Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

37
ayrılaraq  uçub  getməsini,yəni  ölümü  və  o  biri  dünyanı simvolizə  edir.Maraqlıdır 
ki,qədim türk dilində “uçmaq”feli  “ölmək” felinin sinonimi kimi işlənmişdir.”
                                                            
               Ekranda Orxon-Yenisey mətnləri görünür və bir-birini əvəz edir.Diktorun 
səsi eşidilməkdə davam edir:
               “Orxon-Yenisey abidələrində bir sıra hallarda “ölmək” yerinə “uçmaq” 
yazılıb.Məsələn,  Kül  Təkin  abidəsinin  şərq  tərəfində,16-cı  sətirdə  deyilir:  Kanım 
kağan  uçdukta  özüm  səkiz  yaşta  kaldım,yəni  xaqan    atam  öləndə  səkkiz  yaşımda 
idim.                      
               24-cü sətirdə isə deyilir:Ecüm kağan uca bardı,yəni xaqan əmim öldü.
               Bənzər halla eyni abidənin şərq tərəfinin 30-cu sətrində,şimal tərəfinin 1-
ci sətrində,eləcə də Bilgə Xaqan abidəsinin cənub tərəfinin 10-cu,qərb tərəfinin 2-
ci,Moyunçur abidəsinin 12-ci sətirlərində və sairə üzləşirik.
              Qeyd etmək lazımdır ki,qədim türk dilində “uçmaq” kəlməsinin bir məna-
sı  da  cənnət,behişt  olmuşdur.Bu  kəlməyə  Azərbaycan  klassik  ədəbiyyatında,o 
cümlədən Məhəmməd Füzuli və Şah İsmayıl Xətainin şerlərində sıx-sıx rast gəlin-
məkdədir.                     
              Deməli,Mingəcevir küpünün üzərindəki piktoqramdakı ağac və quş təsvir-
ləri  birlikdə  bu  dünyadan  o  biri  dünyaya  köçü  ifadə  edir.Piktoqramdakı 
üçbucaqlar isə kurqanı,yəni goru simvolizə edir.Məlumat üçün bildirək ki,qədim 
şumerlərdə üçbucaq üç mənada – şəhər,dağ və gor mənalarında işlənirdi və “kur” 
kimi oxunurdu.Bu oxunuş türk dillərindəki “gor”sözü ilə üstiüstə düşür.
            Səkkiz  guşəli  ulduza  gəlincə,qədim  şumerlərdə  bu  işarənin  də  iki  mənası 
var  idi:1)göy,2)Tanrı.Həmin  işarə  “dingir”  kimi  oxunurdu  ki,bu  da  qədim    türk 
dilindəki “Tenqri”,yən “Tanrı” kəlməsinə uyğundur.Ulu babalarımız Tanrıya həm 
də “Gök Tenqri”,yəni göyün Tanrısı və yaxud göydəki Tanrı deyirdilər.
            Piktoqramdakı maral isə çox güman ki,mərhumun mənsub olduğu qəbilənin 
totemidir və onun hansı qəbilədən olduğunu göstərir.Bütün bu deyilənlərdən belə 
çıxır ki,piktoqramı belə oxumaq lazımdır:Maral qəbiləsinin bir üzvü bu dünyadan 
ayrılaraq cənnətə,Tanrı dərgahına köçdü.
                                                           
            Ekranda  Azərbaycan,Şərqi  Anadolu  və  Türkmənistan  ərazisindən  tapılan, 
Eneolit  dövrü  abidələrindən  tapılan  müxtəlif  gil  qadın  heykəl  təsvirləri  birbirini 
əvəz  edir  və  ən  sonda  qarın  nayihəsində  ağac  şəkli  cızılmış  bir  heykəlcik  təsviri 
canlanır.            
            Diktor mətni:
            “Eneolit dövrünün sənət əsərləri içərisində gil və daş qadın heykəlciklərinin 
xüsusi yeri olmuşdur.Belə heykəllər tədqiqatçılar tərəfindən anaxaqanlıq dövründə 
qadına verilən yüksək dəyər və onun ilahiləşdirilməsi kimi qiymətləndirilir.İndiyə 
qədər  Azərbaycan,Şərqi  Anadolu  və  Cənubi  Tükmənistan  ərazisində  yüzə  yaxın 
belə  heykəlcik  tapılmışdır.Maraqlıdır  ki,onların  bir  çoxunun  qarın  nayihəsində 
ağac  təsviri  cızılmışdır.Bu  fakt  qədim  türk  mifoloji  təsəvvürləri  ilə  sıx  surətdə 


38
bağlıdır.Məsələ burasındadır ki,qədim türk  miflərində ağac qadınla,doğum ilahəsi 
ilə birbaşa bağlıdır.”
                                                              
            Ekranda  Mirəli  Seyidovun  “Azərbaycan  mifik  təfəkkürün  qaynaqları 
kitabının üz qabığının,daha sonra isə alimin öz şəkli peyda olur.
            Diktor mətni:
            “Azərbaycan  və  türk  dünyasının  mifologiyasının  böyük  bilicisi,dahi 
Azərbaycan alimi mərhum Mirəli Seyidov özünün çox sanballı “Azərbaycan mifik 
təfəkkürünün  qaynaqları”adlı  monoqrafiyasında  mövzu  ilə  bağlı  çox  maraqlı 
fikirlər söyləmişdir.”
          Ekranda peyda olan aktyor sözügedən kitabdan oxuyur:
            “Son  vaxtlara  qədər  Azərbaycanın  bir  çox  yerlərində  ağac  pirləri 
olmuşdur.Həmin  pirlər  əsasən  uşqa-doğum  pirləri  kimi  də  məşhurdur.Buraya 
doğmayan  qadınlar  övlad  arzusu  ilə  gəlib  tapınar,səcdəyə  düşərmişlər.Ağacın 
doğum piri olması ,onun həm dünya ağacının atributu olmasına işarədir, həm də 
bu inamın Umayla mifoloji əlaqəsinin təzahürüdür.Bizcə,ardıca və başqa ağaclara 
belə münasibət  ağac onqonu ilə əlaqədardır, ağaca  sitayişin əlamətidir.  Bir  çox 
axtarışlar göstərir ki,ağaca sitayiş ulu türkdilli xalqlarda ən çox yayılmış görüş ol-
muşdur.Bu  məsələ  ilə  əlaqədar  Ermitajdakı  Altay  qəbilələrinə  aid  edilən  maddi-
mədəniyyət  nümunələri  elmə  xeyli  maraqlı  material  verir.Eradan  əvvəl  4  -3-cü 
əsrlərə  aid  edilən  həmin  sənət  nümunələri  içərisində  bir  əl-üz  dəsmalında  şəkil 
xüsusi əhəmiyyət kəsb edir.”
                                                           
            Ekranda sözügedən əl-üz dəsmalının üzərindəki şəkil canlanır.
            Diktor mətni:
            “Həmin şəkildə ilahənin əlində müqəddəs ağac təsvir olunmuşdur.Dəsmal 
haqqında bəhs edən tanınmış rus tədqiqatçısı Qryaznova qeyd etmişdir ki,burada 
döğum və bərəkət ilahəsi və onun əlində ağac təsvir olunmuşdur.Dəsmaldakı təsvir                                            
Sübut  edir  ki,  qədim  türklər,o  cümlədən  Altay  türkləri  ən  qədim  zamanlardan 
ağaca  müqəddəs  şey  kimi  baxırmışlar.Mirəli  Seyidovun  sözlərinə  görə,hətta  bəzi 
abidələr  göstərir ki,türk xalqları ağacı  doğum  və uşaqların hamisi olan  ilahə  ilə 
birgə  təsəvvür  etmişlər.Bu  mifoloji  baxımdan  təbii  haldır.Dünya  ağacı  bütün 
dünyanın, eləcə  də  yaradıcısı,hamisi  sayılırmış.Belə  inam  hökm  sürürdüsə,
deməli,uşaqları  himayə  edən  ilahə,yəni  Umay  təbii  olaraq  ağacla  qoşa  yad 
edilməli idi.”
                                                             
            Ekranda dahi rus türkoloqu V.Radlovun şəkli görüntülənir.
            Diktor mətni:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə