Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə3/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   2   3   4   5   6   7   8   9   ...   23

 

İlyas Əfəndiyev gələcəyin yazıçısıdır. Bunu həyat özü sübut etməkdədir. 



Ustad sənətkar öz yaradıcılığı etibarilə klassik irsə, milli ədəbi ənənələrə dərin 

köklərə bağlı idi.  

İlyas Əfəndiyev millətin mənəvi birliyi, ən qiymətli sərvəti olan müqəddəs 

dilimizə yüksək qiymət verən və onun təəssübünü çəkən sənətkar idi. ―Hər bir 

xalqın ancaq özünəməxsus milli ruhu,milli koloriti var‖ deyən sənətkarın fikrincə 

―Yazıçı üçün dil onun ürəyinin tərcümanıdır.  

İlyas Əfəndiyevin tarixi dram əsərləri özünün bədii fəlsəfi fikir dərinliyi, 

müasirliyi, yüksək mənəvi , əxlaqi dəyərlərə malik qəhrəmanları ilə sənətkarın 

yaradıcılığında özünəməxsus mövqe tutur.  

XX əsr Azərbaycan teatr tarixində ― İlyas Əfəndiyev teatrı‖ ifadəsi, anlayışı 

və praktiki təzahürü danılmaz kulturoloji faktdır.İlyas Əfəndiyevin teatrı milli 

özünüdərkin və milli mənəvi dəyərlərin güzgüsüdür. 

 

Vətənpərvər bir yazıçı kimi İlyas Əfəndiyev 60 ildən çox qələmə aldığı ən 



kiçik hekayə  və oçerklərindən tutmuş, iri həcmli povest, roman və dram 

əsərlərinə qədər bütün əsərlərinin mayasını Azərbaycan xalqının həyatı, onun 

taleyi və adət - ənənəsi təşkil etmişdir.  

60 ildən çox müddətdə o, Azərbaycan torpağının gözəlliyi, Azərbaycan 

dilinin şirinliyi və cazibədarlığı, Vətən adlı nemətin müqəddəsliyi və 

toxunulmazlığı barədə nəğmələr oxumuşdur. İllər keçdikcə və indi də bu məğrur 

və nəcib nəğmələr ürəyində yurd məhəbbəti, Vətən qeyrəti olanların hamısının 

qürurlu mahnısına çevrilmişdir. 

 

Ümummilli liderimiz Heydər Əliyev həmişə İlyas Əfəndiyev yaradıcılığına 



məhəbbətlə yanaşmış, yazıçının sağlığında da, vəfatından sonra da Akademik 

Milli Dram Teatrında tamaşaya qoyulan əsərlərinə baxmış, yubileyinin, 

xatirəsinin keçirilməsi və əbədiləşdirilməsi üçün müxtəlif sərəncamlar 

imzalamışdır.  

İlyas Əfəndiyev müstəqil respublikamızın ―Şöhrət‖ ordeni ilə təltif edilən 

ilk şəxslərimizdəndir. 

İlyas Əfəndiyevin adı o taylı-bu taylı Azərbaycanımızın 

hər bucağında, eləcə də dünyanın müxtəlif guşələrində böyük ehtiram və 

məhəbbətlə çəkilir.İlyas Əfəndiyev Azərbaycan dramaturgiyasında yeni bir 

məktəb açmış, lirik-psixoloji pyeslərin əsasını qoymuş sənətkar kimi də 

tanınmışdır. Onun qələminin məhsulu olan 23 dram əsərinin 19 - u eyni bir teatrın 

Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində böyük müvəffəqiyyətlə 

tamaşaya qoyulmuşdur. Bu dünya teatr tarixində analoqu olmayan bir hadisədir. 

 

İlyas Əfəndiyevin bir sıra əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə 



tərcümə edilmiş, pyesləri Moskva, Daşkənd, Tbilisi, Aşqabad, Səmərqənd, 

Ankara, İstanbul, Razqrad, Mahacqala və s şəhərlərin teatrı səhnələrində 

müvəffəqiyyətlə tamaşaya qoyulmuşdu. Azərbaycan dramaturgiyasında lirik – 

psixoloji üslubun təşəkkülü, inkişafı və formalaşması İlyas Əfəndiyevin 

yaradıcılığında xüsusi yer tutur. Yeni Azərbaycan nəsrinin canlı, təravətli, bədii 

surətlər, əlvan təsvir vasitələri və incə təfərrüatlarla zənginləşməsində 

dramaturgiyamızda lirik – psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin böyük 

yaradıcılıq xidmətləri unudulmazdır.  




 

             



  

 Şöhrəti xalq bağrından rişələnən ustad sənətkar

 

Azərbaycan  ədəbiyyatının  görkəmli  simalarından  olan  nasir,  dramaturq, 



Əməkdar  İncəsənət  Xadimi,  Dövlət  Mükafatı  laureatı,  ―Şöhrət‖  ordenli,   

xalq  yazıçısı  İlyas  Əfəndiyev  ədəbi  janrın  müxtəlif  formalarında  yaratdığı 

əsərlərlə  ədəbi  xəzinəmizi  zənginləşdirmişdir.  O,  60  il  ədəbiyyatımızın,  40  il 

teatrımızın  mövzu  və  repertuar  ağırlıqlarını  çiyinlərində  daşıyan  fədakar  yazıçı, 

əsl vətəndaş idi. Yazıçı – dramaturqun qələmə aldığı pyeslər əsasında hazırlanmış 

tamaşalar  uzun  illər  respublikamızın  aparıcı  teatrlarının  repertuarlarını 

bəzəmişdir.  

İlyas  Əfəndiyev  xoşbəxt  sənətkarlardandır  ki,  daim  oxucusunun, 

tamaşaçısının qəlbində, sevgisində dolanıb. Elə bu diqqət özü də onun səadətinə, 

ilham  mənbəyinə  çevrilib.  Demək,  tam  cəsarətlə  yaza  bilərik  ki,  İlyas 

Əfəndiyevin  görkəmli  nasir  və  dramaturq  kimi  şöhrəti  xalq  bağrından 

rişələnib.Yazıçı əbədi ömür qazanmış sənətkarlarımızdandır.  

Dünya 

ədəbiyyatının 



ən 

gözəl 


ənənələrinə 

dayaqlanan, 

milli 

özünəməxsusluğa, folklora, klassik irsə möhkəm bağlı olan, müasirlik, novatorluq 



və  ümumbəşəri  məzmun  daşıyan  millilik  İlyas  Əfəndiyev  yaradıcılığının  əsas 

xüsusiyyətləridir.  

Həyat  hadisələrini  bütün  incəliklərinə  qədər  tərənnüm  edən,  onları  dərin 

bədii  təhlil  süzgəcindən  keçirib  ümumiləşdirən,  səlis,  təbii  dillə  oxuculara 

çatdıran  İlyas  Əfəndiyev  həm  də  şairanə  ruha,  poetik  ifadə  tərzinə  malik 

sənətkardır.  Onun  yazıçı  dili  və  bədii  üslubu  ədəbiyyatımızda  yeni  bir  ədəbi 

məktəb səviyyəsinə yüksəlmişdir. 

İlyas Əfəndiyev yaradıcılığı üçün səciyyəvi olan əsas cəhətlərdən biri onun 

cazibəli,  təbii  və  canlı  bir  dildə  yazmasıdır.  Bədii  üslubu  formalaşdırıb 

dolğunlaşdıran mənbə və amillər cərgəsində folklor poetikasının, folklor ənənə və 

motivlərinin rolu İlyas Əfəndiyevin yaradıcılığında olduqca güclüdür. 

Azərbaycan dilinin zəngin söz xəzinəsinə, çoxçeşidli çalarına, bu dilin şəhdi-

şəkərinə dərindən bələdliyindən və vurğunluğundandır ki, yazıçının əsərləri bədii 

dilinin poetikliyi ilə seçilir. Ədib Azərbaycan nəsrinə və dramaturgiyasına  lirik-

psixoloji üslubla yanaşı həm də yüksək koloritli bədii dil gətirdi. 

Dramaturqun  dil  və  üslub  sənətkarlığı  xalq  yaradıcılığından,  milli 

folklorumuzdan rişələnir. 

İlyas Əfəndiyevin bədii əsərlərinin dili əfsanə, rəvayət, nağıl və dastanların 

leksikasından  gələn  üslubi  çalarlarla  zəngindir.  El  ədəbiyyatından  gələn  dərin 

hikmət,  hər  bir  sözü  yerində  işlətmək,  yüksək  ideya-məzmun,  fəlsəfi  dərinlik, 

sistemli  sintaktik  düzüm,  bədiilik,  obrazlılıq,  ləngərli  deyim  ekspressivliyi, 

axıcılıq  və  yüksək  şeiriyyət  bu  əsərlərin  təsirliliyini,  estetik  siqlətini,  bədii 

hüsnünü və məna dərinliyini daha da artırır. 

Obrazların  dilindəki  xalq  deyimləri,  ifadələr  əsərlərin  bədii  dəyərini 

artırmaqla yanaşı, dil baxımından emosional və axıcı olmasını təmin edir. Fikrin 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə