Ekrandakı  yazıları  müxtəlif  "Həzrət Məryəm  körpə  Həzrət İsa  ilə" və  "Həzrət 
İsa çarmıxda" mövzulu ikonalar əvəz edir və müxtəlif kilsələr görüntülənir.
     Diktor:
     "Maninin  dinində  Həzrət  İsaya  xüsusi  önəm  verilməkdə  və  onun  Tanrı  elçisi 
olduğu  təsdiqlənməkdədir.Bunu  etmək  Maniyə  başqalarına  özünün  gerçək 
peyğəmbər olduğunu qəbul etdirmək üçün lazım idi.Məsələ burasındadır ki, Yəhya 
İncilinin  əvvəlində  Məsihdən,  yəni  Həzrət  İsadan  sonra  gəlməli  olan  "gözlənilən 
peyğəmbər"dən  söhbət  açılır.Eyni  İncildə  Həzrət  İsa  özündən  sonra  gələcək  bir 
peyğəmbərdən  söz  açır  və  yunandilli  incillərdə  həmin  peyğəmbər  Parakletos  adı 
ilə təqdim olunur."Parakletos" kəlməsi isə yunan dilində "həmd olunan" deməkdir 
və  bu  kəlməni  ərəb  dilinə  tərcümə  etdikdə  "Əhməd"  alınır.Bu  ad  isə  Həzrət 
Məhəmmədin adlarındandır. Yəni sözügedən İncildə Həzrət İsanın dili  ilə Həzrət 
Məhəmməd müjdələnir.
       Mani  isə  iddia  edirdi  ki,  Yəhya  İncilində  müjdələnən  gözlənilən  peyğəmbər 
Parakletos o özüdür və buna çoxlarını inandıra bilmişdi.Bu üzdən də onun təlimi 
xristian  Avropada  və  digər  xristian  ölkələrdə,  o  cümlədən  Albaniyada,eləcə  də 
Şərqdə xristian soğdlar və xristian uyğurlar içərisində  daha  çox tərəfdar toplaya 
bilmişdi.Suriya və Misirdə də onun çox sayda tərəfdarı vardı.Ən çox tərəfdarı isə, 
təbii ki, Atropatenada, yəni Azərbaycanda idi."
                                                           
       Ekranda müxtəlif dinlərə aid məbədlər bir-birini əvəz edir.
       Diktor:
       "Mani,  dininin  zərdüşti  və  buddist  mühitlərdə  də  yayıla  billməsi  və  böyük 
müqavimətlə  üzləşməməsi  üçün  Zərdüşt  və  Buddanı  da  "gerçək"  peyğəmbərlər 
sırasına daxil etmişdi.Buna baxmayaraq, maniçilik mahiyyətcə bu dinlərə zidd idi 
və onları aradan apararaq vahid bir dinin bərqərar olmasına çalışırdı.Bu üzdəndə 
bütün  dinlərin  din  adamları  tərəfindən  nifrətlə  qarşılanırdı.  Odur  ki,  Mani 
tərəfdarları bütün tarix boyu hər yerdə təqib və təzyiqlərə məruz qaırdı.Özü də bu 
təzyiq və təqibləin arxasında təkcə din adamları durmurdu.Mani tərəfdarlarına ən 
çox nifrət edənlər isə feodallar, mal-mülk sahibləri idilər. Çünki Mani əmlakın və 
bütün  sərvətlərin  insanlar  arasında  bərabər  bölünməsini  və  hüquq  bərabərliyini 
təbliğ edirdi." 
                                                                   
      Ekranda  Sasanilər  imperatopluğunun  xəritəsi  göünür.Xəritədə  imperiyanın 
paytaxtı  Mədain  şəhəri  də  qeyd  olunub.Qərbdə  Roma  imreratorluğunun,  şimalda 
isə Albaniya dövlətinin və Hun imperatorluğunun sərhəd əraziləri əks olunub və bu 
əraziləin hansı dövlət və imperiyalara aid olduğu da yazılıb.
            Diktor:


206
            "Sasani şahlarının rəqibləi - Roma və Hun imperatorları  maniçilərin fars 
imperiyasını  daxildən  sarsıtmaq  potensialına  sahib  olduqlaını  çox  tez  başa 
düşdülər  və  bu  üzdən  də  Mani  və  tərəfdarları  hər  iki  imperator  tərəfindən 
dəstəklənməyə başladılar, nəticədə isə maniçilər bu ölkələrdə sərbəst dolaşa və öz 
dinlərini rahat şəkildə təbliğ edə bilirdilər.Nəticədə isə manicilik həm Azərbay-
canda və İranda, həm Türküstanda, həm də Anadoluda və Roma imperatorluğunun 
digər bölgələrində sürətlə yayılmaqda idi."
                                                              
          Ekranda Sasanilər imperiyasını  xəritəsini  Roma  imperiyasının xəritəsi əvəz 
edir.
          Diktor:  
          "Zamanla maniçilər Romada o qədər gücləndilər ki, artıq bu imperiya üçün 
də  daxili  təhlükə  mənbəyinə  çevrildilər.Maniçilərin  böyük  əksəriyyətinin  türk 
olması, Roma imperiyasında çox sayda tükün yaşaması və onların özləri kimi türk 
olan  hun  xaqanı  tərəfindən  dəstəklənməsi  gələcəkdə  baş  verə  biləcək  böyük 
fəlakətlərdən  xəbər  verməkdə  idi.  Odur  ki,  imperator  Diokletianın  dövründə 
xristianlar  necə  təqib  edilirdilərsə,  maniçilər  də  o  qədər  çox  təqib  olunmağa 
başladılar.
           Diokletianın  əsasını  qoyduğu  bu  ənənə  sonralar  Romada  hakimiyyəti  ələ 
keçirən xristian imperatorlar tərəfindən də davam etdirildi."
                                                              
          Ekrandakı xəritəni Albaniyanın və tarixi Armeniyanın xəritəsi əvəz edir.
          "Maniçilər  ilk  dövrlərdə  özlərini  Albaniya  və  Ermənistanda  da  rahat  hiss 
edirdilər.Öncələr  türk-maday  sülaləsi  tərəfindən  idarə  edilən,  sonra  Roma,daha 
sonra  isə  türk-Part,  yəni  Parfiya  imperiyalarının  müstəmləkəsinə  çevrilən,Part 
imperiyasının  çöküşündən  sonra  isə  müstəqillik  əldə  edən  Ermənistanda  da 
Albaniyada  olduğu  kimi,  türk-Arsaklar  sülaləsi  hakimiyyətdə  idi.  Maninin  də  bu 
sülalədən  olması,  eləcə  də  Arsakların  farslara  nifrət  etməsi  maniçilərin  bu 
ölkələrdə  sərbəst  fəaliyyətinə  şərait  yaratmışdı.bu  hal  albaniya  və  Ermənistanda 
xristianlığın hakim mövqeyə qalxmasına qədər davam etdi."
                                                               
       Ekranda  əjdahanı  öldürən  Müqəddəs  Georginin  müxtəlif  ikonaları,  eləcə  də 
onun Moskva və Gürcüstanın gerblərindəki təsvirləri bir-birini əvəz edir.
       Diktor:
       "Romalılar  Albaniya  və  Ermənistanı  xristianlaşdırmaq  üçün  bu  ölkələrə 
missioner  dalınca  missioner  göndərsələr  də,  böyük  uğur  əldə  edə  bilmirdilər.Ən 
nəhayət bu iş Arsaklar sülaləsindən olan türk Müqəddəs Georgiyə tapşırıldı və o 
hər  iki  ölkənin,  eləcə  də  gürcülərin,  osetinlərin  və  digər  Qafqaz  xalqlarının 
xristianlığı  qəbul  etməsində böyük  rol  oynadı.Azərbaycanda "Cərcis  Peyğəmbər"  
adı ilə məşhur olan və qəbri bu günə qədər Beyləqanda pir kimi ziyarət edilən bu 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə