Azərbaycan



Yüklə 483,77 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix14.02.2018
ölçüsü483,77 Kb.
#26918
1   2   3   4   5   6   7   8   9   10   ...   18

AZS 754-2013 

18 


 

Kitabxanalar  biliklər  cəmiyyətində  [Mətn]  =  Библиотеки  в  обществе 

знаний 

5.2.4.2  Nəşrdə  bir  və  yaxud  bir  neçə  paralel  sərlövhə  verilə  bilər.  Bir  qayda 



olaraq təsvirdə bütün paralel sərlövhələr göstərilir. Lazım gəldikdə paralel sərlövhələr 

ixtisar 


olunaraq  təsvirdə  yalnız  birinci  paralel  sərlövhə  verilir,  digər  paralel 

sərlövhələr təsvirin qeyd sahəsində göstərilir.  

Русско-Азербайджанско-Английский 

химический 

словарь=Rusca-

Azərbaycanca-İngiliscə  kimya  lüğəti=  Russian-Azerbaijani-English chemical 

dictionary 

5.2.5 Sərlövhəyə dair məlumatlar 

5.2.5.1 Sərlövhəyə dair  məlumatlar əsas  sərlövhəni, həmçinin digər sərlövhəni 

aydınlaşdıran və izah edən məlumatları, əsərin təyinatını (oxucu istiqamətini), növü, 

janrı, sənədin digər dildən tərcüməsi haqqında məlumatları əks etdirir. 

5.2.5.2  Sərlövhəyə  dair  məlumatdan  əvvəl  qoşa  nöqtə  (:)  işarəsi  tətbiq  edilir. 

Məsələn: 

Yol [Mətn]: (tarixi-publisistik qeydlər)  

Mir Cəlal Paşayev [Mətn]: biblioqrafiya  

5.2.5.3  Sərlövhəyə  dair  məlumatlar  təsvirdə  paralel  sərlövhədən sonra verilir. 

Əgər  nəşrdə  sərlövhəyə  dair  bir  neçə  məlumat  olarsa,  təsvirdə  hamısı  göstərilir  və 

onlar arasında qoşa nöqtə (:) işarəsi yazılır. 

Введение  в  языкознание  [Текст]:  учебник  для  студентов  филологических 

специальностей высших учебных заведений: учебник для вузов 

5.2.5.4 Dərslik və dərs vəsaitlərinin biblioqrafik təsvirində nəşrin yalnız oxucu 

istiqamətini  bildirən  məlumatlar  verilir,  digər  məlumatlar  isə  (əsərin  nəşrə  təsdiqi 

haqqında, əlyazmasının bəyənilməsi haqqında və s.) verilmir. 

Vəliyev, T. İqtisadiyyat [Mətn]: dərs vəsaiti 




AZS 754-2013 

19 


 

 

5.2.5.5  Əsas  sərlövhənin  aydınlaşdırılması  və  izahı  üçün  məlumatlar  sənədin 



təhlili nəticəsində də əldə edilə bilər. Belə olduqda həmin məlumatlar orta (kvadrat) 

mötərizə içərisində göstərilir. 

Cəfər Cabbarlı [Mətn]: [Cəfər Cabbarlının anadan olmasının 100 illik yubileyi 

münasibətilə] 

5.2.5.6  Bəzi  nəşrlərin  təsvirində  dövlət  qeydiyyat  nömrəsinin  göstərilməsi 

məcburidir (əgər bu məlumatlar təsvirin başlığında öz əksini tapmamışdırsa). 

Оригиналы газетных полос для передачи по каналам связи [Teкст]: ГOCT 

25805-2000 

Sürtkü kompozis

iyası [Mətn]: Pat. 950017 Az: BİT 4 S 10 M 135/10 

5.2.6 Məsuliyyətlik haqqında məlumatlar 

5.2.6.1 


Məsuliyyətlik  haqqında  məlumatlarda  biblioqrafik  təsvirin  obyektini 

təşkil edən intellektual, bədii və digər xarakterli əsərlərin yaradılmasında iştirak edən 

şəxslər və təşkilatlar haqqında məlumat əks etdirilir. 

5.2.6.2 Məsul şəxslər haqqında məlumatlar informasiya mənbəyində göstərilən 

qayda üzrə əks etdirilir. 

Tarix Azərbaycandan başlanır [Mətn]: Milli mədəniyyətimiz, mənsubiyyətimiz, 

dilimiz və ayinlərimiz /T.Ə.Nizammülk; elmi red. R.Ə.Əsədov; red. S.Baxışlı; rəyçi 

A.Şükürov 

Arif Babayev  –  7

0  [Elektron  resurs]  /Heydər  Əliyev  Fondu;  [mətnləri  haz. 

M.Çəmənli; tərc. B.Hacıyev; tərt. ed. B.Axundov; rəssam. A.Ələkbərov] 

5.2.6.3 Məsul şəxslər haqqında məlumatlar təsvirdə aşağıdakı ardıcıllıqla qeyd 

olunur: 

müəlliflər haqqında məlumatlar 



digər şəxslər haqqında məlumatlar (tərtibatçılar, redaktorlar, tərcüməçilər və s.) 

-

nəşrin  çapa  hazırlanmasında  iştirak  edən  idarə  və  təşkilatlar  haqqında 



məlumatlar. 


AZS 754-2013 

20 


 

 

Məsul  şəxslər  haqqında  məlumat  sahəsində  aşağıdakı  bölgü  işarələrindən 



istifadə edilir: 

;    nö

qtəli  vergül  -  məsul  şəxslər  haqqında  müxtəlif  məlumatları  biri-birindən 

ayırmaq üçün (məsələn: məsul şəxslər haqqında məlumatlar, redaktorlar, kollektivlər 

haqqında məlumatlar və s.) 



 vergül - 

məsul şəxslər haqqında eyni məlumatları biri-birindən ayırmaq üçün 

(

məsələn:  bir  neçə  müəllifin  familiyası  olarsa,  bir  neçə  redaktorun,  kollektivin  adı 



olarsa). 

 

nöqtə - kollektivin adını digər bölgülərdən ayırmaq məqsədilə verilir. 

Üzeyir  Hacıbəyli  ensiklopediyası  [Mətn]  /E.Abbasova  [və  b.];  red.  hey.: 

E.Abbasova  [və  b.];  red.:  S.Ağababayeva,  T.Dadaşova;  burax.  məs.  Ə.Güləliyev; 

Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyətinin Dostları Fondu 

5.2.6.4.  Məsul  şəxslər  haqqında  məlumatlar  informasiyanı  özündə  əks  etdirən 

sözlərdən, cümlələrdən də ibarət ola bilər. 

/Müəllif tərəfindən redaktə edilmişdir 

/İllüstrasiyalar rəssamlar qrupu tərəfindən verilmişdir 

5.2.6.5 


İlkin  məsul  şəxslər  haqqında  məlumatlardan  əvvəl  maili  xətt  yazılır, 

sonrakı məlumatlar qrupu biri-birindən nöqtəli vergül (;) işarəsi ilə ayrılır. 

Kelberq, B.T. 

Sənaye avadanlığının təmiri [Mətn]: texniki peşə məktəbləri üçün 

dərs vəsaiti /B.T. Kelberq, Q. D. Pekelis; tərc. ed. K. Mehrəliyev; red. E. Kərimova 

 

5.2.6.6 Məsul şəxslər haqqında məlumatlar aşağıdakı qayda üzrə verilir: müəllif, 



digər  şəxslər,  idarə  və  təşkilatlar.  Əgər  nəşrdə  müəllif  göstərilməyibsə  bu  zaman 

əvvəlcə idarə və təşkilat, sonra isə digər şəxslər haqqında məlumat verilir. 

Muğamların tədrisinə dair metodik tövsiyələr [Mətn] /AzSSR Ali və Orta İxtisas 

Təhsili  Nazirliyi,  Orta  İxtisas  Təhsili  üzrə  Tədris-Metodika  Kabineti;  tərt.  ed. 

V.C.Xəlilov; red. S.E.Ələsgərov 

5.2.6.7  Məsul  şəxslər  haqqında  məlumatda  bütün  müəlliflərin  soyadı  və 

ini

sialları (əgər onlar üçdən artıq deyilsə) göstərilir. 




Yüklə 483,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə