37
Alınmış
avadanlıq
müəssisənin
balansında
göstərilir
və
ona
amortizasiya hesablanır
Avadanlıq balansa daxil edilmir,
amortizasiya hesablanılmır və ondan
vergi tutulmur.
Kreditə görə haqq müəssisənin öz
xüsusi vəsaitindən verilir, ona görə də
müəssisə gəlir əldə etməlidir və həmin
gəlirə görə vergi hesablanır.
Lizinqə görə ödəmələr maya dəyərinə
daxil edilmir, bu isə vergi ödənilən
bazanın azalmasına səbəb olur və
istehsalın inkişafını stimullaşdırır.
Maliyyə bazarında qiymətli kağızların satışından əldə edilən gəlirlər bir başa
investisiyaların maliyyələşdirilməsi üçün istifadə edilir. Maliyyə bazarı müvəqqəti
sərbəst pul vəsaitlərinin istehsal əhəmiyyətli investisiyalar üçün istifadə etməyə
investorlara imkan yaradır.
Müasir dövrdə qiymətli kağızlar iri investisiyaların həyata keçirilməsi üçün
vəsaitlərin səfərbərliyə alınmasına şərait yaradır. Müəssisənin investisiya
proqramlarının xarici maliyyələşmə metodunu qiymətli kağızların emissiyası təşkil
edir.
Qiymətli kağız, qonun sahibinə əmlak və ya pulda olan pay hüqüqünu verir.
Qiymətli kağız dividend şəklində sahibinə gəlir gətirir. Qiymətli kağızlara səhmlər,
istiqrazlar, sadə və köçürmə vekselləri, depozit sertifikatları və s. daxildir.
Bazar münasibətləri şəraitində investorun borc alınmış maliyyə resursları da
birbaşa investisyaların maliyyələşməsində iştirak edir. Məsələn, bank və büdcə
kreditləri. Hal-hazırda investorlar tez səmərə verən sahibkarlıq fəaliyyəti sferasına
kerdit cəlb edirlər.
Müəssisələrdə kapital qoyuluşu üçün bank krediti aşağıdakı xərclərə verilə
bilər:
- yeni tikinti, genişlənmə, rekonstruksiya;
- maşın və avadanlıq alınmasına;
- müştərək müəssisələrin təşkilinə.
Bazar münasibətləri şəraitində investisiyanın yeni metodlarından birin lizinq
təşkil edir.
Lizinq – sahibkarlıq fəaliyyətinin bir növüdür. Lizinq – investisiyanın
maliyyələşmə mənbələrində xüsusi kapitalının payının azalmasına şərait yaradır.
38
Lizinq – istehsal xarakterli maşın, avadanlıq, nəqliyyat vasitələri, qurğu və s.
uzun müddətə icarəyə verilməsini (investisiya forması) ifadə edir.
Hal-hazırda ölkə iqtisadiyyatında davamlı artım və yüksəliş meyli özünü
aydın göstərməkdədir. Belə ki, iqtisadiyyatın müxtəlif sahələrində yeni
müəssisələrin və iş yerlərinin açılması, regionların inkişaf səviyyəsində fərqlərin
aradan qaldırılması məqsədi ilə həyata keçirilən tədbirlər Azərbaycan
Respublikasının dünya miqyasında imicinin artmasına səbəb olmuşdur.
Ölkə iqtisadiyyatının normal inkişafı investisyasız mümkün deyil. Belə ki,
investisiya geniş təkrar istehsalın həyata keçirilməsi, elmi-texniki tərəqqinin
sürətlənməsi, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və s. məqsədlər üçün
əsasdır. İnvestisiya iqtisadiyyatın inkişafını təmin edir. İqtisadiyyatın istehsal
gücünün yüksəlməsi və istehsala yeni texnologiyaların tətbiqi ancaq investisiya
qoyuluşu yolu ilə baş verir. İnvestisiya, istehsalın genişləndirilməsi, əsas fondların
geniş təkrar istehsalı, istehsalın texniki səviyyəsinin yüksəldilməsi, yeni tikintilər,
fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi və s. buk imi tədbirlərin həyata
keçirilməsi üçün zəruridir.
İnvestisiyanın həcmi, onun ümumi daxili məhsulda xüsusi çəkisi və
investisiyanın ümumi həcmində birbaşa (real) investisiyanın həcmi və s.
göstəricilər iqtisadiyyatda investisiya fəaliyyətinin vəziyyətini xarakterizə edir.
Cədvəl 2.2.1.
Ġqtisadiyyata yönəldilən investisiyalar (mln.manat)*
2000
2005
2010
2014
İnvestisiya qoyuluşları bütün
mənbələr üzrə
1289,8 6733,4
14118,9
21890,6
O cümlədən
Xarici investisiyalar
829,5
4628,5
6619,7
9175,6
Daxili investisiyalar
460,3
2104,9
7499,2
12715
* Azərbaycanın statistik göstəriciləri. 2015.
39
Cədvəl məlumatlarından göründüyü kimi, iqtisadiyyata yönəldilən investisiya
qoyuluşlarının həcmi ildən-ilə artır. Belə ki, 2000-ci illə müqayisədə 2014-cü ildə
investisiyanın həcmi 20600,8 mln.manat artaraq 21890,6 mln.manatı təşkil
etmişdir. Cədvəl məlumatları eyni zamanda investisiya qoyuluşlarının bütün
maliyyələşmə mənbələrini (daxili və xarici) xarakterizə edir. Belə ki, 2000-ci ildə
xarici mənbələrin ümumi məbləğdə xüsusi çəkisi 64,3%, lakin daxili mənbələr isə
35,7 faizi təşkil etdiyi halda, bu rəqəm 2014-cü ildə xarici investisiyalar üzrə 41,9
faiz, daxili investisiyalar üzrə isə 58,1 faizi təşkil etmişdir ki, belə vəziyyəti də
qənaətbəxş hesab etmək olar.
Cədvəl 2.2.2.
Ġnvestisiyanın ÜDM-da payı*
ĠLLƏR
ÜDM həcmi mln.ma-
nat
Ġnvestisiya
Həcmi mln.manat ÜDM-da
payı
(faizlə)
2000
4718,1
1289,8
27,3
2005
12522,5
6733,4
53,7
2010
41574
14118,9
33,9
2014
58977,8
21890,6
37,1
* Azərbaycanın statistik göstəriciləri. 2015
Yuxarıdakı cədvəl məlumatları Azərbaycan iqtisadiyyatında 2000-ci illə
2014-cü illər arasında ümumi daxili məhsulun və həm də iqtisadiyyata qoyulan
investisiyaların həcminin artdığını xarakterizə edir. Belə ki, 2000-ci illə
müqayisədə 2014-cü ildə ümumi daxili məhsul 12,5 dəfə, investisiyanın həcmi isə
17 dəfə artmışdır. Buna uyğun olaraq ümumi daxili məhsulun həcmində
investisiyanın payı da 2000-ci ildə 27,3%, 2005-ci ildə 53,7 faiz olmuşdur ki, bunu
qənaətbəxş hesab etmək olar. Lakin 2005-ci ildən sonrakı illərdə isə ÜDM-da
investisiyanın həcmi azalmış, yəni 2010-cu ildə 33,9 faiz olmuş, 2014-cü ildə isə
2010-cu illə müqaüisədə az da olsa bu rəqəm artmış, yəni 37,1 faizi təşkil etmişdir.
Dostları ilə paylaş: |