Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə26/27
tarix05.04.2018
ölçüsü0,68 Mb.
#36031
1   ...   19   20   21   22   23   24   25   26   27

76 

 

―Antiinhisar  fəaliyyəti  haqqında‖  Azərbaycan  Respublikası  Qanununda 



göstərilən qanunvericilik  və  müvafiq normativ-hüquqi  aktlarla  yanaĢı, bir  sıra digər 

məcəllə  və  qanunlar  da  vardır  ki,  onların  əsas  məqsədi  antiinhisar  fəaliyyətinin 

tənzimlənməsi  olmasa  da,  öz  təyinatları  istiqamətində  antiinhisar  fəaliyyətinin  çox 

mühüm  aspektləri  ilə  bağlı  məsələlərin  həllində  vacib  hüquqi  mənbələrdir.  Belə 

qanunvericilik aktlarına Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ―Ġnhisarçılıq 

hərəkətləri  və  rəqabətin  məhdudlaĢdırılmasını  qadağan  edən‖  199-cu  maddə, 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsi  kommersiya  hüquqi  Ģəxslərin  bazardakı 

mövqeyindən  və  razılaĢmalaından  rəqabət  əleyhinə  istifadə  etməsinə  qarĢı, 

françayzinq  və  rəqabət  münasibətləri  və  ticarət  nümayəndəsinin  rəqabətlə  bağlı 

davranıĢı kimi məsələlərlə əlaqədar- 560.3.5, 560.3.6, 729, 799-cu maddələri, Ġnzibati 

Xətalar  Məcəlləsi  haqsız  rəqabətlə  əlaqədar  reklam  haqqında  qanunvericiliyin 

pozulmasına dair  221-ci  maddə,  ―Dövlət satınalmaları haqqında‖  Qanunun-  rəqabət 

mühitinə  birbaĢa  təsr  edən  dövlətsatınalmalarında  iĢtirakçılıq,  ixtisaslaĢma, 

prosedurların Ģəffaflığı və hesabatlılığı ilə əlaqədar 8, 9, 10, 13- cü və s. maddələri, 

Rekalm  haqqında  Qanunun-  haqsız  rəqabət  halları  ilə  əlaqədar  6,  7,  8,  10,  13-  cü 

maddələri və sairi aid etmək olar. 

Göstərilən  qanunvericlik  aktlarının  ən  mühümlərindən  biri  də  2000-ci  iləd 

qüvvəyə  minmiĢ  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsidir.  Qeyd  etmək 

lazımdır ki, əvvəlki Cinayət Məcəlləsində antiinhisar fəaliyyəti və rəqabətlə bağlı bu 

cür müvafiq müddəalar olmamıĢdır. Cinayət Məcəlləsininin məxsusi 199- cu maddəsi 

―Ġnhisarçılıq  hərərkətləri  və  rəqabəti  məhdudlaĢdırma‖dan  bəhs  edir.  Azərbaycan 

Respublikasının Cinayət Məcəlləsinin 199.1- ci maddəsi ―Ġnhisarcasına yüksək və ya 

inhisarcasına aĢağı qiymət təyin etməklə, habelə bazarı bölüĢdürməklə, bazara daxil 

olma  imkanını  məhdudlaĢdımaqla,  oradan  iqtisadi  fəaliyyətin  digər  subyektlərini 

kənarlaĢdırmaqla,  vahid    qiymət  təyin  etməklə  və  ya  saxlamaqla  inhisarĢılıq 

hərəkətlərini‖  ictimai  təhlükəli  cinayət  əmələri  kimi  təsnif  etmiĢ  və  məsuliyyət 

müəyyənləĢdirmiĢdir. Müvafiq olaraq, Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 



77 

 

 



 

199.2  və  199.3  cü  maddələrində  ağırlaĢdırıcı  hallar  göstərilmiĢ  və  buna  görə 

məsuliyyət nəzərdə tutulmuĢdur.  

Qeyd  etmək  lazımdır  ki,  dünyanın  bir  sıra  ölkələrində  də  inhisarçılıq,  kartel 

sövdələĢmələri və sair bu kimi rəqabətlə əlaqədar hüquq pozuntularına görə cinayət 

məsuliyyəti nəzərdə tutulmuĢdur. Bununla əlaqədar, bəzi ölkələdə cinayət əməli kimi 

təsnif olunan bu cür hərəkətlərin təsviri daha spesifik, əhatəli və detallı verilmiĢdir. 

Müvafiq  olaraq,  bu  cür  əməllər  görə  cəza  təyin  olunması  üçün  fərqli  meyarlar 

müəyyənləĢdirilmiĢdir. 

Ġnhisarçılıq  və  rəqabətin  digər  üsullarla  məhdudlaĢdırılmasının  qarĢısının 

alınması  üçün  bu  sahədə  qabaqcıl  təcrübəsi  olan  xarıcı  təölkələrin  cinayət 

qanunvericiliyinin  müvafiq  nailiyyətlərindən  istifadə  edilməklə,  Azərbaycan 

Respublikası Cinayət Məcəlləsinin əlaqədar müddəalarının dəyiĢdirilməsi Məcəllənin 

199- cu məddəsinin ―iĢlənməyən maddələr‖ sırasından çıxmasına və təyinatına uyğun 

təsirli  vasitəyə  çevrilməsini  təmin  edərdi.Bütün  sahələrdə  olduğu  kimi,  antiinhisar 

fəaliyyəti  sahəsində  də  qanunvericiliyin  təkmil  olması  normal  sahibkarlıq  fəaliyyəti 

və rəqabət mühiti üçün kifayət etmir. Bunun üçün qanunvericiliyin tam və qətiyyətli 

tətbiqinə nail olunmalıdır.Bu məsələləridə həyata keçrimək  müvafiq orqanın üzərinə 

düĢü.  Məhz  buna  görə,  müvafiq  orqan  öz  qərarların  tətbiqində  və  həyata 

keçirilməsində  müstəqil  heç  kimdən  asılı  olmamalıdır  və  orqanın  müstəqil  qərarlar 

qəbul  edə  bilməsi  çox  vacibdir.  Bu  mənada  Azərbaycan  Respublikası  antiinhisar 

orqanının  təĢkilatı-struktur  quruluĢunun  təkmilləĢdirilməsi  həəli  vacıb  məsələlərdən 

biridir.  Belə  ki,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı  ilə  təsdiq 

edilmiĢ  ―Antiinhisar  qanunvericiliyinin  pozulması  haqqında  iĢlərə  baxılması 

Qaydaları‖  nın  2.1-ci  bəndində  göstərilmiĢdir  ki,  ―Antiinhisar  qanunvericiiliyinin 

pozulması  əlamaətləri  aĢkar  edildikdə  Antiinhisar  Komitəsinin  sədri  tərəfindən 

antiinhisar  qanunvericiliyinin  pozulması  haqqında  konkret  iĢə  baxılması  üzrə 

Komissiya  (bundan  sonra  Komissiya)  yaradılması  və  onun  sədrinin  təyin  edilməsi 

barədə əmr verilir. Komissiyanın tərkibi üç nəfərdən az olmamalidir‖. Bu müddəadan 

göründüyü  kimi,  qanunvericiliyin  pozulması  ilə  əlaqədar  iĢlərə  baxan  Komissiya 




78 

 

daimi  əsaslarla  fəaliyyət  göstərən  ixtisaslaĢmıĢ  struktur  bölmə  deyil,  yalnız  hər  bir 



konkret iĢə baxılması üçün yaradılan müvəqqəti komissiyadır. 

Bütövlükdə  isə,  ölkədə  iqtisadi  inkiĢafa,  sosial  və  siyası  sabitlik  və  eləcə  də 

dövlətin  müstəqilliyinin  təmin  olunması  üçün  Azərbaycanda  rəqabət  (antiinhisar) 

sisteminin ciddi və davamlı islahatı, eləcə də bürokratik əngəllər, dövlət qulluğu və 

siyası mövqedən ayrı-ayrı təsərrüfat subyektlərinin xeyrinə sui- istifadənin qarĢısının 

alınması zəruridir. 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə