Azərbaycan



Yüklə 483,77 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix14.02.2018
ölçüsü483,77 Kb.
#26918
1   ...   10   11   12   13   14   15   16   17   18

AZS 754-2013 

38 


 

Çoxsəviyyəli  təsvir  kitabxanada  olan  sonuncu  nəşrə  əsasən  tərtib  edilə  bilər. 

Burada verilmiş məlumatlar digər nəşrlərə əsasən təkmilləşdirilir. 

6.3.2.1  Seriyalı  nəşrlərə  adətən  sərlövhə  üzrə  təsvir  tərtib  edilir.  Seriyalı 

nəşrlərin  çoxsəviyyəli  biblioqrafik  təsvirinin  sahə  və  ünsürləri  aşağıdakılardan 

ibarətdir: 



Birinci səviyyə 

Əsas  sərlövhə  [Materialın  ümumi  əlaməti]  =  Paralel  sərlövhə:  sərlövhəyə  aid 

məlumat  /Məsuliyyətlik  haqqında  ilk  məlumat;  sonrakı  məlumat.-  Nəşr  haqqında 

məlumat=Nəşr  haqqında  paralel  məlumat  /Nəşrə  aid  məsul  şəxslər  haqqında  ilk 

məlumat;  sonrakı  məlumat,  nəşr  haqqında  əlavə  məlumat.-  Xüsusi  məlumatlar 

sahəsi.-  Buraxılışı  haqqında  ilkin  nəşr  yeri;  sonrakı  nəşr  yeri:  Nəşriyyatın  adı     

[Naşir  və  nəşri  yayanın  funksiyaları  haqqında  məlumatlar],  Nəşr,  nəşrin  yayılması   

və  s.  tarixi  (Nəşr  yeri:  nəşri  hazırlayanın  adı,  hazırlanma  tarixi).-  materialın      

spesifik  işarəsi  və  həcmi:  fiziki  xarakteristika  haqqında  digər  məlumatlar; 

ölçülər+Qoşma  material  haqqında  məlumatlar.-  (Seriyanın  və  seriyaaltının  əsas 

sərlövhəsi=Seriyanın  və  seriyaaltının  paralel  sərlövhəsi:  Seriyanın  və  seriyaaltının 

sərlövhəsinə  aid  məlumatlar  /Seriyanın  və  seriyaaltının  məsul  şəxsləri  haqqında    

ilkin məlumatlar; sonrakı məlumatlar, seriya və ya seriyaaltına aid olan seriyalı nəşrin 

Beynəlxalq  Standart  Nömrəsi  (İSSN);  Seriyanın  və  ya  seriyaaltının  buraxılış 

nömrəsi.-  Qeyd  sahəsi.-  Seriyalı  nəşrin  Beynəlxalq  Standart  Nömrəsi  (İSSN)=Açar 

sərlövhə:  Əldə  olunma  şərti  və  (və  ya)  qiymət  (Sahənin  ünsürlərinə  dair  əlavə 

məlumatlar). 

İkinci səviyyə 

Buraxılışın  nömrəsi:  Əsas  sərlövhə  [Materialın  ümumi  əlaməti]=Paralel 

sərlövhə:  Sərlövhəyə  dair  məlumatlar  /Məsul  şəxslər  haqqında  məlumatlar.-  Nəşri 

haqqında  məlumatlar  /Konkret  nəşrə  dair  məsul  şəxslər  haqqında  məlumatlar.- 

Xüsusi  məlumatlar.-  Nəşr  yeri,  nəşr  ili,  nəşr  tarixi.-  Materialın  spesifik  işarəsi  və 

həcmi;  Ölçülər  +  Qoşma  material  haqqında  məlumatlar.-  (Seriyanın  və      

seriyaaltının  əsas  sərlövhəsi=  Seriyanın  və  seriyaaltının  paralel  sərlövhəsi     

/Seriyanın  və  seriyaaltının  məsul  şəxsləri  haqqında  məlumatlar,  Konkret  seriya  və 




AZS 754-2013 

39 


 

seriyaaltına aid edilən seriyalı nəşrin Beynəlxalq Standart Nömrəsi (İSSN); Seriyanın 

buraxılış nömrəsi).- Qeyd. 

6.3.3. Seriyalı sənədlərin əsas sərlövhəsi kimi aşağıdakılar hesab edilə bilər: 

a)bütün  altseriyalar  üçün  əsas  hesab  edilən  və  seriyanın  əsas  sərlövhəsi  ilə 

əlaqədar  olan  “seriya”,  “bölmə”  və  s.  sözlərlə  yazılan  əsas  sərlövhə.  Əsas  sərlövhə 

asılı  sərlövhədən  nöqtə  ilə,  altseriyanın  nömrəsi  isə  vergüllə  (,)  ayrılır.  Seriya 

sözündən sonra qoşa nöqtə (:) işarəsi yazılır. (Əgər bu sərlövhə qrammatik cəhətdən 

sərlövhə ilə bağlı deyilsə). 

b)ü


mumi  sərlövhədən  asılı  olmayan  altseriyanın  müstəqil  sərlövhəsi.  Ümumi 

sərlövhə seriya sahəsində göstərilir. 

6.3.3.1  Əgər  əsas  sərlövhənin  tərkibinə  tarix  və  nömrə  daxil  edilərsə,  onda 

həmin tarix və nömrələr üç nöqtə ilə əvəz edilir. 

Tarix  və  nömrələr  ikinci  və  sonrakı  səviyyələrdə,  həmçinin  də  nömrələnmə 

sahəsində göstərilir. 

6.3.3.1.2 Materialın ümumi əlamətində təsvirin obyektinə aid edilən materialın 

növü (sinfi) 

orta  (kvadrat)  mötərizədə  göstərilir.  Məsələn:  videoyazı,  səsyazısı, 

kinofilm, mətn, əlyazma və s. 

Azərbaycan filmləri [Elektron resurs] 

6.3.3.1.3  Paralel  sərlövhə  ümumi  və  asılı  sərlövhədən  ibarət  olaraq  əsas 

sərlövhədən sonra yazılır. 

Sərlövhəyə  dair  məlumatlarda  əsas  sərlövhəni  aydınlaşdıran,  izah  edən 

məlumatlar verilir.  

“İncəsənət  Əsərləri”  Kiçik  Paketlərdə  [İzomaterial]:  Sərgi  ABŞ-ın  Azərb. 

Səfirliyinin  dəstəyi  və  SyuzanRiis  Horvits  və  Robert  Reşin  rəhbərliyi  ilə  11-17 

dekabr, 2009-

cu il tarixində keçirilən 4-cü Beynəlxalq Müasir İncəsənət Biennalesi 

çərçivəsində təşkil edilmişdir 

Информатика [Eлектронный pecypc]: интернет-учебник 



AZS 754-2013 

40 


 

6.3.3.1.4 Əgər sərlövhəyə dair məlumatlara tarixlər və nömrələr daxil edilərsə və 

bunlar  h

ər  bir  nömrədə  dəyişərsə  onda  həmin  məlumatlar  üç  nöqtə  ilə  (...)  əvəz 

edilirl

ər. 


Машиностpoeниe [Текст]: библиогр. аннот указ за... 

Tarix v


ə nömrələr sonrakı səviyyələrdə əks etdirilir. 

6.3.3.1.5  M

əsul  şəxslər  haqqında  məlumatda  nəşri  çapa  hazırlayan  idarə  və 

t

əşkilatın adı mütləq göstərilir. 



Məqalələr məcmuəsi [Mətn] /Azərbaycan Milli Kitabxanası 

Maliyyə  və  uçot  [Mətn]:  aylıq  nəzəri  və  elmi-praktiki jurnal /Azərb.  Resp. 

Maliyyə və Uçot Redaksiyasının əmək kollektivi 

6.3.3.2  Seriyalı  sənədlərin  xüsusi  məlumatlar  sahəsində  nömrələnmə  sahəsi 

verilir. Bu sahədə seriyalı nəşrin çap edilməsinin ilk və sonrakı nömrələri, həmçinin 

də seriyalı nəşrin birinci və nəşri dayandırıldıqdan sonra sonuncu nömrəsi göstərilir. 

Sahə daxilində, həmçinin sənədin fasilələrlə çap edilməsi haqqında, sənədin çapının 

yenidən bərpası haqqında məlumat verilir. 

Müəyyən ad altında çap edilən seriyalı sənədin bir hissəsinə biblioqrafik təsvir 

tərtib edildikdə sahədə ilk və sonuncu nömrə göstərilir. 

6.3.3.2.1 Nömrələnmə sahəsində aşağıdakı qaydalar nəzərə alınır: 

birinci  və  sonuncu  nömrələr  və  yaxud  sənədin  birinci  və  sonuncu  nəşr  tarixi 



(əgər nəşr dayandırılmışdırsa), bunlar tire (-) işarəsi ilə birləşdirilirlər. 

nəşri davam edən sənədlərin təsvirində ilk nəşrin ili göstərilir, sonuncu nəşrin 



ili üçün 4 rəqəm həcmində intervalla yer saxlanılır. 

Seriyalı  nəşrin  nömrələnməsi  üsulundan  asılı  olaraq  biblioqrafik  təsvirdə 

nömrələnmə hərf və rəqəm işarəsindən və yaxud ilin xronoloji işarəsindən ibarət ola 

bilər.  


№ 1  (2001)- 

2001, 


№ 1 A 

2000,  bur 1/2 

2001,  mart 

2003,  24 fevral 




Yüklə 483,77 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə