31 mart 2016-cı il
http://www.amu.edu.az
5
Tədbiri açan AMEA-nın prezi-
denti, akademik Akif Əlizadə çıxış
edərək bildirdi ki, müsabiqənin əsas
məqsədi hər il olduğu kimi yuxarı
sinif şagirdlərində müasir düşüncə
tərzinin formalaşdırılması, onların
idarəetmə və tədqiqatyönlü fəaliyyətə
cəlb edilməsi, o cümlədən gənclərə
elmi təfəkkür tərzi və tədqiqatçılıq
vərdişlərini aşılamaqdan ibarətdir.
“Sabahın Alimləri” V Respublika
müsabiqəsində 250 şagird 129 elmi
layihə ilə iştirak edib. Müsabiqəyə
Bakı şəhəri ilə yanaşı, bölgələrin
ümumtəhsil məktəblərinin şagirdləri
də öz layihələrini təqdim etmişlər.
Təqdim edilən layihələr münsiflər
heyəti tərəfindən I, II və III yerlərə la-
yiq görülüb.
Bu maraqlı müsabiqəyə Azərbaycan
Tibb Universitetinin alimləri də qoşul-
muşlar. Belə ki, BDU-nun nəzdindəki
“Gənc İstedadlar” liseyi ndən və Bakı
şəhəri Yasamal rayonunun 60 say-
lı tam orta məktəbindən ATU-nun
rəhbərliyinə müraciət edərək Elmi
Tədqiqat Mərkəzində hazırlanmış
“Naftalan yağı ilə termiki və kimyəvi
yanıqların müalicəsi” mövzusunda
elmi tədqiqat işlərinin müsabiqəyə
hazırlanmasına köməklik istəmişlər.
Bununla əlaqədar olaraq, ETM-in
direktoru, ə.e.x., professor Qalib
Qarayev mərkəzin farmakologiya
şöbəsinin müdiri, professor Ramiz
Axundova təqdim edilən mövzunu
şagirdlərlələ birgə araşdırmağı xahiş
edib.
Professor R.Axundov ilk növbədə
şagirdləri laboratoriyanın avadanlıları
və təcrübə heyvanlarına qulluq qay-
daları ilə tanış etməklə, mövzuya dair
ədəbiyyat materiallarının toplanma-
sında şagirdlərə dəyərli məsləhətlər
verib. Aparılan elmi-tədqiqat işlərinin
nəticəsində naftalan neftinin dəri
xəstəliklərində və oynaq ağrıların-
dakı müalicəvi xüsusiyyəti məlum
olub. Tədqiqat işlərinin nəticələrinə
əsasən müxtəlif yanıq formalarına
məruz qalmış təcrübə dovşanları-
nın ümumi vəziyyəti müəy yən olu-
nub. Belə ki, oyanıqlıq, hərəkətlilik,
davranış motivasiyasının dəyişikliyi,
qida qəbulunun azalması, aritemi-
ya, bədənin normal temperaturunun
artması, eksudatlı qabarıqların əmələ
gəlməsi ilə müşahidə olunurdu. Ter-
miki yanıqlarla olan təcrübədə nafta-
lan yağının təsir dinamikası izlənildi.
Belə ki, tədqiq olunan dovşanda ar-
tıq 3 sutkadan sonra termiki təsirin
toksiki elementləri aradan qalxdı,
dəri səthi yumuşalmağa, eritema və
qabarlar azalmağa, qaysaq itməyə
başladı. Eksperimentin 7-10 günündə
yaranın sonrakı sağalması qeyd olun-
du və yeni tük örtüyü əmələ gəldi.
Qeyd edək ki, universitetimizin
professoru R.Axundov keçirilən bu
mühüm müsabiqənin işində dəfələrlə
fəal iştirak edib. Onun rəhbərliyi
altında tədqiqat işlərinə qatılan
şagirdlər hər dəfə yüksək yerlərə və
sertifikatlara layiq görülüblər.
Tədbirdə çıxış edən Beynəlxalq EKO
Energetika akademiyasının preziden-
ti, akademik Fəqan Əliyev naftalan
yağının müalicəvi xüsusiyyətini qeyd
edərək, dünyada belə bir əhəmiyyətli
sərvətin məhz Azərbaycana məxsus
olmasından qürur duyduğunu dilə
gətirdi.
AMEA-nın binasında müsabiqə
qaliblərinin mükafatlandırılması mə-
ra simi oldu. Aparılan elmi-təd qiqat
işlərinin nəticələri “Sabahın Alimləri”
V Respublika müsabiqəsinə təqdim
olundu və üç gün ərzində davam edən
müasbiqədə BDU-nun nəzdindəki
“Gənc İstedadlar” liseyinin şagirdləri
Ziya Sadıqlı və Murad Qasımlzadə
2-ci yerə (gümüş medal və sertifi-
kata), Bakı şəhəri Yasamal rayonu-
nun 60 saylı tam orta məktəbinin
şagirdləri Məlik Atabəyli, Lalə Həsənli
və Maya Həsənova isə 3-cü yerə (
bürünc medal və sertifikata) layiq
görülüblər. Bu müvəffəqiyyətlərin
qaznılmasında BDU-nun nəzdindəki
“Gənc İstedadlar” liseyinin direkto-
ru Qasım Hüseynovun və Bakı şəhəri
Yasamal rayonunun 60 saylı tam orta
məktəbinin rəhbərliyinin rolunu xü-
susi qeyd etmək lazımdır.
Mukafatlandırma
mərasimində
Təhsil naziri Mikayıl Cabbarov, BDU-
nun elmi işlər üzrə prorektou, AMEA-
nın müxbir üzvü, professor Aydın
Kazımzadə və başqaları çıxış edərək
bu müsabiqənin əhəmiyyətindən
söhbət açaraq belə tədbirlərin
keçirilməsinin gələcək alimlərin
yetişməsinə böyük təsir edəcəyini
vurğulayıblar. Bildiriblər ki, belə is-
tedadlı gənclərə istər dövlət, istərsə
də ayrı–ayrı elmi-ictimai təşkilatlar
tərəfindən gələcəkdə də hər cür
dəstək veriləcək.
M.ƏLƏKBƏRLİ
“Sabahın Alimləri” V Respublika müsabiqəsi
“Sabahın Alimləri” V Respublika müsabiqəsi
A
zərbaycan Respublikasında
təhsilin inkişafı üzrə Dövlət
Strategiyası əsasında Azərbaycan
Milli Elmlər Akademiyasında “
Sabahın Alimləri” V Respublika
müsabiqəsi keçirilmişdir.
Müsabiqə Təhsil, Gənclər
və İdman nazirlikləri, Azad
Həmkarlar İttifaqı Respublika
Komitəsi və İntel İSEF-in birgə
təşəbbüsü ilə baş tutub.
Dağınıq skle-
roz xəstəliyi bir
çox ölkələrdə
olduğu kimi,
Azərbaycanda da
səhiyyənin aktual
problemlərindən
biridir.
Səhiyyə Nazirliyinin
mətbuat xidmətindən
AZƏRTAC-a
veri-
lən məlu mata görə, öl kə-
mizdə “Dağınıq skleroz
xəstəliyinin müalicəsi, pro-
filaktikası və onunla mü-
barizə tədbirlərinə dair
Dövlət Proqramı”nın qəbul
olunması bu xəstəliyə tutu-
lanların dövlət tibb müəs-
sisələrində müayinə və
müali cəsinin keyfiyyətinin
artırılmasına, onların inyek-
siya vasitələri, dərman pre-
paratları ilə təminatının yax-
şılaşdırılması uçun hər cür
lazımi şərait yaradıb. Belə ki,
2013-2015-ci illərdə proq-
ram çərçivəsində 1000-dən
çox insan müayinə olunub.
Müayinə olunanlardan 845-
nə dağınıq skleroz diaq-
nozu qoyulub. Onlar mü-
vafiq preparatlarla dövlət
tərəfindən tam təmin olu-
nurlar. 100-dən artıq xəstə
dinamik müşahidəyə götü-
rülüb, 60-dan çox xəstədə
isə diaqnoz tamamilə inkar
edilib.
Hazırda proqram çər-
çivəsində tibb iş çi lərinin bu
sahədə təkmilləşdirilməsi,
habelə əhali arasında bu
xəstəliyə dair maarifl ən-
dir mə işinin təşkili da-
vam edir. Əziz Əliyev adı-
na
Azərbaycan
Dövlət
Həkimləri Təkmilləşdirmə
İnstitutunun
sinir
xəstəlikləri kafed-
rasında
200-dək
həkim nevropatoloq
üçün dağınıq skleroz
xəstəliyinin diaqnos-
tikası, müalicəsi və
reabilitasiyası barədə
seminarlar, praktiki
məşğələlər keçirilib.
Bundan əlavə, 2013-
cü və 2015-ci ildə
Türkiyənin
aparıcı
mütə xəssislərinin iştirakı
ilə tibb bacıları üçün Avo-
nex preparatının inyeksi-
ya metodikasına dair təlim
kursu keçirilib. Əziz Əliyev
adına Azərbaycan Dövlət
Həkimləri Təkmilləşdirmə
İnsti tutunun
Azərbaycan
Tibb Universitetinin, İcti-
mai Səhiyyə və İslahatlar
Mərkəzinin
əməkdaşları
birgə “Dağınıq skleroz üzrə
klinik protokol” hazırlayıb-
lar. Eyni zamanda, “Dağınıq
sklerozun klinikası və diaq-
nostikası” üzrə tədris vəsaiti
hazırlanaraq 2015-ci ildə
çap olunub.
Skleroz xəstələri dərman preparatları ilə
dövlət tərəfindən tam təmin olunurlar
Səhiyyə Nazirliyi-
nın Analitik Ekspertiza
Mərkəzinin nəzdində sa-
hibkarlar və vətəndaşlarla
iş üzrə “Bir pəncərə
xidməti” yaradılıb.
Nazirliyin mətbuat xid-
mətindən AZƏRTAC-a verilən
məlumata görə, məqsəd sahib-
karların və vətəndaşların mü ra-
ciətlərinə baxılmasının sadə ləş-
dirilməsi və şəffaflığının təmin
edilməsidir.
Yeni xidmətin əsas fəaliyyət
istiqamətlərinə sahibkar və
vətəndaş müraciətlərinin qəbulu
və operativ cavablandırılma-
sı, ölkəyə idxal olunan dərman
vasitələri ilə bağlı sənədlərin
qəbulu və icazələrin təqdim
edil məsi, qeydiyyat sənədlərinin
qəbulu və sahibkarlara təqdim
edilməsi, eləcə də şikayət və
sorğuların qəbulu və cavablan-
dırılması kimi mühüm məsələlər
daxildir.
Müraciətlərin
qeydiyyata
alınaraq elektron bazaya da-
xil edilməsi, dərkənar üçün
rəhbərliyə təqdimatı, mü ra-
ci ətin icrası üçün mərkəzin
digər şöbələrinə göndərilməsi,
şöbələr tərəfindən icra olunan
sənədlərin ərizəçilərə çatdırıl-
ması, şifahi müraciət edən şəxs-
lərin aidiyyəti üzrə suallarının
cavablandırılması bu xidmət
vasitəsilə həyata keçiriləcək.
Eyni zamanda, dərman vasitələri
və tibbi avadanlıqlarla bağlı id-
xal və qeydiyyat sənədləri həmin
xidmət vasitəsilə qəbul oluna-
caq, qanunvericiliyə müvafiq ca-
vablandırılacaq.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza
Mərkəzində yeni xidmət yaradılıb