Azərbaycan



Yüklə 483,77 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix14.02.2018
ölçüsü483,77 Kb.
#26918
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

AZS 754-2013 

22 


 

5.2.7 


Ümumi  sərlövhəyə  malik  olmayan  məcmuələrin  təsvirində  məsuliyyətlik 

haqqında məlumatların yerləşdirilməsi qaydaları 

5.2.7.1  Ümumi  sərlövhəsi  olmayan,  lakin  ayrı-ayrı  müstəqil  sərlövhəyə  malik 

olan əsərlərin məcmuələrinin təsviri qaydalarını aşağıdakı qruplara ayırmaq olar: 

-

bir daşıyıcıda yerləşdirilən əsərlərin məcmuələri 



-

müxtəlif  və  eyni  məzmunlu  sənədlərin  müxtəlif  daşıyıcılarda  yerləşdirilən 

əsərlərinin məcmuələri. 

5.2.7.2 


Ümumi  sərlövhəyə  malik  olmayan  məcmuələrin  təsvirində  sərlövhə 

sahəsində  ayrı-ayrı  əsərlərin  sərlövhəsi  və  onların  hər  birinə  aid  olan  məlumatlar 

verilir, m

əlumatların  hər  bir  qrupu  biri-birindən  nöqtəli  vergül  işarəsi  (;)  ilə  ayrılır 

(əgər  əsərin  bir  müəllifi  varsa).  Əsərlər  müxtəlif'  müəlliflərə  məxsus  olduqda 

məlumatların hər bir qrupu biri-birindən nöqtə işarəsi ilə ayrılır. 

Концерт  №1  [Звукозапись]:  для  тара  с  оркестром  парадных  инструментов 

/

исполн.  Орк.  Пар.  Инструментов  ТВ  и  Радио  Азербайджана,  дир.  Н.Азимов; 



Концерт №2: для тара с симф. орк. /исп. Симф. Орк. ТВ и Радио Азербайджана, 

дир. Р.Мелик-Асланов.  

5.3 Nəşr sahəsi 

5.3.1  Bu  sahədə  konkret  nəşri  digər  nəşrlərdən  (əvvəlki  nəşrdən)  fərqləndirən 

xüsusiyyətlər haqqında məlumatlar əks etdirilir.  

5.3.2 Nəşr haqqında məlumatlar müəyyən qayda üzrə ardıcıllıqla göstərilir. Bu 

məlumatlar  “nəşr”,  “versiya”,  “variant”,  “buraxılış”,  “redaksiya”  və  ya  onların 

ekvivalenti olan sözlərlə göstərilir: 

.- Yeni versiya  

.- 


Əlavə ed. variant  

.- 


Təkrar nəşr  

.- 


Təkmil. nəşr 

5.3.2.1 Nəşrin sıra nömrəsi kitabda hansı qaydada yazılmasından asılı olmayaraq 

biblioqrafik təsvirdə ərəb rəqəmi ilə göstərilir. Məsələn: 

.- 2-


ci nəşri 

.- 4-


cü tamam. nəşr 


AZS 754-2013 

23 


 

5.3.3 Məsuliyyətlik haqqında məlumatda konkret kitabın təkrar nəşrində iştirak 

edən müəlliflərin, həmçinin də idarə və təşkilatların adı qeyd olunur. 

Məsuliyyətlik haqqında məlumatlardan əvvəl maili xətt / işarəsi yazılır. 

4-

cü təkmil. nəşr /K.M.Tahirovun red. ilə 



5.4 Xüsusi məlumatlar sahəsi 

 

5.4.1 Bu sahə xüsusi daşıyıcılarda çap edilən obyektlərin təsvirində tətbiq edilir. 



Bunlara kart

oqrafik,  not  sənədləri,  seriyalı  və  digər  ardı  davam  edən  resurslar 

normativ-

texniki sənədlərin ayrı-ayrı növləri, mikroformalar aiddir. 

5.4.1.1  Kartoqrafik  sənədlərin  təsvirində  xüsusi  məlumatlar  sahəsini  riyazi 

əsaslar təşkil edir. Bu sahədə miqyas, kartoqrafik proyeksiya, xəritənin koordinatları 

və s. göstərilir. 

Qərb  yarımkürəsi  [Xəritə]  /Azərbaycan  Respublikası  Dövlət  Torpaq  və 

Xəritəçəkmə Komitəsi.- Bakı, 2004.- 1 xəritə, rəngli; 92x100 sm. 

Azərbaycan  Naxçıvan  Muxtar  Respublikası  [Xəritə]  /Azərbaycan  Respublikası 

Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsi;  elmi red. Q.Ş.  Məmmədov;  red. 

H.Ə.Musayeva.-Bаkı:  Bakı  kartoqrafiya  fabriki,  2003.-  1  xəritə,  rəngli;  82x96        

sm. 

5.4.1.2 Not nəşrlərin təsvirində xüsusi məlumatlar sahəsində not mətninin hansı 



formada icra edilməsi haqqında məlumat verilir. Partitura, xor səsləri ifası formasında 

və s. 


Nəva” simfonik muğamı [Notlar] /Tofiq Bakıxanov.- Partitura   

5.4.1.3  Seriyalı  va  digər  ardı  davam  edən  resursların  təsvirində  xüsusi 

məlumatlarda nəşrin nömrələri haqqında məlumat verilir. 

5.4.1.4 Standarllaşdırma üzrə normativ-texniki sənədlərin təsvirində (standart və 

te

xniki şərtlər) xüsusi məlumatlar sahəsində biblioqrafik təsvir tərtib edilən sənədin 



hansı sənədin əvəzinə tətbiq edilməsi haqqında, həmçinin də sənədin qüvvədə olma 

müddəti haqqında məlumat verilir. 




AZS 754-2013 

24 


 

 

Trikotaj məmulatları. Fərdi sifarişlə əl toxunma maşınlarında, aparatlarda və əllə 



hazırlanması [Mətn]: texniki şərt.- Qüvvədəolma müddəti. 01.01.- 88-dən 01.01. 93 

qədər. 


5.4.1.5    Pate

nt  sənədlərinin  təsvirində  xüsusi  məlumatlar  sahəsində  sifarişin 

dövlət  qeydiyyat  nömrəsi  və  tarixi,  sənədin  nəşri  və  birincilik  haqqında  məlumat, 

milli təsnifat indeksi verilir. 

Asfaltqatran  və  parafin  çəkməsinin  təmizlənmə  üsulu  [Mətn]  /L.S.  Məlik-

Aslanov [və başq.]; Azərb. Dövl. Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İns.tu.-Ks 

17582 A 1; Sifariş ed. 24.05.84; Dərc ed. 12.07.86, Bül. №2. 

5.4.1.6  Elektron  resurslarının  təsvirində  xüsusi  məlumatlar  sahəsində  resursun 

növü və həcmi göstərilir. 

Heydər Əliyev. Vətənin keşiyində [Elektron resurs] /Az. Res.-sı Mədəniyyət və 

Turizm 

Nazirliyi;  Salnamə  sənədli  filmlər  studiyası;  ssenari  müəllifi:  E.Quliyev, 



A.Dadaşov;  rejissor E.Quliyev; prodüser  T.Məmmədov  və  b.-  [Bakı],  [2007].-  1 

DVD; 35 dəq., 4:3 (720x576); 20 x 14 sm. 

5.4.2 

Sənaye  kataloqlarının,  elmi-tədqiqat  işi  haqqında  dərc  ediməyən 



hesabatların  və  dissertasiyaların  təsviri  zamanı  xüsusi  məlumatlar  sahəsi  tətbiq 

edilmir. 

5.5 Buraxılış məlumatları sahəsi 

5.5.1  Bu  sahədə  təsvirin  obyektini  təşkil  edən  sənədin  nəşr  yeri,  nəşr  tarixi, 

sənədin hazırlanma yeri, həmçinin də nəşriyyatçı, nəşri yayan və hazırlayan haqqında 

məlumat verilir. 

5.5.2 Nəşr yerində sənədin nəşr edildiyi yerin adı yazılır. Nəşr yeri, yəni sənədin 

nəşr edildiyi şəhərlər bir qayda olaraq təsvirdə adlıq halında verilir.  

Bakı – Bakı 

(Şəhərlərin adları ixtisar edilmədən yazılır (Sankt-Peterburq istisnadır) 

Moskva - Moskva 

 

 




Yüklə 483,77 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə