Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏT ĠQTĠsad unġversġtetġ



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə23/27
tarix05.04.2018
ölçüsü0,68 Mb.
#36031
1   ...   19   20   21   22   23   24   25   26   27

67 

 

 



 

qabaqcıl  ölkələrin  mövcud  prinsipləri,  qanunları,norma  və  qaydaları  və  qəbul 

olunmuĢ  aktlar  hamısı  mənbələr  hesab  olunur.Son  illərdə  iqtisadiyyatın 

təmərküzləĢməsi, iri struturların formalaĢması, bazar subyektləri arasında razılaĢmıĢ 

sazıĢlər,  haqsız  rəqabət  və  böyük  həcmdə  inhisar  mənfəət  əldə  edilməsi  kəskin 

xarakter almıĢdır. 

Bu  baxımdan,  bazar  iqtisadiyyatının  hərəkətverici  qüvvəsi  olan  rəqabət 

mühitinin və antiinhisar fəaliyyətinin inkiĢafı üzrə müvafiq siyasət, qanunvericilik və 

icra  orqanlarının  təkmilləĢdirilməsinə  dair  dünya  təcrübəsi  və  bu  sahədə 

Azərbaycandakı  vəziyyətin  müqayisəli  təhlili  Azərbaycan    Respublikasında  da  bu 

istiqamətdə ciddi islahatların aparılmasını zəuri edir. 

Azərbaycan    Respublikasında  da  antiinhisar  siyasəti  və  qanunuvericiliyi 

Azərbaycan  dövləti  müstəqillik  qazandıqdan  sonra  müstəqil  iqtisadiyyatın  və 

siyasətin  formalaĢmağa  baĢlaması  ilə  zəruri  hərəkətverici  qüvvə  kimi  meydana 

gəlmiĢdir.  Bu  həmçinin  yeni  yaranmıĢ  bir  dövlətin  nece  iqtisadi  yol  seçəcəyini 

müəyyən etmək və onun bir növ hüquqi bazasını formalaĢdırmaq üçün yaradılmıĢdır. 

Çünki müasir bazar iqtisadiyyatlı dövlətlərdə ən mühüm istiqamətlərdən birini məhz 

antiinhisar siyasəti və qanunvericiliyi tənzimləyir. 

Azərbaycanda  antiinhisar  siyasətinin    formalaĢdırılmasının  baĢlanğıc  tarixi  

kimi  ―Azərbaycan  Respublikasının  Antiinhisar  Siyasəti  və  Sahibkarlığa  Kömək 

Komitəsinin  yaradılması  haqqında‖  Azərbaycan  Respublikası  Prezidentinin  23  iyun 

1992  –  il  tarixli  Fərmanını  hesab  etmək  olar.  Mərkəzi  və  ġərqi  Avropanın  keçmiĢ 

socialist  ölkələri  və  keçmiĢ  Sovet  Ġttifaqı  respublikalarında  rəqabət  hüququ  mövcud 

siyasi vəziyyətlə bağlı yeni yaranmaqda oluduğu halda , artıq həmin vaxt da Kanada 

və ABġ- da antiinhisar qanunvericiliyi və orqanları artıq 100 ildən uzun müddət idiki 

fəaliyyət  göstərirdi.  Avropa  Birliyi  ölkələrində  isə  artıq  uzunmüddət  fəaliyyət 

göstərirdi.   

Qeyd  etmək  lazımdır  ki,  vəzifəsi  antinhisar  qanunvericiliyinə  riayət  etmək 

üçün  dövlət  nəzartini  həyata  keçirmək  olan  bu  Komitə  sonralar  Azərbaycan 

Respublikası  Ġqtisadi  ĠnkiĢaf    Nazirliyinin  tərkibində  olan  bir  quruma  çevrildi  və 




68 

 

dəfələrlə  2001,  2006,  2009  –  cu  illərdə  hüquqi  status  və  təĢkilatı  struktur 



dəyiĢikliyinə uğramıĢ, əvvəlcə Departament, sonra Dövlət Xidməti  status almıĢdır. 

Artiq 1993-cü ildə antiinhisar orqanına malik Azərbaycan Respublikası 4 Mart 

1993-cü ildə ― Antiinhisar fəaliyyəti haqqında‖ Qanunu qəbul etdi.  Bu Qanunu 1.1- 

ci  maddəsinə  2002-ci  ildə  edilən  dəyiĢikliyə  əsasən  ―Azərbaycan  Respublikasında 

antiinhisar  qanunvericiliyi  Azərbaycan  Respublikası  Konstitusiyasından,  bu 

Qanundan,  ―Təbii  inhisarlar  haqqında‖,  ―  Haqsız  rəqabət  haqqında‖  Azərbaycan 

Respublikasınin qanunlarından və digər normativ-hüquqi aktlardan ibarətdir. 

―Antiinhisar  fəaliyyəti  haqqında  Azərbaycan  Respublikasının  Qanunu 

hazırlanarkən  həmin  vaxt  keçmiĢ  Sovet  Ġttifaqı  ölkələrini  arasında  bu  sahədə  ilk 

qanunvericilik aktı olan – Rusiya Sovet  Federatıv Sosialist Respublikasının 22 mart 

1991-  ci ildə qəbul  olunuĢ  ―Rəqabət  və  əmtəə  bazarlarında  inhisarçılıq  fəaliyyətinin 

məhdudlaĢdırılması  haqqında‖  Qanunundan  nümunə  kimi  istifadə  edilmiĢdir.  Bu 

qanunun  formalaĢmasında    ABġ  və  Avropa  Birliyi  ölkələrinin  qanun  vericiliyindən 

istifadə  olumuĢdur.  RSFR-  in  bu  qanunu  keçmiĢ  Sovet  Ġttifaqında  ilk  dəfə  konkret 

formada  rəqabətin  və  sahibkarlığın  inkiĢafəna  əsaslanan  bazar  münasibətlərinin 

yaranmasına  və  formalaĢmasına  kömək  göstərilməsi,  düvlətin  yürütdüyü  rəqabət 

siyasətinin  əsas  vəzifələri,  haqsız  rəqabət  və  onun  qarĢısının  alınması  və  aradan 

qaldırılması  və  antiinhisar  qanunvericiliyinə  riyaət  olunmasına  dövlət  nəzarəti  kimi 

məsələləri tənzimləyən bir baza yaradıcısıdır. 

―Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu ―Ümumi 

müddəlar‖, ―Ġnhisarçılıq fəaliyyəti‖ və ―Yekun müddəlar‖ olmaqla 4 bölmədən və 23 

maddədən  ibarətdir.Qanunun  birinci  bölməsi  antiinhisar  qanunvericiliyi,  onun 

məqsədləri,  tətbiq  dairəsi,  antiinhisar  siyasətini  həyata  keçirən  mərkızi  icra 

hakimiyyəti  orqanları  və  əsas  anlayiĢlardan  bəhs  edir.  Ġkinci  bölmə  konkret  olaraq- 

dövlət  inhisrarçılığı,  sahə  inhisarçılığı,  yerli  inhisarĢılıq,  təsərrufat  subyektlərinin 

üfüqi  və  Ģaquli  sazıĢlər  nəticəsində  yaranan  inhisarçılıq,  təbii  inhisarçılıq,  patent- 

lisenziya inhisarçılığı və yerin təkindən istifadə inhisarĢılığının təzahür formlarını və 

metodlarını  müəyyən  edir.  Üçüncü  bölmə  inhisarçılıq  fəaliyyətinin  və  meylərinin 




69 

 

 



 

qarĢısının alınması ilə əlaqədar olarq təsərrüfat subyektlərinin və onların birliklərinin 

yaradılması,  yenidən  təĢkili  və  ləğv  edilməsi  zamanı  antiinhisar  qanunvericliynə 

riayət  olunmasına  dövlət  nəzarəti,  səhmlərin  əldə  olunması  zamanı  təsərrüfat 

subyektləri  arasında  bağlanmıĢ  əqdlərin  həyata  keçirilməsində  antiinhisar 

qanunvericiliyinə riayət edilməsinə dövlət nəzarəti, inhisarçılıq fəaliyyətinin aradanq 

aldırılması  və  bu  kimi  məsələlərdən  bəhs  edilir.  Dördüncü  bolmə  də  bu  Qanunun 

pozulmasınanin  nəticələri,  qanunun  pozulmasına  görə  məsuliyyət  və  müvafiq  icra 

hakimiyyəti orqanının vəzifəli Ģəxslərinin məsuliyyətini müəyyən edir. 

Qəbul  edildiyi  dövr  üçün  bu  Qanun  mütərəqqi  hal  hesab  olunurdu,  çünki  bu 

sahədə  olan  boĢluğu  doldurmaq,  sahibkarlıq  fəaliyyətibi  dəstəkləmək  və 

formlaĢdırmaq  yeni  yaranan  bir  dövlət  üçün  və  formalaĢmaqda  olan  iqtisadiyyatı 

üçün  önəmli  addım  idi.  Lakın  heĢdə  bu  Qanun  mükəmməl  deyildi  qanunda  olan 

boĢluqlar  və  çatıĢmamazlıqlar  zaman  keçdikcə,  iqtisdiyyat  inkiĢaf  etdikcə,  yeni 

tələblər  yarandıqca  və  dünya  iqtisadiyyatına  inteqrasiya  gücləndikcə  ozünü  açıq 

Ģəkildə biruzə verdi. Halhazırda isə bu qanunu günümüz tələblərinə uyöğunlaĢdırmaq 

və inhisarçılıqla bağlı problemlərin həllində  qanunvericiliyi dahada təkmilləĢdirmək 

və  bu  Qanunda  bir  sıra  dəyiĢiliklər  etmək,  xüsusiləĢqauli  müqavilələr  və  onların 

qiymətləndirilməsi,  gizli  üfüqi  sazıĢlərin  (kartellərin)  açılması  üçün  istifadə  olunan 

güzəĢt  tədbirlərinin  tətbiqi,  təsərrüfat  subyektlərinin    birləĢməsi  üçün  müvafiq  icra 

hakimiyyəti  orqanının  razılığının  alınması  prosedurlarının  sadələĢdiriliməsi  və 

bazarda  hökmran  mövqeyin  müəyyən  edilməsi  normalarının  müasir  rəqabət 

qanunvericiliyi baxımdan dəyiĢililik edilməli və təkmilləĢdirilməlidir. 

Qanunda rəqabəti məhdudlaĢdıran hökmran mövqeyə yol verə bilən hədlər və 

amillər  hərtərəfli  və  dəqiq  müəyyənləĢdirilməlidir.  Qanunun  4-cü  maddəsində  qeyd 

olunan əmtəə bazarında hökmran mövqe hesab olunan 35% -lik bazar payı ilə yanaĢı 

digər  amillərin  məcburiliyi,  həmĢinin  bu  həddin  müəyyənləĢdirilməsi  üçün  istifadə 

olunan  informasiya  mənbələrinin  müxtəlifliyi  və  mötəbərliyi  təmin  olunmalıdır. 

Lakin dünyaın qabaqcıl ölkələrinin qanunvericiliyində konkret bir həddi hökmranlıq 

üçün  kifayət  saymır  və  muüxtəlif  bazar  payları  üçün  müəssisənin  hansı  məhsul 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə