Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə331/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   326   327   328   329   330   331   332   333   334

740 

 

Sədr  -  Bu  barədə  danışmaq  istəyən  varmı?  Təklif  var  ki,  parlamentin nə 



cür olmağı barədə müzakirələr açılsın. 

Ağa Aşurov  - Orada proletar hakimiyyəti var və özlərini kəndli və fəhlə 

hökuməti  adlandırırlar.  Biz  isə  burada  dövləti,  tacir  və  o  şəxslərik  ki,  hərəsi  bir 

yerdən  gəlibdir.  Siz  onlarla  bir  yerdə  işləyə  bilməyəcəksiniz.  Onların  fikirlərinə 

görə bu vaxta qədər olan hökuməti Parlamentə qulluqçu idi. Amma indi elə deyil. 

O  adam  sənə  hökm  edir,  sən  də  qəbul  edirsən.  Məsələ  bu  növ  bitir.  Parlamentin 

qalmasını  heç  onlar  da  istəmirlər.  Qəbul  etsələr  belə,  yeni  bir  nəticə 

verməyəcəkdir. 

Sədr - Söz Məhəmməd Həsən Hacınskiyə verilir. 

M. H. Hacınski ("Müsavat") - Mən bir qədər izahat vermək istəyirəm. Bu 

məsələ  bizim  müzakirəmizdə  olanda  onlar  bizə  belə  cavab  verdilər  ki,  inqilabı 

hökumət  ilə  Parlament  yaşaya  bilməz.  Məsələ  orasındadır  ki,  Parlament  öz 

ixtiyarını həmin inqilab komitəsinə verir. Beləliklə, məsələ aydındır. 

Sədr - Söz Muxtar Mahmudova verilir. 

M. Mahmudov ("Müsavat") - Həzərat! Bu gün Parlamentin çıxardığı qərar 

bilirik ki, Şimaldan hücum edən qüvvənin təsiri altında çıxarılan qərardır və təkcə 

bu  məsələyə  görə  Parlament  2  dəfə  yığılır  və  məsuliyyəti  tamamilə  öz  öhdəsinə 

götürən  firqə ilə  danışıq aparır.  Danışığın  səbəbi  qan  tökülmə  balasının  qabağını 

almaqdır. Şimaldan gələn bu qüvvənin dəf etməyə təəssüf ki, cavan Azərbaycanın 

qüvvəsi olmadığına görə, Parlament öz işini dayandırıb, hüquqlarını məsuliyyəti öz 

üzərinə götürən firqəyə verir. 

Deyirlər  ki,  təzə  firqə  bəlkə  Parlamenti  qovub  dağıtsın,  lakin  Parlament 

bütün  Azərbaycan  millətinin  nümayəndələrindən  olduğu  üçün  onu  kimsə  dağıda 

bilməz.  Nə  vaxta  qədər  ki,  Parlament  öz  dağılması  haqqında  qərar  çıxartmayıb, 

yenə parlamentliyində qalır. 

Bizə burada "Müsavat" firqəsi adından deyirlər ki, onlar hökumətin kommunistlərə 

verilməsinin  tərəfdarı  və  nə  qədər  ki,  müstəqillik  şüarı  mövcuddur,  onlarla 

həmkarlıq  etməyə  razıdırlar,  ancaq  o  vaxta  qədər  ki,  kağızda  yazdıqlarına  əməl 

edəcəklər.  Yenə  təkrar  edirəm  -  Azərbaycanın müstəqilliyini  mühafizə  edəcəklər, 

onlarla  bərabər  işləyib  müttəfiq  olacaqlar.  Məhəm  məd  Hacınskinin  verdiyi 

izahatdan belə məlum olur ki, Parlament bu gün kommunist firqəsi tələbnaməsini 

qəbul  edib  hökuməti  onlara  təslim  etməyi  qərara  almışdır.  Lakin  bu  tələbnamə 

yoxdur.  Təslim  olmağın  bir  çox  texniki  cəhətləri  vardır  ki,  onları  sabaha  qədər 

qurtara  bilməyəcəyik.  Məsələn,  hökumətin  dəniz  avadanlığı,  ordusu,  nefti  və 

sairəsi var. Tutaq ki, hökumət yıxılır, amma ola bilər ki, sabah silah başında olan 

əsgər  təslim  olmasın,  müqavimət  göstərsin.  Gərək  bunların  hamısını  hökumət 

qayda-qanun  çərçivəsində  həll  etsin  və  əhali  də  bilsin  ki,  bu,  Parlamentin  və 

hökumətin  qərarıdır.  Parlament  məsələsinə  gəldikdə  isə,  o  gərək  öz  hüquqlarını 




741 

 

layiqincə  saxlasın  və  təmin  etsin.  Parlamentin  dağılması  barədə  qərar  çıxarmaq 



üçün başqa iclas lazımdır, yoxsa belə hay-küylə iş getməz. Millətin müqəddəratını 

həll  etmək  üçün  buraya  yağışanlar  bu  səviyyəli  olmamalıdırlar.  Bir  də  təkrar 

edirəm, başqa iclas lazımdır. 

Sədr - Söz Aslan bəy Qardaşova verilir. 

A. Qardaşov  - Parlamentin necə olmağını təklif edən mən idim. İndi isə 

təklifimi geri götürüb rica edirəm ki, müzakirəsi olmasın. 

Sədr - Beləliklə, Parlamentin məsələsi bağlanır. Ona görə də iclası qapalı 

elan edirəm. 

Saat 23-25 dəqiqədə bağlanır. "Elm", 11 may 1991-ci il, N19-20, səh 3,6.  

 

HAKİMİYYƏTİN KOMMUNİSTLƏRƏ TƏHVİL  



VERİLMƏSİ HAQQINDA MÜSAVAT PARLAMANININ QƏRARI 

27 aprel 1920-ci il Axşam saat 11.00 

 

Sizin  27  aprel  tarixli  məktubunuzu  müzakirə  və  onun  məzmununu 



həyəcanlı  anla  müqayisə  edib.  Sizin  təklifinizi  nəzərə  alaraq  bizim  tərəfimizdən 

seçilmiş komissiya: 

1.  Sovet  hökuməti  tərəfindən  idarə  olunan  Azərbaycanın  tam  istiqlaliyyəti 

mühafizə edilir; 

2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır; 

3.  Azərbaycanın  son  idarə  formasını  hər  hansı  bir  xarici  təzyiqdən  asılı  olmayan 

fəhlə, kəndli  və əsgər deputatları  sovetləri  şəxsində  Azərbaycanın ali  qanunverici 

orqanı müəyyənləşdirir; 

4. Hökumət idarəsinin bütün xidmətçiləri öz  yerlərində qalır, ancaq məsul vəzifə 

tutanlar dəyişdirilir; 

5.  Yeni  yaradılan  müvəqqəti  kommunist  hökuməti  Parlamentin  və  hökumət 

üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir; 

6. Qızıl Ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir 

görüləcək; 

7.Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq Azərbaycanın istiqlalını 

sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı qəti tədbirlər görəcək və öz 

sərəncamında olan bütün vasitələrlə mübarizə aparacaqdır. 

Azərbaycan  Parlamentinin  özünün  fövqəladə  iclasında  bu  şərtləri  səs 

çoxluğu ilə qəbul etdiyini sizin nəzərinizə çatdırıram. 

Parlamentin  Sədri  Dəftərxana  direktoru:  Məmməd  Yusif  Səfərov 

Vəkilov.      "Kommunist", 1920. 6 may 



742 

 

MƏTNLƏRDƏ RAST GƏLƏN ƏRƏB-FARS  



TƏRKİBLİ SÖZLƏRİN LÜĞƏTİ 

 

 



Aqibət - son,   nəticə,   nəhayət, axır, son nəticə olaraq 

Ayin - rəsm, adət, qanun, dəb, üsul, mərasim, bəzək, ziynət 

Aləmşümul - dünyaya şamil olan cahanşümul 

Amal - arzular, diləklər 

Arez - təsadüfi üz verən, rast gələn şikayətçi 

Asar - əsərlər 

Ası - üsyan edən, itaət etməyən, üzə qabaran 

Ati - gələcək, gələcək zaman 

 

Bab - fəsil, hissə 

Bavər - inam, etibar, etimad 

Baqi - əbədi, həmişəlik, qalan, daimi 

Bala - yuxarı, üst, boy, uca, yüksək, hündür 

Baleq - yetişmiş, yetkin 

Bardar - xeyir verən, bar verən, mənfəət verən 

Bahir     -   üstün,   parlaq,   gözəl, açıq, aşkar 

Bahəm - birlikdə, bir yerdə, bərabər 

Bey - alver, ticarət, mal mübadiləsi 

Beyn - ara, orta, aralıq, məsafə 

Behi - yaxşılıq, mərhəmət 

Bəqa - daimilik, həmişəlik, qalan, daimi 

Bədəl - əvəz, dəyər, qiymət, dəyişmə, təbdil olma 

Bədihi - aydın, isbata ehtiyacı olmayan; aksioma 

Bədə - sonra 

Bəyan - söyləmə, demə, bildirmə, təsvir etmə 

Bəid - uzaq, iraq, yad, qəribə 

Bəraye - üçün, ötəri, izafət birləşməsi, birinci tərəfdə gələrək göstərilən məna verir 

Bərat - bank, poçta və başqa vasitələrlə göndərilən pul 

Bərvəch - kimi, üzrə, uyğun, uyğun olaraq 

Bərhəm - qarışıq, pərişan, alt-üst edilmiş, cəhətin pozulması 

Bəhrəmənd  -  faydalanmaq, pay alan 

Bizzat - özü, şəxsən özü 

Bila - (şəkilçi) inkar, yoxdur (siz, suz, süz-mənalarında bildirir) 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə