Azərbaycan xalqinin maddi VƏ MƏNƏVİ MƏDƏNİYYƏTİNİn qəDİm köKLƏRİ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə16/100
tarix23.01.2018
ölçüsü4,8 Kb.
#21976
1   ...   12   13   14   15   16   17   18   19   ...   100

35
olan,eyni  dildə  danışan,eyni  inancları  paylaşan  vahid  bir  etnosun  yaşadığını 
birmə-nalı  şəkildə  sübut  edən  çox  sayda  əvəzsiz  maddi  mədəniyyət  nümunəsi 
tapılmış-dır.”    
                                                             
            Ekrandakı xəritə öncə müxtəlif təbiət mənzərələri,daha sonra isə Qobustan 
və Gəmiqayanın qayaüstü təsvirlərindən seçmələrlə əvəz olunur.Təsvirlər növbə ilə 
ekranda canlanır.Buna paralel olaraq diktor mətni davam edir:
            “Əlverişli  təbii-coğrafi  şəraiti  olan  Azərbaycan  ərazisi  dönyada  insanın 
for-malaşdığı  ilk  məskənlərdəndir.Arası  kəsilmədən  yaşayış  məskəni  olmuş  bu 
torpaq bəşər tarixinin  müxtəlif mərhələlərini özündə  əks etdirən zəngin abidələr 
ölkəsidir.
            Söhbət ən azı 2 milyon illik bir tarixdən getsə də,onun yalnız son 5 min ili 
yazılı mənbələrdə bu və ya digər dərəcədə əks olunmuşdur.Ondan öncəki tariximi-
zin mənzərəsini isə arxeoloji abidələr və kökü minilliklərin dərinlikləinə qədər uza-
nan zəngin folklor nümunələri əks etdirir.”
                                                             
                  Ekranda  İohannes Fridrixin “Yazı tarixi”kitabının üz qbığının təsviri və 
ardınca da müəllifin öz şəkli görünür.
                  Diktor mətni:
                  “Görkəmli  alman  alimi,yazı  tarixinin  gözəl  bilicisi  İohannes  Fridrix 
özünün  məşhur  “Yazı  tarixi”kitabında  deyir  ki,söhbət  piktoqrafiyadan  düşəndə 
tədqiqatçılar bir qayda olaraq,nəzərlərini qayaüstü təsvirlərə tərəf çevirirlər.Əksər 
halda da misal kimi Şimali İspaniya ərazisindəki Pasyeqa mağarasındakı qayaüstü
təsviri misal çəkirlər.”
                                                                
                 Ekranda Pasyeqa mağarasında tapılmış təsvir canlanır.
                 Diktor mətni:
                 “Alimin yazdığına görə,sol tərəfdəki iki ayaq təsviri mütəxəssislər tərə-
findən “getmək”kimi,sağdakı təsvir isə inkar işarəsi kimi qəbul edilir və iki təsvir 
birlikdə “giriş qadağandır” kimi şərh edilir.
                 Bu  “oxunuş”  və  şərhin  nə  qədər  doğru  olduğunu  söyləmək 
çətindir.Lakin bir şeyi tam əminliklə söyləmək olar ki,Gəmiqayadan tapılan “qurd 
ağzı bağlamaq” ovsununu əks etdirən piktoqram qədim  piktoqrafiya sənətinin ən 
gözəl  və  sözün  əsl  mənasında  klassik  nümunəsi  kimi əvəzsizdir.Çünki  bu 
piktoqramda ifadə edilən informasiya səsli-sözlü formada da dövrümüzədək gəlib 
çatmışdır.”
               Diktorun son cümləsi səslənərkən ekrandakı təsviri sözügedən Gəmiqaya
piktoqramı əvəz edir.                                                                                                                                  
                                                             


36
               Ekranda Azərbaycanın müxtəlif dövrlərə aid maddi mədəniyyət nümunə-
ləri,ardınca küp qəbirlər,ən son da isə mingəçevirdən tapılmış küp qəbrin üstündəki
piktoqramlar görüntülənir.
               Diktor mətni:
               “Ölkəmizin  ərazisində  ən  azı  Mezolit,yəni  orta  Daş  dövründən  məlum 
olan  piktoqram,başqa sözlə  təsvirli  yazı  mədəniyyəti  minillər  boyunca  nəsildən-
nəslə ötürülərək eramızın ilk əsrlərinə qədər davam emişdir.Bu baxımdan Mingə-
çevirdən tapılan bir küp qəbirin üzərindəki piktoqramlar deyilənlərə ən gözəl mi-
saldır.”
                                                           
              Ekranda Nəsir Rzayev peyda olur və deyir:
              “Eramızın birinci əsrində də çəhrayı rəngli keramik küplər üzərində oxra 
vasitəsilə təsvirl yazılar yazılmışdır.Belə abidələr Mingəçevirin küp qəbirlərindən 
tapılmışdır.Bir  küpün  çiyinlərində,dairəvi  kompozisiyada  çəkilmiş  üçbucaqlar,iki 
quş.iki maral və bir ağac rəsmlərini biz piktoqram,yəni təsvirli yazı hesab edirik.”
                                                           
               Ekranda sözügedən piktoqramların qrafik təsviri görünür.Alim kadr arxa-
sından sözünə davam edir:
               “Bu yazı küpün xarici səthində iki dəfə təkrar edidiyi üçün ümumi kom-
pozisiyada hər rəsmə iki dəfə rast gəlirik.”
                                                          
               Ekranda Nəsir Rzayev görünür və sözünü tamamlayır:
               “Bu rəsmlər o dövrdə ortaya çıxmış konkret anlayışların simvolik təsvir-
ləridir.”
                                                          
               Ekranda Qavaldaşda ifa edilən ritmlərin fonunda Qobustan və Gəmiqaya 
təsvirləri bir-birini əvəz edir.                                                                     
                                                            
               Ekranda  yenidən  Mingəçevir  küpünün  üzərindəki  piktoqram  təsvir  olu-
nur.
               Diktor mətni:      .
               “Mingəçevirdən tapılan və üzərində hər biri bir məna verən şəkillər olan 
küpdən qəbir kimi istifadə edildiyi üçün,şübhəsiz ki, onun üzərindəki piktoqramın 
məzmunu  da  dəfn  mövzusu  ilə  bağlı  olmalıdır.Çünki  qəbirlərin  üzərindəki  bütün 
yazılar adətən  mərhum barədə informasiya xarakerli məlumatdan ibarət olur.
               Bu  piktoqramdakı  ağac  həyatı,yəni  bu  dünyanı  simvolizə  edir.Tanınmış 
mifiloq alim Mirəli Seyidov göstərmişdir ki,ağac bir çox Şərq xaqlarında,o cümlə-
dən qədim türklərdə həyatı ifadə etmişdir.Buradakı quş təsviri isə ruhun bədəndən 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə