Azərbaycan



Yüklə 483,77 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix14.02.2018
ölçüsü483,77 Kb.
#26918
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

AZS 754-2013 

29 


 

5.7.1 Bu sahə konkret kitabın ayrı-ayrı buraxılışlarla seriyalar üzrə nəşrinə dair 

məlumatları özündə əks etdirir.  

5.7.2  Seriya  sahəsi  çoxhissəli  sənəd  və  ayrıca  buraxılış  haqqında  məlumatları 

cəmləşdirir. Seriya sahəsinə aid olan məlumatlar ancaq kitabda verilən məlumatlara 

əsaslanır, digər mənbələrə müraciət olunmur. 

Seriya  sahəsində  təsvirin  obyekti  hesab  edilən  və  seriya  sahəsinə  daxil  olan 

sərlövhə  və  məsuliyyətlik  haqqında  məlumatlar  sahəsinin  ünsürləri  əks  etdirilir. 

Burada  həmçinin  seriyalı  nəşrin  Beynəlxalq  Standart  Nömrəsi  (İSSN)  və  konkret 

seriyanın obyektinin nömrəsi göstərilir. 

5.7.3  Seriyanın  əsas  sərlövhəsi  obyektin  əsas  sərlövhəsinin  əks  etdirilməsi 

qaydalarına əsaslanır.  

. - 

(Azərbaycanın görkəmli şəxsiyyətləri) 



.- 

(Azərbaycan xalq ədəbiyyatı) 

. - 

(Dünya uşaq ədəbiyyatı) 



5.7.4 Seriya sahəsində bəzi sözlərin ixtisarına yol verilir. Əgər kitab iki və daha 

artıq seriyanın buraxılışıdırsa onda seriya sahəsi təkrar edilə bilər. Hər iki seriyanın 

ar

asında heç bir işarə tətbiq edilmir, ancaq boş yer saxlanılır. 



.- 

(Müasir Azərbaycan ədəbiyyatı)  (Məktəblinin kitabxanası) 

5.7.5 Seriyanın əsas sərlövhəsi kimi seriyalı nəşrlərin, ardı davam ədən nəşrlərin 

və  seriyalar  üzrə  nəşr  olunan  kitabların  sərlövhəsi verilir. Biblioqrafik 

              

təsvirdə  seriyanın  sərlövhəsi  kitabda  olduğu  kimi  yazılır  (tam  şəkildə  və  yaxud 

ixtisarla). 

Əgər seriyanın sərlövhəsinə “kitabxana”, “seriya” və s. bu kimi sözlər, nömrə və 

s.  daxildirsə,  onda  bu  sözlər  seriyanın  sərlövhəsinin  əsas  tərkib  hissəsi  kimi  qəbul 

edilirlər.  

.- (

Ədəbiyyatşünaslıq və dilçilik ser.) 



5.7.6  Seriyanın  paralel  sərlövhəsinin  biblioqrafik  təsvirdə  əks  etdirilməsi  

ümumi  qaydalara  əsaslanır.  Seriyanın  paralel  sərlövhəsi  bərabərlik  işarəsindən    

sonr

a yazılır. 




AZS 754-2013 

30 


 

.- 


(Fortepiano üçün əsərlər. Seriya 1 = Compositions pour piano. Seriya 1) 

5.7.7  Seriyanın  sərlövhəsinə  dair  məlumatda  seriyanın  sərlövhəsini  izah  edən 

məlumatlar verilir. Bu məlumatlara nəşrin formasını xarakterizə edən, nəşrin oxucu 

istiqamətini  bildirən,  həmçinin  də  seriyanın  təkrar  nəşri  ilə  bağlı  olan  məlumatlar 

verilir. 

5.7.8  Seriyaya  dair  məsuliyyətlik  haqqında  məlumatlarda  seriyalı  əsərlərin 

nəşrinə məsul olan şəxslərin, idarə və təşkilatların adı göstərilir. Burada müəlliflərin, 

tərtib edənlərin, redaktorların soyadı verilir. Seriyanın buraxılış nömrəsi ərəb rəqəmi 

ilə göstərilir.  

(

Ученые записки Тартутского Гос. Ун.-та; Вып. 647.) 



(U

şaq ədəb. kitabx.: 25 c-də; C.23) 

5.7.9  Əgər  təsvirin  obyektinə  seriya  ilə  birlikdə  seriyaaltı  məlumatlar da daxil 

edilərsə,  onda  əsas  sərlövhə  seriyanın  sərlövhəsindən  (ümumi  sərlövhə)  və 

seriyaaltının  sərlövhəsindən  (asılı  sərlövhə)  ibarət  olur.  Bunlar  biri-birindən  nöqtə 

işarəsi (.) ilə ayrılırlar. 

5.7.10 İSSN (İnternational Serial Standart Number) - seriyalı nəşrin Beynəlxalq 

standart  nömrəsi  yalnız  informasiya  mənbəyində  göstərildiyi  zaman  biblioqrafik 

təsvirdə yazılır. Nömrə sənəddə verildiyi qaydada biblioqrafik təsvirdə əks etdirilir və 

ondan əvvəl vergül işarəsi tətbiq edilir. 

, İSSN 0201 -7636  

, İSSN 0204 - 3335 

5.7.11  Əgər  seriya  sahəsində  çoxcildli  nəşr  haqqında  məlumat  verilərsə  onda 

İSSN-nin əvəzinə, çoxcildli nəşrlərə aid edilən İSBN göstərilir.  

, ISBN 5-8405-0046-1 (bur. 1) 

   


5.8 Qeyd sahəsi 

5.8.1 Qeyd sahəsində kitab haqqında təsvirin digər sahələrində verilməyən əlavə 

məlumatlar əhatə olunur. Bu sahədə bütün ünsürlər fakultativdir. Biblioqrafik təsvir 

üçün  əsas  mənbə  kitab  və  digər  məlumat  mənbələri  hesab  edilir.  Bu  məlumatlar 

kvadrat mötərizə içərisində göstərilmir. 

.- 


Müəllif cilddə göstərilmişdir 


AZS 754-2013 

31 


 

.- 


Mətn Azərb. və rus dilində 

5.8.2 Biblioqrafik təsvirdə qeyd sahəsi təkrar edilə bilər, hər bir qeyddən sonra 

nöqtə  və  tire  (.-)  işarəsi  tətbiq  edilir  və  yaxud  hər  bir  qeyd  yeni  sətirdən  yazılır.   

Qeyd  sahəsinə  daxil  edilmiş  izahedici  sözlər  qeyddən  qoşa  nöqtə  (:)  işarəsi              

ilə ayrılır. 

.- Biblioqr.: s. 55-57.- 300 nüs. 

5.8.3 Qeydlər biblioqrafik təsvirdə müəyyən ardıcıllıqla verilir. Əvvəlcə təsvirin 

sahə  və  ünsürlərinə  aid  olan  qeydlər,  sonra  isə  bütünlükdə  nəşrə  aid  olan           

qeydlər  verilir.  Sahə  daxilində  qeydlər  ixtisarla  göstərilir.  Qeydlər  aşağıdakı     

şəkildə verilir: 

Əsas sərlövhə haqqında qeydlər 

Orijinal sərlövhə (və müəlliflər) haqqında qeydlər 

Paralel sərlövhə haqqında qeydlər 

Buraxılış məlumatlarına dair qeydlər 

F

iziki xarakteristikaya dair qeydlər 



Kitabın mətn dili, rezyume və s. haqqında qeydlər  

Kitabda biblioqrafik göstərici və siyahıların mövcudluğu haqqında qeydlər 

Kitabın məzmunu haqqında qeydlər və s. 

.-

Müəllif titul vər. arx. göst. 



.-

Paralel sərl. gürcü, ing., fran. dilindədir.- Biblioqr.: s. 116-130.- 150 nüs. 

5.9 Standart nömrə (və ya onun alternativi) və əldə olunma şərtləri sahəsi 

5.9.1 Təsvirin sonuncu sahəsi hesab edilir. Sahə kitab mübadiləsi, kitab ticarəti 

və  nəşriyyat  statistikası,  həmçinin  də  digər  məqsədlər  üçün  zəruri  məlumatları        

əks etdirir. 

Təsvirin  bu  sahəsi  üçün  əsas  mənbə  bütünlükdə  kitab  özü  hesab  edilir.  Əgər 

kitabda sahə üçün lazım olan bütün məlumatlar olmazsa, digər mənbələrdən məlumat 

əldə edilmir. Sahə məcburi və fakultativ ünsürlərdən ibarətdir. 

5.9.2 Standart nömrə sahəsində təsvirin obyektinə aid edilən beynəlxalq standart 

nömrələr  göstərilir.  Kitabın  Beynəlxalq  Standart  Nömrəsi  (İSBN  -  İnternational 

Standart  Book  Number)  beynəlxalq  və  milli  agentlik  tərəfindən  təyin                




Yüklə 483,77 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə